-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
Bəzi insanlar ənənəçi İslamı tanıdıqları üçün Quranın kafi olduğunu eşitdikləri zaman, Qurandakı azadlığı tanıdıqları vaxt təəccüblənirlər. İslamda musiqi, rəqs, incəsənət olmaz, müsəlman dediyin həmişə ağlayar, baxımsız olar, kasıb yaşayar, içinə qapalıdır deyə bilirlər. Müsəlmanların coşğulu həyatının olması, gözəl, baxımlı, zəngin olmaları bu insanları təəccübləndirir. Zənginliyin, gözəlliyin və sevincin təkcə küfr əhlinin haqqı olduğunu, müsəlmanın dünyada süründüyünü, gözəlliklərə təkcə cənnətdə qovuşacağını zənn edirlər. Halbuki Allah bütün nemətləri möminlər üçün yaratmışdır. Küfr əhli zəngin olduğu zaman heç kim bu necə olur deyə soruşmur. Mömin zəngin olduğu zaman bu necə olur deyə qəribə qarşılayırlar. Dünyadakı bütün gözəlliklər Əraf surəsi, 32-ci ayədə bildirildiyi kimi; "bunlar dünya həyatında iman gətirənlər üçündür, qiyamət günü isə təkcə onlarındır".
Adnan Oktar
Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər mənfəət ümidi ilə Rəsulullah (s.ə.v)-in yanına gəlib namərdcəsinə fəaliyyət göstərir, hər kəsin görmədiyini, başa düşmədiyini zənn edirdilər. 20 il, 175 min 200 saat ərzində İslam üçün xidmət edirdilər. Bir çox qəbilədən çox sayda insan gətirir, evini, atını, pulunu, malını verirdilər. Peyğəmbərimiz (s.ə.v) və müsəlmanları həmişə varlandırırdılar. Bunların qarşılığında da çox böyük mənfəət gözləyirdilər. "Peyğəmbər (s.ə.v) vəfat edəcək hər şey özlərinə qalacaq" deyə düşünürdülər. Lakin gördülər ki, əsas özləri çökürlər, hər şeyləri bitmiş vəziyyətə gəlirlər. Peyğəmbər (s.ə.v) isə hər keçən gün daha da gümrahlaşır, güclənir. O zaman "biz ayrılaq" dedilər. Lakin bütün malını, mülkünü, ömrünü İslam üçün verdikdən sonra, qocalıb, çöküb zəiflədikdən sonra rədd olub gedir. Məhz bu, tarix boyu bütün münafiqlərin axmaqlığıdır.
Adnan Oktar