-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
İnsanların bir çoxu belədir, küfr desən onda dərin bir istək, küfrə qarşı dərin arzu yaranar. Müsəlmanca xidmət, rəftar görəndə isə dayanar, durğunlaşar, danışma qabiliyyətini, əzmini itirər, amma küfrlə əlaqədar bir imkan tapsa və Müsəlmanlar da ətrafda yoxdursa, Müsəlmanların gücünün olmadığına əmin olsa, heyrətamiz şəkildə küfr xarakteri, qabiliyyəti göstərər.
Adnan Oktar
İslama xidmətdən söz gedərkən min bəhanə gətirərlər. Məsələn, "anam icazə vermir, atam icazə vermir, məktəbim uyğun deyil, ətrafım imkan verməz". Məsələ küfr, əxlaqsızlıq, dəlaləti olsa nə ananı, nə atanı, nə də başqa birini düşünərlər. Bu yolda ağlasığmaz cəsarət göstərərlər. Dəlicəsinə cəhd edər, tərəddüd etməz, bütün bacarıqlarını sərf edərlər.
Adnan Oktar
İslamda Allaha, Kitaba, Peyğəmbərə hüsnü-zənn var. Bilavasitə onların yaxşılığı, gözəlliyi və mükəmməlliyini qəbul edərək hərəkət etmək vardır. Münafiqlərdə isə Allaha, Kitaba, Peyğəmbərə həmişə tənqid gözüylə baxmaq vardır. Bunu da ağlasığmaz çirkin üslubla edər və müstəqil düşündüklərini iddia edərlər. Allaha çirkin məntiqlə baxarlar. Quranda bir çox ayə münafiqlərin alçaqlığına və namərdliyinə cavab olaraq endirilmişdir. Bir çox ayə münafiqlərin alçaq sözlərinə tədbir olaraq endirilmişdir. Məsələn, Peyğəmbər əzilən qadınları, uşaqları düşünərək səhər tezdən döyüşə çıxacağıq deyir. Münafiqlər məntiqlə baxaraq: "Bu istidə döyüşə çıxılar? aramızda çətin vəziyyətdə olanlar var, Peyğəmbər bunu belə görə bilmir" deyirlər. Qəlbində xəstəlik olanlar da: "Bax bunu heç düşünə bilmədik, həqiqətən Peyğəmbər səhv edir" deyə, onlara tabe olurlar. Müsəlman Allaha, Qurana, Peyğəmbərə tənqid gözüylə baxmaz. Etdiyi hər şeyin xeyir olduğunu bilərək baxar və hərəkət edər.
Adnan Oktar
İslamın müasir, təmiz, keyfiyyətli, süni olmayan dürüst üzünü göstərsək, Mehdi (ə.s) kimi əsaslı, Quranla danışsaq, xurafatları təmizləsək, elmə, sənətə, gözəlliyə, azadlığa, demokratiyaya lazım olan dəyəri versək, sənəti və elmi inkişaf etdirsək İslam dünyaya hakim olacaq.
Adnan Oktar