-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
Münafiqlər Peyğəmbəri adi insan kimi görər və həmişə ağılsızcasına tənqid edərlər. Bu tənqidlərini də çox böyük axmaqlıqla edərlər. Sadə məntiqlə baxar, Peyğəmbərin, Allahın dəstəkləyib qoruduğu xüsusi insan olduğunu görməzlər. Peyğəmbərə tabe olan möminləri də ağılsız kimi görərlər. Saatlarla, səhifələrlə, Peyğəmbərə tabe olan möminlərin guya ağılsız, dərin düşünməyən olduqlarını, onların səhvlərini qeyd edərlər, yazarlar. Peyğəmbərə itaət edən möminlərin yalançı olduğunu sübut etməyə çalışarlar. Bu zaman yalançı olmalarını, şəxsiyyətsiz olmalarını, alçaqlıqlarını göstərərlər. (Hud surəsi, 27: Qövmündən qabaqcıl inkarçılar: "Biz səni təkcə bizim kimi insan hesab edirik; sənə, təkcə dayaz fikirli olan ən alçaqlarımızın tabe olduğunu görürük və sizin bizdən üstünlüyünüzü də görmürük. Əksinə, biz sizi yalançı hesab edirik" dedi.)
Adnan Oktar
Münafiqlər Quranı tam fərqli şəkildə öz münafiq məntiqlərinə görə şərh edərlər. Hər münafiq özü lider olmaq istəyər, Peyğəmbər (s.ə.v)-in mövcudluğu münafiqlərin heç xoşuna gəlməz. Peyğəmbər (s.ə.v)-ə həmişə həsəd apararlar. Müsəlmanların lideri olan insanın ətrafında onu sevən insanların olmasına, müsəlmanların zənginliyinə, imkanlarına, qidalarına, geyimlərinə, evlərinə, avtomobillərinə, sahib olduqları hər cür nemətə heyrətamiz həsəd apararlar. Münafiqlər müsəlmanların elçinin yanından dağılmasını istəyərlər. Allaha həmişə yalandan and içərək danışarlar. Allah Quranda münafiqlərin alçaq məxluqlar olduqlarını bildirir. Münafiqlər hər xeyrə mane olmağa çalışarlar. Müsəlmanların müvəffəqiyyətlərindən heç vaxt bəhs etməzlər. Münafiqlər İslam üçün heç vaxt şövqlü və çalışqan olmadığı halda, küfr xarakterli məsələlərdə böyük şövqlə və səylə çalışarlar. Münafiqlər təcavüzkardır, demək olar ki, hamısında öldürmə meyli vardır. Küfr əhlini dost və güclü görər və küfr əhli ilə iç-içədirlər.
Adnan Oktar