HARUN YƏHYA
Ana Səhifə
Bütün Əsərlər
Kitablar
Məqalələr
Videolar
Audiolar
Rəsimlər
Sitatlar
Digər
AZ
HARUN YAHYA
Menüyü Kapat
AZ
Harun Yahya
Adnan Oktarın həyatı və əsərləri
Harun Yahya © 2025
Kitablar
Məqalələr
Videolar
Audiolar
Rəsimlər
Sitatlar
Digər
ERER SEÇİN
Ağlamaq - Sitatlar - Harun Yəhya
aglamaq | sitatlar | Bütün Əsərlər
Qurana uyğun olan hədis etibarlıdır. Qurana uyğun olmayan etibarlı deyil. Hədisləri tamamilə rədd etmək ağla və məntiqə də ziddir, Peyğəmbərimiz heç danışmadı, heç bir şey söyləmədi mənasını verər. Ölçü, hədisin Qurana uyğun olub-olmadığıdır. Axırzaman hədislərinin doğruluğunu isə reallaşmasıyla anlayarıq. Hədisdə verilən məlumat olduğu kimi reallaşarsa, o hədis doğrudur və haqdır.
Dini ağla, məntiqə uyğun olaraq izah edən və gənclərə təbliğ edən demək olar tək bizik. Bizim izahlarımızla, Quran müsəlmanlığını bütün gənclər sevərək və istəyərək qəbul edir.
Atom, hörümçək və arını Allahın böyüklüyünü və sənətini görmək üçün çox ətraflı araşdırmaq lazımdır. Sadəcə birindəki ağıl yüzlərlə insanda yoxdur. Möhtəşəm ağla və nizama sahibdirlər.
Mömin demək dünyanın ən üstün ağla sahib varlığı deməkdir. Müsəlman dedikdə bəzilərinin ağlına müəyyən formada bığı, saqqalı olan, “əziz qardaşım” deyə danışan, gül suyu ikram edən insan modeli gəlir. Mömin həyat dolu, keyfiyyətli, zadəgan, sadə, dərin düşünən, şən, ağıllı, sevgi dolu, mərhəmətli, çağın üstündə müasir olan insandır.
Bəzi insanlarda təfərrüata girib boğulma, özünü ağıllı zənn edərək başqa yollara girmək meyli vardır. Başqa yollara girmək ümumiyyətlə insan üçün boğucu olur. O boğulma da ağlama, kədər, stress şəklində özünü göstərir. Quranın doğru yolundan ayrılmamaq çox əhəmiyyətlidir.
Allahı çox sevdiyimiz üçün cənnətdə onun sevinci içində olacağıq. Sonsuz ağla, sonsuz gözəlliyə təslim olduğumuzu bildiyimiz, sonsuz gözəlliyin bizi sevdiyini bildiyimiz üçün, Onun bizə göstərdiyi hər nemətdən, hər gözəllikdən çox məmnun olacağıq.
Kədərlənmək Allahın yaratdığını bəyənməmək mənasına gələr. Kədər üsyan deməkdir. Qətiyyən haramdır. Kədərlənmə və ağlama bütpərəst inancda var. İnsan hər şeyi Allahın yaratdığını bildiyi zaman, ağlama da, kədərlənmə də olmaz. Hər şeyi, insanın bilmədiyi bir çox xeyir və hikmətlə Allah yaradar.
Quran insanların normal ağla sahib olmasını təmin edər. Quran olmadığı zaman insanın sabit və tutarlı olması mümkün olmaz.
Allahı heç vaxt tərk etməsən, hər şey sənə görə hərəkət edəcəyi üçün mütləq ağıllı olarsan. Allah ilə əlaqəsini heç vaxt qoparmayan insan ağıllıdır və bu ağla görə bütün dünya formalaşar. Bu ağla bütün dünya, hətta şeytan belə xidmət edər. Hal-hazırda bütün dünya təkcə mehdiyyətin hakimiyyəti üçün çalışır. Allahı tərk etdiyin anda isə şirkə girərsən və ağıl yaranmaz.
Münafiq səthi düşünər təfərrüatları görə bilməz. Məsələn, bir avtomobil keçər münafiq təkcə avtomobili görər, mömin isə avtomobilin içindəkiləri də görən diqqətə, ağla və dərinliyə malikdir.
İntiqam insanın həm ruh, həm də bədən sağlamlığını pozan bəlalı yoldur. Əfv etmək ağla, qəlbə, bədənə qidadır. Müsəlman həmişə bağışlayıcı olmalıdır.
Masonların, katoliklərin, pravoslavların, hər kəsin lideri var, təkcə müsəlmanların lideri olmasın deyirlər. Bu ağla və məntiqə uyğun deyil.
Müsəlman qadın deyildiyi zaman, Allahı çox sevən, Allahdan çox qorxan, azad şəxsiyyətli, nəcib, çiçək kimi tərtəmiz, alicənab bir varlıq ağla gəlməlidir.
Ağlamaq nə deməkdir? "Ey Rəbbim, sənin bu etdiyini mən bəyənmədim" deyirsən. Bu günahdır, üsyandır, tüğyandır, olmaz belə şey. Bilmədən edirsə bu ayrı, lakin bilərək edirsə küfrə düşər Allah qorusun.
Digər dillər
Həmişə ağlamağı, yas tutmağı təşviq edirlər. Millət olaraq çürüyərik, bu çox təhlükəlidir. Mömin ağlamamalıdır, küfr, dəccal tərəfdarları ağlasın. Mömin gülməlidir, şən olmalıdır. İmanlı millətimizi kədərlə, yasla, qorxuyla, ümidsizliklə, sıxıntıyla, əsəb pozğunluğuyla və ruhi xəstəliklərlə çürütmək istəyirlər. Buna icazə verməyək.
Digər dillər
Bütün mahnılar həmişə ağlamağa həsr olunur. Çünki sədaqət yoxdur, vəfa yoxdur. Din nəyi təmin edir? Vəfa, sədaqət və səbri təmin edir.
Digər dillər
Kədərlənmək, ağlamaq və qışqırıb-bağırmağın olmamasına təvəkkül deyilir. Təvəkküllü insan demək, hadisələr qarşısında sarsılmayan, kədərlənməyən, ağlamayan, məhv olmuş reaksiyası göstərməyən insan deməkdir. Təvəkkül ayələrinin hamısı eyni zamanda yası ləğv edən ayələrdir.
Digər dillər
Yas tutmaq haramdır, qədim bütpərəst adətidir. Qədim Şumerlərdə, Qədim Misirdə, Perslərdə (farslar), Xetlərdə axirətə, şəhadətə inanmadıqları üçün ölümü bir fəlakət kimi görürdülər. Allaha üsyan olaraq ağlayardılar. Biz müsəlmanlar şəhadəti şərəf kimi görürük.
Digər dillər
Bəziləri mənfəətləri üçün ağlamağı silah kimi istifadə edər. Bunlar özünü acındırmaq, nəsə əldə etmək, bir şeyə qarşı çıxmaq və qarşı tərəfi qorxutmaq üçün, şeytani hay-küy çıxarma üsuludur. Müsəlman Allah eşqiylə ağlayar. Bir insanı narahat etmək, qorxutmaq üçün ağlamaq olmaz. Bu əxlaqsızlıqdır, zülmdür.
Digər dillər
Biz ağlamarıq. Çanaqqala döyüşündə ağlamadıq. Dumlupınar döyüşündə də ağlamadıq, Malazgird döyüşündə də ağlamadıq. Biz niyə ağlayaq ki? Şəhidliyi bu qədər arzulayan bir millət olaraq, onu şərəf bilən millət olaraq nə üçün ağlayaq?
Digər dillər
31
1
1
2
/ 2
1
1
2
31
/ 2
20