HARUN YƏHYA
Ana Səhifə
Bütün Əsərlər
Kitablar
Məqalələr
Videolar
Audiolar
Rəsimlər
Sitatlar
Digər
AZ
HARUN YAHYA
Menüyü Kapat
AZ
Harun Yahya
Adnan Oktarın həyatı və əsərləri
Harun Yahya © 2025
Kitablar
Məqalələr
Videolar
Audiolar
Rəsimlər
Sitatlar
Digər
ERER SEÇİN
Döyüş - Sitatlar - Harun Yəhya
doyus | sitatlar | Bütün Əsərlər
Şiə, sünni, vəhhabi, hamısı müsəlmandır. Hamısı eyni Allaha iman gətirir, eyni Kitaba tabe olur, eyni Peyğəmbərə aşiqdir. Şeytan nifrətin, döyüşün olmasını istəyir.
Digər dillər
Bəzi qadınların çirkin əxlaqı bir çox insanın sürünərək yaşamasına səbəb olur. Çirkin əxlaqlı qadınların davakar, fitnəkar rəftarı insanları çox bezdirir, ya qadınlardan tamamilə nifrət edirlər, ya da bu pis həyata razı olurlar. Ömürləri bir-birini təhqir etməklə, döyüş, murdarlıq içində keçir. Allahdan uzaq olduqda Allah bəladan bəlaya sürükləyir.
Digər dillər
Döyüşmək üçün ağlasığmaz zəhmət çəkirlər. Halbuki bir yerə toplanıb; “nə üçün döyüşürük, gəlin birlikdə qardaşcasına yaşayaq” demək çox asandır. Ən təbii şey sülhdür. Sülh bəzi insanlara lüks kimi gəlir. Döyüş olmasın, insan öldürməyin deyirik, bəziləri buna təəccüblənirlər.
Digər dillər
Hz. Mehdi şəfqət, mərhəmət insanıdır. Hz. Mehdi dövründə bütün silahlar ləğv olunacaq, kin, nifrət, müharibələr birdəfəlik bitəcək.
Digər dillər
Mehdiyyətin sevgi, mərhəmət, gözəllik, yaxşılıq anlayışını dünyaya hakim etmək əhəmiyyətlidir. Mübahisə ilə, dava ilə heç bir məsələ həll edilməz.
Digər dillər
Dünyanın qardaş olması çox asandır. Döyüş, nifrət, müharibə çətin olandır. Buna baxmayaraq, qardaş olmamaq üçün müqavimət göstərmələri çox təəccüblüdür. Sülhü çox çətin göstərirlər. Dost olmağı, ittifaq etməyi, müsəlmanların birlik olmasını çətin göstərirlər. Halbuki dostluq və sülh asandır.
Digər dillər
Normalda hər insanın çox normal və stabil olması lazımdır, lakin insanlarda yaxşılıq zənginliyi olduğu qədər pislik zənginliyi də olur. Qısqanclıq, qəzəb, eqoistlik, dava-dalaş, dedi-qoduçuluq kimi mənfi xüsusiyyətlər bəzi insanlara heyrətamiz şəkildə hakim olur.
Digər dillər
Özünə hörməti olmayan, savaşmağa meylli, həmişə söyüşlə danışanlar nifrət dolu həyatı məqbul görürlər. Belə həyat olmayacağını söyləmək lazımdır.
Digər dillər
İnsanların əksəriyyəti döyüşə və gərginliyə çox alışdığı üçün dünyada ikinci yol olmadığını zənn edir, sevginin yaşana biləcəyini başa düşə bilmirlər.
Digər dillər
Müharibə çətindir, döyüş çətindir, zülm çətindir. İnsanlara əzab çəkdirmək çətindir. Bunlar çox iyrəncdir. Sevgi, dostluq, qardaşlıq, rifah, zənginlik, bərəkət bunlar zövqlü və gözəl şeylərdir.
Digər dillər
Qadının olduğu yerlərdə savaşmaq olmaz, gərginlik olmaz, nəzakət olar. Qadınların olmadığı yerdə kobudluq olar ümumiyyətlə. Bir qadın belə olsa hər kəs nəzakətlə davranar. Qadın hər yerə nəciblik, nəzakət gətirər.
Digər dillər
Kim döyüşü qızışdırsa ona simpatiya duyarlar. Kim qan tökülməsini təşviq edirsə ona məhəbbətlə baxarlar, onu qiymətli görürlər. Bu da şeytanın təşviqi ilə olur.
Digər dillər
Allahın əsl istədiyi sülhdür. Allah müharibə istəmir. Döyüşü Allah imtahan vəsiləsi olaraq yaradar. Müharibəni, o fitnəni aradan qaldıran kimdir? Allahdır. Möminləri də vəsilə edər, sülh mühitini meydana gətirər.
Digər dillər
Ən şiddətli döyüşdən belə çıxış yolu tapmaq mümkündür. Müəyyən müdaxilələrlə savaş dayandırıla bilər.
Digər dillər
Gözəl xasiyyətli, sevgi dolu, bağışlayan olmaq lazımdır. Mübahisədən çəkinmək, kinli olmamaq lazımdır. Bunun əksi isə ağılsızlıqdır. Allahın rizasına uyğun olmayan, Allahın qəzəbinə səbəb olan davranışdır. Çünki yaradılışa ziddir, əxlaqsızlıqdır, yəni insanın çirkin cəsarəti, şeytani yönüdür.
Digər dillər
Sülhün, sevginin həll edəcəyi bir şeyi döyüşlə həll etməyə çalışırlar. ƏN GÖZƏL SİLAH SEVGİDİR. Sevgi ilə həll etmək lazımdır.
Digər dillər
İnsanların böyük bir hissəsi gecə - gündüz döyüş ruhu içində olurlar, kimsəni sevmirlər. Hər kəsə sevgi göstərilməlidir. Mən bütün insanları, bütün qrupları çox sevirəm. MÜSƏLMANLAR BİR-BİRİNİ SEVMƏZSƏ CƏNNƏTƏ GİRƏ BİLMƏZLƏR. Cənnətdə bizə "hansı camaata mənsubsan" deyə soruşulmayacaq. CƏNNƏTDƏ QARDAŞ OLACAQLARIN, BURADA DA QARDAŞ OLMALARI LAZIMDIR.
Digər dillər
17
1
1
/ 1
1
1
17
/ 1
20