HARUN YƏHYA
Ana Səhifə
Bütün Əsərlər
Kitablar
Məqalələr
Videolar
Audiolar
Rəsimlər
Sitatlar
Digər
AZ
HARUN YAHYA
Menüyü Kapat
AZ
Harun Yahya
Adnan Oktarın həyatı və əsərləri
Harun Yahya © 2025
Kitablar
Məqalələr
Videolar
Audiolar
Rəsimlər
Sitatlar
Digər
ERER SEÇİN
Gözəl söz - Sitatlar - Harun Yəhya
gozel-soz | sitatlar | Bütün Əsərlər
Bəzi müsəlman görünüşlü insanlar o qədər öz rahatlığına düşkün olur ki, münafiqlə bağlı ayələri eşitməyə belə dözə bilmirlər. İslama, Qurana söz deyildikdə vecinə olmur. Özünə söz deyilsə dərhal reaksiya göstərər. Bu çox çirkin əxlaqdır.
Peyğəmbərimiz (s.ə.v) dövründə müşriklər və münafiqlər, zəif ağılları ilə Quranı bəyənmirdilər. Peyğəmbərimiz (s.ə.v)-dən Quranı dəyişdirməsini istəyirdilər. Buna görə də, Peyğəmbərimiz (s.ə.v); "məndən bir söz yazmayın" deyə vəsiyyət qoyub getmişdi.
Nifrət dolu insanlar gözəl insanı və gözəlliyi təqdir edə bilməz və onların ağzından gözəl söz çıxmaz. Murdarlar dəstəsindən gözəl söz gözlənilməz. Murdarlar dəstəsinin murdarlığı həmişə öz başına tökülər.
Münafiq küfr əhlinin yaltağı olar, müsəlmana şəfqət göstərməz. Küfr əhlinə qarşı acizdir, müsəlmana qarşı dikbaşlı və təkəbbürlüdür. Küfr əhlini tərifləyər, İslamı müsəlmanları heç vaxt tərifləməz, gözəl söz söyləməz.
Qorxudan, dəhşətdən usanmış, ölümdən qaçıb gəlmiş insana ən kiçik incidici söz deyilməz. Suriyalılar Allahın bizə göndərdiyi qonaqlardır.
Gənclərin ruhunda həmişə incəsənət, estetika və gözəllik vardır. Gözəl söz eşitmək, gözəl mühit görmək istəyirlər. İncəsənətin təşviq edilməsi gözəlliyin təşviqidir.
Üst pərdədən meydan oxuyurmuş kimi üslub işlətmək yaraşmır. Doğru olmayan bir rəftar olduqda bunun səhv olduğunu gözəl sözlə izah etmək lazımdır. Səhv görülən işləri konkret nümunələr göstərərək izah etmək lazımdır. İzah edərkən də meydan oxuyurmuş kimi bir üslub işlətmək fayda deyil, zərər verər.
Digər dillər
Gözəl sözdə tutum olmaz. Təkrarlanmış da ola bilər. Sevgi onsuz da təkrarlanandır. Təkrar-təkrar deyilməsi lazımdır. Məsələn, "səni sevirəm" ömürdə bir dəfə deyilməz, dəfələrlə deyilər.
Digər dillər
Müsəlmanda dağıdıcı üslub olmaz. Allah "sözü onlara gözəlliklə söylə" deyir. "Sərt şəkildə söyləmə, yoxsa ətrafından dağılıb gedərlər" deyir.
Digər dillər
Əgər sözlərinin konstruktiv, faydalı olmasını istəyirsənsə, Quran mülayim bir üslubu əsas tutur. Yəni sözü gözəlliklə söyləmək, mülayim şəkildə söyləmək, şəfqətlə yaxınlaşmaq Quranın əmridir.
Digər dillər
Sözün təxribat gücü şiddətlidir. Söz insanları çox kədərləndirə bilər. Mümkün qədər yaxşı, məqsədəuyğun, məqbul, doğru, mehriban, coşğulu, ümidvar, həyəcanlandırıcı, şövqləndirici və insanları xoşbəxt etməyi hədəfə alan gözəl sözlər danışaq.
Digər dillər
Müsbət düşünmək, müsbət danışmaq gözəl olar. Təhrik edici şəkildə danışmaq, məncə, yaxşı deyil. Şüuraltında insanlarda pis duyğular yaradır. Hər nə qədər əhəmiyyətsiz hesab etsələr də şüuraltına o yerləşir.
Digər dillər
Gözəl sözü bol istifadə etmək israf deyil. Rahatladan, gözəl sözləri bolluca işlətmək lazımdır.
Digər dillər
İncə düşünmək çox əhəmiyyətlidir. Mən danışarkən hər sözümə çox diqqət edirəm. Çünki qadınlar incə varlıqlardır, çox nəzakətlidirlər. Bir sözün vurğusundakı səs tonu belə əhəmiyyətlidir.
Digər dillər
Din sevgi ilə, şəfqətlə olan bir gözəllikdir, zorla, məcburiyyətlə olmaz.
Digər dillər
Burada çox uzun bir imtahan veririk. Əgər bu imtahan verməsəydi cənnətə girən insan, bu taxtların niyə var olduğunun mahiyyətini anlamazdı. Cənnət qədəhlərini başa düşməzdi. Yedikləri meyvələrin, içdikləri gözəl içkilərin nə üçün ərmağan edildiyini düşünməzdi. Nemətin sevincini və gözəlliyini yaşaya bilməzdi.
Digər dillər
16
1
1
/ 1
1
1
16
/ 1
20