HARUN YƏHYA
Ana Səhifə
Bütün Əsərlər
Kitablar
Məqalələr
Videolar
Audiolar
Rəsimlər
Sitatlar
Digər
AZ
HARUN YAHYA
Menüyü Kapat
AZ
Harun Yahya
Adnan Oktarın həyatı və əsərləri
Harun Yahya © 2025
Kitablar
Məqalələr
Videolar
Audiolar
Rəsimlər
Sitatlar
Digər
ERER SEÇİN
İnkarçı - Sitatlar - Harun Yəhya
inkarci | sitatlar | Bütün Əsərlər
Məktəblərdə Darvinizmin elmi həqiqətmiş kimi öyrədilməsi ən böyük fəlakətlərdən biridir. Məktəbdə bu təhsili alan gənc, internetdəki nifrət üslubunu gördükcə daha da məhv olur. Ateizmin də, deizmin də mənşəyi Darvinizmdir. Darvinizm, Allahı inkar etmənin yoludur. Əvvəlcə Darvinist təhsilin dayandırılması lazımdır.
Darvinist təhsil çox böyük xətadır, faciədir. Darvinizm Allahın inkar edilməsidir. PKK-nın fəlsəfi təməlini darvinist təhsil formalaşdırır. Bunun çox israrla vurğulanması və bu təhlükənin tezliklə görülməsi çox əhəmiyyətlidir. Valideynlərin həm Təhsil Nazirliyinə, həm də Təlim Tərbiyə Qurumuna darvinizmin tezliklə tədris planından çıxarılması üçün müraciət etmələri lazımdır.
Münafiqin ruhu olmadığı üçün heyvani instinktlə hərəkət edər. Münafiqlər Peyğəmbərimiz (s.ə.v) dövründə Peyğəmbərimiz (s.ə.v)-in vəfatını gözləyirdilər. Peyğəmbərimiz (s.ə.v)-in vəfat edəcəyini, bütün mallarının onlara qalacağını, yeyib-içib, yatacaqlarını Peyğəmbərimiz (s.ə.v)-dən qalan mallardan istifadə edəcəklərini zənn edirdilər. Lakin Peyğəmbərimiz (s.ə.v)-in getdikcə gəncləşdiyini, gözəlləşdiyini, sağlam olduğunu özlərinin də eşşək kimi çalışıb, xidmət etdiklərini və yaşlandıqlarını, bütün güclərini itirdiklərini gördükləri zaman sanki dəliyə döndülər.
İnsan açıq şüurla heç vaxt Allahı inkar edə bilməz. Elə şeyə gücü çatmaz, qeyri-mümkündür. Lakin ruh sahibi olmayanlar, məsələn münafiqlər bunu edə bilər, Allahı inkar edə bilər. Onlar ölüdürlər, onsuz da cəhənnəmlikdirlər. Allah Tövratda da cəhənnəmdən ölülər diyarı deyə bəhs edər.
Açıq şüurla, ağıllı insanın Allahı inkar etməsi qeyri-mümkündür.
Münafiq hər nə etsə də, İslamın lehinə olar. Malı və hər cür imkanı da mütləq İslama faydalı hala gələr. Allahın münafiqlərə verdiyi imkanlar onların xeyrinə deyil, müsəlmanların xeyrinədir. (Tövbə surəsi, 55: Bu halda onların mallarına və övladlarına qibtə etmə; Allah bunlarla təkcə onlara dünya həyatında əzab vermək və canlarının inkar içində olarkən çətinliklə çıxmasını istəyər.)
Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in bildirdiyi Quran müsəlmanlığını qəbul etmədilər. Peyğəmbərimiz (s.ə.v)-in vəfatından dərhal sonra da, Peyğəmbərimizə qarşı olaraq, daxil etmək istədikləri bütün xurafatları dinə qarışdırdılar.
Peyğəmbərimiz (s.ə.v) dövründə böyük sevgi mühiti vardı. Qadınlar sanki cənnət həyatı yaşayırdı. Peyğəmbərimiz (s.ə.v)-in vəfatından sonra münafiqlərin qadınlarla bağlı iyrənc fikirləri Rəsulullah (s.ə.v)-in sözü imiş kimi kök saldı.
Münafiq çox axmaqdır, Allahı tənqid edərkən Allahı inkar etdiyini belə bilməz. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər; "Məhəmməd kasıbdır, yetim insandır. Quranın iki şəhərin varlılarından birinə endirilməsi lazım deyildimi?" deyirlər. Burada bir çox varlı insan olduğu halda, Allah niyə ona elçilik verir ki, varlı biri İslamı daha yaxşı yayar" deyirlər. Bunu deyərkən Allahı tənqid edib Allahı inkar etdiklərini qavraya bilmirlər. (Zuxruf surəsi, 31-32: Və dedilər ki: "Bu Quran iki şəhərdən birinin böyük adamına endirilməli deyildimi?" Sənin Rəbbinin rəhmətini onlar bölüşdürürlər? Dünya həyatında dolanışıqlarını aralarında Biz bölüşdürdük və onların hissəsinin (digər) hissəsini özünə bağlaması üçün, bir hissəsini digər hissəsinin üzərində dərəcələrlə yüksəltdik. Rəbbinin rəhməti; toplayıb yığdıqlarından daha xeyirlidir.)
Cəhənnəm dərəcə dərəcədir. Cəhənnəmin bəzi yerləri qaranlıq, sıxıcı, dar küçələrdən ibarət olan tənha məhəllələr şəklindədir. Allahı inkar edən, lakin pislik etməmiş olanlar buralarda olar. Münafiqlərin qaldığı yerlər isə dəhşət vericidir, çox qorxuncdur.
İnsan öldüyü anda axirətə keçər. Əbədi yuxu deyə bir şey yoxdur. İnkar edənlərin canı alınarkən heyrətamiz dərəcədə əzabla canları alınar. Faciəvi şəkildə canı alınanın yatacaq halı olmadığı aydındır. Mömin canı isə hüzur içində alınar, o da dərhal axirət nemətlərinə qovuşar. Zaman yoxdur ki, ölümdən sonra gözləmə müddəti olsun.
Axırzamanda yaradılmış olmaq çox böyük nemətdir. Həm Mehdini, həm İsanı görəcəyimiz dövrdəyik. Dəccaliyyətlə elmi mübarizəni bilavasitə görürük. Mehdiyyətin bütün əlamətlərini gördük. Peyğəmbərimiz (s.ə.v)-in Axırzaman möcüzələrinin reallaşdığını gördük. Peyğəmbər (s.ə.v)-i çox sevirik deyənlərin Peyğəmbərimiz (s.ə.v)-in möcüzələrini ört-basdır etməyə çalışdıqlarını gördük. Təbliğ üçün kommunikasiya və texnologiyanın çox inkişaf etdiyi dövrü gördük.
Açıq şüurlu insanın Allahı inkar etməsi qeyri-mümkündür. 10 saniyə belə bu cür yaşaya bilməz. İnkar qapalı şüurda yaranar. Belə varlıqları Allah xüsusi olaraq yaradar.
Münafiq Peyğəmbərin yanından ayrılarkən haşa Peyğəmbərin fitnəsindən uzaqlaşdığını söyləyər. Peyğəmbərin yanından ayrılarkən cəhənnəmin dibinə gedir, lakin dərk etmir. (Tövbə surəsi, 49: Onların bir hissəsi: "Mənə icazə ver və məni fitnəyə salma" deyər. Xəbərin olsun, onlar fitnənin (düz) içinə düşüblər. Şübhəsiz ki, cəhənnəm, o inkar edənləri mütləq hər tərəfdən əhatə edəcək.)
Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarının gözəlliyi münafiqlərin heyrətamiz həsəd aparmasına səbəb olurdu. Qadınlar münafiqlərin yanına yaxınlaşmaz. Peyğəmbərimiz (s.ə.v) dövründə də qadınlar Peyğəmbərimiz (s.ə.v)-ə dərin sevgi ilə bağlanır, münafiqlər isə tək-tənha yaşayırdılar. Qadınlar münafiqlərdən nifrət edirdi. Bu, əhəmiyyətli münafiq əlamətidir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyatının hər cəhətinə həsəd aparırdılar, yediyinə, geyindiyinə, sevilməsinə, sevməsinə heyrətamiz həsəd aparırdılar.
Təkamül Allahın mövcudluğunu inkar etdiyi və hər şeyi təsadüfün əsəri gördüyü üçün dəccaliyyətin qapısı sonuna qədər açıldı. Sevgisizlik və eqoistlik bütün dünyanı bürüdü.
Allahın inkar edənlərə verdiyi iqtisadi imkanlar onların xeyrinə deyil. Əsasən çoxunda malı və mülkü toplayıb yığma hərisliyi var. Həyatları boyu bunları itirmək qorxusu ilə hüzursuz yaşayarlar.
Münafiq İslam Birliyindən, müsəlmanların mənəvi lideri olmasının lazım olduğundan bəhs etməz. Mehdiyyətdən, İsa Məsihin gəlişindən danışmaz. İslamın hakim olacağından bəhs etməz. Peyğəmbərimiz (s.ə.v)-in nəslindən, seyidlərdən, şəriflərdən xoşlanmaz. Buna görə də Peyğəmbərimiz (s.ə.v)-in ailəsini şəhid edənlər münafiqlərdir. Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarına çox həsəd aparırdılar.
Münafiq, ən böyük əzabı Peyğəmbər (s.ə.v)-in varlığından çəkər. Peyğəmbər (s.ə.v)-in onları alçaltmasından çox narahat olurdular. Peyğəmbərimiz (s.ə.v)-in münafiqləri bu qədər alçaltmasını münafiqlər ömür boyu unuda bilmədilər, ən böyük iztirabları bu idi. Səmimi möminlər isə Peyğəmbər (s.ə.v)-in yanını cənnət bağçası kimi görərlər.
Münafiqlərin əsas qorxuları Peyğəmbər (s.ə.v)-in onların alçaq insanlar olduğunu ifşa etməsidir. Peyğəmbərimiz (s.ə.v) münafiqləri həmişə layiq olduqları kimi alçaldıb. Münafiqlər də həyatları boyu həmişə münafiqliklərini açıqlayacaq deyə Peyğəmbər (s.ə.v)-in yanında sıxılıb iflic olurdular. Həmişə yaxalanma qorxusu yaşayırdılar. Münafiqlərin ən narahat olduğu məsələ Peyğəmbər (s.ə.v)-in yanında yaşadıqları bu narahatlıq idi, həm kaftar kimi müsəlmanlara xidmət etmiş, müsəlmanlara çox geniş imkanlar təmin etmişdilər, həm də Peyğəmbər (s.ə.v)-in onları müəyyən etməsi və onları həmişə alçaltması qorxusu ilə yaşamışdılar. Münafiqin ən heyfsiləndiyi, ən canını yandıran məsələ budur.
70
1
1
2
3
4
/ 4
1
1
2
3
4
70
/ 4
20