HARUN YƏHYA
Ana Səhifə
Bütün Əsərlər
Kitablar
Məqalələr
Videolar
Audiolar
Rəsimlər
Sitatlar
Digər
AZ
AZ
HARUN YAHYA
Menüyü Kapat
AZ
Harun Yahya
Adnan Oktarın həyatı və əsərləri
Harun Yahya © 2025
Privacy Policy
Terms of Use
Əlaqə
Kitablar
Məqalələr
Videolar
Audiolar
Rəsimlər
Sitatlar
Digər
ERER SEÇİN
insanin-coxalmasi | sitatlar | Bütün Əsərlər
Uşaqlar Allahın ruhudur. Uşaqlara mütləq hörmət etmək lazımdır. Uşağı insan yerinə qoymadan uşaqla danışmaq hörmətə uyğun gəlməz.
A9 TV; 10 iyul 2018
Təbliğdə ən təsirli olan səmimi imandır. Qarşısındakı insanın imandan zövq aldığını görmək çox müsbət təsir edər. Həqiqi imanın üz ifadəsi də, üslubu da çox ayrıdır. Belə bir insan danışmasa belə müdhiş müsbət təsir edər. İzah edərkən də qısa, köklü izahatlar faydalı olar. Uzun söhbətlər darıxdırıcı təsir edə bilər.
A9 TV; 1 iyul 2018
Dünyada təhsil almağımız üçün anormal insanların sayının çox olması tələb olunur. Təmkinli, normal insan çox olanda imtahan, yəni təhsil asan olar, insan lazımi kimi təhsil almaz. Dünyadakı təhsilin əsas məqsədi bizim özümüzü bilməyimiz, öyrənməyimizdir. Allah bizdən yüksək insanlar olmağımızı istəyir. İnsanın orta dərəcəni qəbul etməməsi lazımdır. Çox yüksək olan ən təsir edicidir.
A9 TV; 26 iyun 2018
Allah, ruh gözəlliyini də, pisliyini də insanın üzünə əks etdirər. Bu, Allahın insanları qoruması üçün yaratdığı möcüzədir. İnsanın üzündən ruh forması dərhal aydın olar. Məsələn münafiqlərin üzündəki qanqster ifadəsindən əxlaqsız və alçaq olduqları dərhal aydın olar.
A9 TV; 25 iyun 2018
Acılar olmadan insan inkişaf etməz və hər şey çox dəyərsiz olar. Cənnətin gözəlliyini belə, acı çəkməyən insan anlamaz.
A9 TV; 24 iyun 2018
Ehtiras olması üçün eqoist olmamaq lazımdır. Eqoist olmaq dünyadakı ən böyük faciədir. Eqoist insan məhv olmuş deməkdir. Səmimi insan Allah üçün və sevdikləri üçün yaşayar. Eqoistlik insanı adiləşdirər və bəsitləşdirər.
A9 TV; 18 iyun 2018
Vicdana qarşı məntiq istifadə edən insan mütləq acı çəkər. Vicdanını dinləyən insan görünüşdə zərər edir kimi görünsə də mütləq qazanclı olar.
A9 TV; 13 iyun 2018
Dürüst insan çox böyük nemətdir. Dürüst insanı tapdığında əsla buraxmamaq lazımdır. Xəstələnsə, əsgərə getsə, işə girsə, başqa şəhərə getsə, evlənsə, o insanı heç vaxt buraxmamaq, dostluğunu pozmamaq lazımdır.
A9 TV; 10 iyun 2018
Sevginin insana həddindən çox müsbət təsiri olar. Sevgi insanı dincləşdirər, canlandırar. Sevgini bilən insanın ağlı rahatlayar, yaddaşı güclənər, danışığı axıcı hal alar.
A9 TV; 8 iyun 2018
Cənnət, insan keyfiyyət anlayışının ən üstündə keyfiyyətə malikdir. Cənnəti bəziləri nağıl ölkəsi kimi düşünür. Elə deyil. Hər şeyin mükəmməl və hər şeyin keyfiyyətli olduğu məkandır.
A9 TV; 28 may 2018
Ağılda zəifləmə də, artım da olar. Ağlı zəifləyən şəxs bunu anlamaz, hətta özünü dünyanın ən ağıllı insanı zənn edər. Ağıl artanda isə həmin şəxs bunu dərhal anlayar.
A9 TV; 27 may 2018
Ölümü düşünmək insanın daha stabil, daha tutarlı olmasını təmin edər. Dünya ehtirası ilə cinnət halı yaşayan, vəhşi rəqabət ehtirası ilə özünü həlak edən insanlar üçün ölümü düşünmək şəfadır. Ölümü düşünərək insan eqoizmdən uzaqlaşıb, daha stabil, mərhəmətli, məqbul hala gəlir.
A9 TV; 26 may 2018
Allah ülfəti sakit qalmağımız üçün xüsusi yaradır. Ülfətin iki faydası vardır. Həm ülfəti qaldırma səyi ibadətdir, həm də ülfətin olması insan üçün rahatlıqdır. İnsan beynin içində gözsüz görən, qulaqsız duyan, dilsiz olduğu halda qəhvənin dadını alan, musiqidən zövq alanın kim olduğunu düşünsə Allahın varlığını çox açıq görər.
A9 TV; 21 may 2018
Eqoist olmayan hər insan alicənabdır. Sevdikləri üçün yaşayan hər kəs alicənabdır. Eqoist olan bəsitlikdən xilas ola bilməz. Bəsitlik insanı ən çox kirlədən çirkinlikdir. Bir çox insan bilərək və ya bilməyərək bu bəlanın içinə girər. Bir insan eqoizmdən xilas olarsa dünyanın ən keyfiyyətli insanı halına gələr.
A9 TV; 13 may 2018
İman həqiqətləri, Allahın böyüklüyünü anlamaq üçün oxuyanda o insanın mənliyinin dəyişməsinə səbəb olar. O insan çox güclü, yenilməz varlığa çevrilər.
A9 TV; 13 may 2018
İnsan səmimi olanda normal insan olar. Allahın böyüklüyünü qavrayanda da metafizik varlığa çevrilər. Allahın böyüklüyünü qavrayan insan, Allahın diləməsiylə, yenilməz gücə çevrilər.
A9 TV; 10 may 2018
Çətinliklərdə insanların təxmin etmədiyi çox böyük sirr vardır. Çətinliklər insanı həm fiziki, həm də ruhən gücləndirər. Nə qədər əzab çəksən, nə qədər çətinlik yaşasan o qədər qüvvətli olarsan, o qədər bərəkətlənərsən.
A9 TV; 10 may 2018
Allahın sənətini heyrətlə izləmək lazımdır. İnsan necə sevgilisini görəndə gözlərinə, saçlarına, paltarına baxır, təqdir edir. Allahın yaratdığı gözəllikləri də tək-tək araşdırmaq lazımdır. Hüceyrədəki gözəlliklər, dənizdəki gözəlliklər, atomdakı gözəlliklər hamısını tək-tək görmək lazımdır. Sevgilinin sənətini gördükcə daha çox aşiq olarsan.
A9 TV; 10 may 2018
Qurana tam tabe olanda, səbirli, dözümlü, ağıllı olanda, Allahın böyüklüyünü qavrayanda o insanı kimsə məğlub edə bilməz. O insan metafizik varlıq halına gələr.
A9 TV; 7 may 2018
Allaha diqqətimizi daha yaxşı verdiyimizdə, Allahı heç vaxt unutmadığımızda dünya cənnət kimi olar. Allaha diqqətimizi verdiyimizdə həyatımızda heç bir çətinlik olmaz deyə düşünmək səhv olar. Mömin çətinlikdə də, yaxşı vəziyyətdə də diqqətini Allaha verər. Bir insan rahat olanda Allahı düşünər, çətinlik olanda Allahı unudursa bu çox böyük vəfasızlıq və əxlaqsızlıq olar. Bu cür insanın sevgini, dərinliyi yaşaması qeyri-mümkündür.
A9 TV; 7 may 2018
444
1
1
2
3
4
5
6
7
8
9
23
/ 23
1
1
2
3
4
5
23
444
/ 23
20