HARUN YƏHYA
Ana Səhifə
Bütün Əsərlər
Kitablar
Məqalələr
Videolar
Audiolar
Rəsimlər
Sitatlar
Digər
AZ
HARUN YAHYA
Menüyü Kapat
AZ
Harun Yahya
Adnan Oktarın həyatı və əsərləri
Harun Yahya © 2025
Kitablar
Məqalələr
Videolar
Audiolar
Rəsimlər
Sitatlar
Digər
ERER SEÇİN
İsa Məsih qayıdacaq. - Sitatlar - Harun Yəhya
isa-mesih-qayidacaq | sitatlar | Bütün Əsərlər
İnsanlar önümüzdəki illərdə çoxlu möcüzə ilə qarşılaşacaqlar. Bu vəziyyət həmin dövrdə yaşayan gənclər üçün çox böyük nemətdir. Hz. İsa və hz. Mehdini görəcəklər, müqəddəs sandıq tapılacaq, müqəddəs əmanətləri görəcəklər, Kəbənin altındakı xəzinələr üzə çıxacaq, Nəmrudun məzarı açılacaq və orada bütün gizli məlumatlar ortaya çıxacaq, Misirin bütün sirləri açıqlanacaq. Ağlın ixtiyarı yox olmayacaq, lakin 3-5-10 ilə çox möcüzəvi hadisələr olacaq.
Allah məni də, bacı-qardaşlarımı da hz. Mehdiyə, İsa Məsihə tələbə etsin. Mübarək üzlərini tezliklə görməyi istəyirik.
Hədislərdə hz. İsa (ə.s)-ın ərəb qızla evlənəcəyi bildirilir. Hz. İsa (ə.s) Axırzamanda olduğumuzu çox yaxşı bilir. Bəzi xristianların üçləmə inancının yanlışlığını, yəni özünün İlah olmadığını vurğulamaq üçün xüsusi olaraq evlənir. Hz. İsa (ə.s)-ın ikinci dəfə dünyada gəldiyi zaman övlad sahibi olmasının hikmətlərindən biri yenə İlah olmadığını vurğulamaq istəməsidir.
Yaxın gələcəkdə inşaAllah İslam aləmi birləşəcək, türklük aləmi birləşəcək. Sonra da xristianlıq və musəvilik aləmi birləşəcək. Sonra da inşaAllah İslam əxlaqı bütün yer üzünə hakim olacaq. Bizim vəzifəmiz də bütün gücümüzlə hz. Mehdi (ə.s) və İsa Məsihə yardımçı olmaqdır. İsa Məsihə yardımçı olmağın vaxtı da artıq demək olar ki, gəlib çatdı. Bədiüzzaman həzrətlərinin də qeyd etdiyi kimi, İsa Məsihin mübarizəsi hazırda “gizli qalibanə”dir. Mehdiyyətdə isə bu mübarizə “açıq və aydın şəkildə qalibanə”dir. Məhz İsa Məsihin bu gizli qalibanə mübarizəsi də, Allahın icazəsi ilə yaxın zamanda açıq qalibanayə çevriləcək.
Xızır hz. Mehdinin köməkçisidir. İsa Məsih də hz. Mehdinin köməkçisidir. Mehdi ilə müqayisədə Xızırın həyatı daha asandır. Xızırın əlindəki imkanların, bədəni və fiziki qabiliyyətlərinin normal insanla müqayisəsi qeyri-mümkündür. Allahdan vəhy alması da Xızır üçün heyrətamiz asanlıqdır. (Doğrusunu ALLAH bilər) İmtahanın əsas yeri dünya olduğu üçün Mehdinin imtahanı Xızırla müqayisədə çox çətindir.
Tarixin hər dövründə səmimi iman gətirənlərə təzyiqlər olmuşdur. Hz. İsa dövründə də dövrün dərin dövləti olan Roma, möminlərə ağlasığmaz təzyiq göstərirdi. Mömin hər zaman hər şəraitdə təvəkküllüdür və nəticədə mütləq qalib gələr.
Quranda hz. İsanın gəlişi çox açıq izah edilir. Allah, İsa Məsihin yenidən gələcəyini və İslam əxlaqının dünyaya hakim olacağını bildirir. Məzhəb imamlarının hamısı İsa Məsihin gəlişi məsələsində ittifaq etmişdir.
Peyğəmbərimiz (s.ə.v), İsa Məsihin hz. Mehdinin vəziri olaraq gələcəyini bildirmişdir. İsa Məsih hz. Mehdiyə kömək edəcəyinə zər aləmində söz vermişdir.
Hz. Xızır Qiyamətə qədər öz vəzifəsini icra edəcək. Hz. Mehdi və İsa Məsih dövründə də vəzifə icra edəcək.
Allahın icazəsi ilə 5-10 il ərzində hz. Mehdi də, İsa Məsihi də görəcəyik. Hədislərin işarəsi açıq şəkildə bu istiqamətdədir.
Hz. Mehdinin zühur əlamətlərinin hamısı eyni zamanda İsa Məsihin zühur əlamətləridir. Hz. Mehdi ilə İsa Məsih eyni dövrdə gələcəklər. Hz. Mehdinin zühur əlamətlərinin hamısı reallaşdığı üçün İsa Məsihin də dünyada olduğunu düşünürük.
İsa Məsihin rahatlıqla fəaliyyət göstərməsi üçün lazımi zəmini hazırlayacaq olan hz. Mehdidir.
İsa Məsih və hz. Mehdini inşaAllah yaxın zamanda görəcəyik. Dünyaya ədalət, sevgi və dostluğun hakim olduğuna şahid olacağıq.
Hz. Mehdini, İsa Məsihi, İslam əxlaqının hakimiyyətini, İslam Birliyini, Rusiya, İsrail, İran, bütün ölkələrin dost olduğunu görəcəyik.
Gələcək, inşaAllah çox gözəl olacaq. Allahın icazəsi ilə hz. Mehdini, İsa Məsihi görəcəyik.
Gələcək çox gözəldir, çox parlaqdır. Çünki Allahın vədi var. Hz. Mehdi və İsa Məsihi görəcəyik inşaAllah.
Hz. İsa (ə.s) Allahın Hayy isminin təcəllisidir.
Hz. İsa və hz. Mehdi gəldi, lakin son ana qədər bəlli olmayacaqdır, Allah onu bir plan daxilində gizli saxlayacaq, ən sonunda ortaya çıxacaq. Hz. Mehdinin vəfatından sonra İsa Məsih təbliğ fəaliyyətinə davam edəcək.
İsa Məsihi gördüyümüz zaman müasir, yaraşıqlı bir dəliqanlı olaraq görəcəyik. Yaşı çox olmasına baxmayaraq, çox gənc, gümrah və atletik olacaq. İsa Məsih, hz. Mehdinin vəfatından qısa müddət sonra vəfat edəcək. Ondan sonra cəmiyyətdə çox sürətli pozulma başlayacaq.
Bütün saxta mehdilərin yolu qapalıdır, müvəffəqiyyətsiz olurlar. Mehdiyyətin dəlili müvəffəqiyyətdir. İslam aləmini birləşdirən və hz. İsa ilə namaz qılan insana “Allahualəm Mehdi” deyə bilərik.
82
1
1
2
3
4
5
/ 5
1
1
2
3
4
5
82
/ 5
20