HARUN YƏHYA
Ana Səhifə
Bütün Əsərlər
Kitablar
Məqalələr
Videolar
Audiolar
Rəsimlər
Sitatlar
Digər
AZ
HARUN YAHYA
Menüyü Kapat
AZ
Harun Yahya
Adnan Oktarın həyatı və əsərləri
Harun Yahya © 2025
Kitablar
Məqalələr
Videolar
Audiolar
Rəsimlər
Sitatlar
Digər
ERER SEÇİN
Kitab Əhli - Sitatlar - Harun Yəhya
kitab-ehli-2 | sitatlar | Bütün Əsərlər
Kitab əhlindən, yəni xristian və ya musəvi qadınla müsəlman kişi evlənə bilər. Qurana görə bu halaldır.
Digər dillər
Hilal ilə xaç mübarizəsi var demək düzgün deyil. Dindar İsəvilər müsəlmanların müttəfiqidir.
Digər dillər
Mədəniyyətlərin qarşıdurması İngiltərə dərin dövlətinin ortaya atdığı düşüncədir. Hilal ilə Xaç bir-birinə düşmənmiş kimi göstərmək, oyuna düşmək olar.
Digər dillər
Müsəlman, bütün xristianlara qarşı olmaz, tam əksinə dindar xristianlarla pisliklərə qarşı ittifaq edər. Xristian düşmənçiliyi yanlışdır. Bədiüzzaman da dindar isəvilərlə müsəlmanların ittifaq etməsinin lazım olduğunu söyləyir. Xristian-müsəlman qarşıdurmasından qəti şəkildə çəkinmək lazımdır.
Digər dillər
Günahsız xristian və musəviləri sevirik. Qurana görə onlar Kitab əhli və müsəlmanların qoruması altında olan gözəl insanlardır.
Digər dillər
Quranda Kitab əhlindən, yəni musəvi və xristianlar arasında səmimi iman gətirən insanlar olduğu bildirilmişdir. (Ali İmran surəsi, 113-115: Onların hamısı eyni deyil. Kitab əhlindən bir camaat vardır ki, onlar gecə vaxtları ayaqda dayanıb Allahın ayələrini oxuyaraq səcdəyə qapanarlar. Bunlar, Allaha və axirət gününə iman gətirər, marufu əmr edər, münkərdən çəkindirər və xeyirlərdə yarışarlar. Məhz bunlar salehlərdəndirlər. Onlar hər nə xeyirxah əməl etsələr, əlbəttə, ondan məhrum qalmazlar. Allah müttəqiləri tanıyır.)
Digər dillər
Kitab əhli ilə müsəlmanlar arasında bənzərliklər olması, haqq dinlər silsilə olaraq gəldiyi üçün, normaldır. Mehdilik bütün haqq dinlərdə var.
Digər dillər
Quranın hökmü axirətə qədər keçərlidir. Quranın sevgi, şəfqət hökmlərinin ləğv olunduğunu iddia edənlər böyük zülm etmiş olurlar. Bəzi mövhumatçılar Quranda sevgi, şəfqət hökmlərinin ləğv edildiyini söyləyərək musəvilərə və xristianlara şəfqətlə yaxınlaşmağı qadağan edirlər. Quranın heç bir ayəsi ləğv edilməmişdir. Allah Kitab əhlinə şəfqətlə, mərhəmətlə yaxınlaşmağı əmr etmişdir.
Digər dillər
Amansız bir xristian və musəvi düşmənçiliyi müsəlmana yaraşmaz. Allah onların Kitab əhli olduğunu bildirmişdir. Kitab əhlinə şəfqət duyular.
Digər dillər
Milad gününü qeyd edənə kafir deyilməz. Allah xristianlara kafir demir, Kitab əhli deyir, Kitab əhlindən olan qadınlarla evlənə bilərsiniz deyir.
Digər dillər
Kitab əhli öz şəriətini yaşaya bilər, lakin Peyğəmbərimiz (s.ə.v)-ə öz aləmində yalançı deyən və peyğəmbərliyini qəbul etməyən küfr etmiş olar.
Digər dillər
Xristianlara və musəvilərə “kafir” deyilməz. Onlar Kitab əhlidir. Allah Kitab əhlinin yeməyini və qadınlarıyla evlənməyi halal etmişdir.
Digər dillər
Allah Quranda Kitab əhlinə qarşı sevgi, şəfqət və mərhəmətlə yanaşmağın lazım olduğunu bildirmişdir.
Digər dillər
Allah Quranda, Kitab əhlindən olan hər kəsi hz. İsaya iman etdirəcəyini söyləyir. Bu ayədəki hökm də açıqdır. Hz. İsa Məsih təkrar dünyaya gələcək.
Digər dillər
Kitab əhlinə gavur deyilməz, bu çox çirkin sözdür. Allah xristianlar və musəvilərin Kitab əhli olduğunu bildirmişdir.
Digər dillər
Bütün ölkələrə qarşı çıxmaq, Kitab əhlini sanki düşmən hesab edən, yetişmiş ziyalısı olmayan bir quruluş yaransa Allah bu quruluşa müvəffəqiyyət verməz.
Digər dillər
Allah Kitab əhlindən kütləvi nifrət edilməsini söyləmir, tam əksinə Kitab əhlinə şəfqətlə və dostcasına yaxınlaşmağı söyləyir.
Digər dillər
İslamda yəhudilərə nifrət yoxdur, xristianlara nifrət yoxdur. Onlar Quranda Kitab əhli kimi qorunurlar. Sinaqoqlarına və kilsələrinə də düşmənçilik göstərə bilməzsən. Allah Quranda xristian və yəhudi qadınlarla evlənə bilərsiniz deyir. Peyğəmbərimiz (s.ə.v)-in yəhudi və xristian həyat yoldaşları vardı.
Digər dillər
Qardaşlarımız bir-birlərinə CD, kitab hədiyyə etsinlər, saytlarımıza girsin araşdırma etsinlər və bu məlumatlarla təbliğ etsinlər. Facebookdakı manyakların müzakirələri ilə vaxt xərcləməsinlər. Allah "insan hər şeydən çox müzakirəçidir" deyir. Onsuz da qarşıdakı adam Allah qorxusuna sahib deyil. Allah sevgisindən, Peyğəmbər sevgisindən bəhs etməz, İslam Birliyindən heç bəhs etməz, uşaq, pişik, it sevgisindən bəhs etməz, Hz. Mehdi (ə.s)dan bəhs etməz. Amma Müsəlmanlara hücum etmək üçün əlindən gələni edər. Təcavüzkar, kin dolu, nifrət dolu ifadələrlə hücum edər. Burada bir səmimiyyətsizlik var. QARDAŞLARIMIZ SƏMİMİYYƏTSİZLƏRLƏ VAXT İTİRMƏSİNLƏR.
Digər dillər
Qardaşlarımız xurafatçıların və fanatiklərin "Kitab Əhlini asıb-kəsəcəyik" fitnəsinə əsla yaxınlaşmasın. Onları bu səhv məntiqə təşviq edən dəccaliyyətdir. KİLSƏLƏR, SİNAQOQLAR ALLAHın MÜHAFİZƏSİNDƏDİR, bu Quran ayəsidir. MÜSƏLMAN QARDAŞLARIMIZ YƏHUDİ VƏ XRİSTİANLARA EDİLƏN ZÜLMƏ QARŞI, ONLARA ŞƏFQƏTLƏ YAXINLAŞARAQ QAYNAYIB QARIŞSINLAR.
Digər dillər
20
1
1
/ 1
1
1
20
/ 1
20