HARUN YƏHYA
Ana Səhifə
Bütün Əsərlər
Kitablar
Məqalələr
Videolar
Audiolar
Rəsimlər
Sitatlar
Digər
AZ
HARUN YAHYA
Menüyü Kapat
AZ
Harun Yahya
Adnan Oktarın həyatı və əsərləri
Harun Yahya © 2025
Əlaqə
Kitablar
Məqalələr
Videolar
Audiolar
Rəsimlər
Sitatlar
Digər
ERER SEÇİN
Lider - Sitatlar - Harun Yəhya
lider | sitatlar | Bütün Əsərlər
Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir.
Müsəlmanlar rəhbərsiz olsun deyənlər Arakanda, Suriyada, Yəməndə baş verənlərin davam etməsini istəyirlər deməkdir. Müsəlmanlar mənəvi lider ətrafında birləşsə, Quran əxlaqı tam yaşansa, heç bir yerdə zülm, haqsızlıq və ədalətsizlik qalmaz.
Müsəlmanların mənəvi lider ətrafında toplanması Qurana görə fərzdir. Musəvilərin, xristianların, masonların belə rəhbəri var, lakin İslam aləmi rəhbərsiz olsun deyirlər. Çünki rəhbərsiz müsəlmanları hər yerdə asanlıqla əzə bilirlər.
Milli bir lider ətrafında birləşmək çox mühüm məsələdir. Buna görə də, Tayyib hocamın ətrafında tərəddüdsüz birləşək.
Türkiyə həm mövqeyi, həm tarixi, həm də sahib olduğu mədəniyyət və əxlaqla lider olacaq ölkədir. Lakin bu sevgi liderliyi şəklində liderlikdir.
Digər dillər
Aparıcı ölkələrin liderləri bir yerə toplansa; “gəlin müharibə üçün pul xərcləmək əvəzinə, yaxşılıq, gözəllik üçün xərcləyək” desələr dərhal qəbul edilər. Təyyarələr, döyüş gəmiləri, bombalar, raketlər emal edilir. Müharibə üçün fövqəladə zəhmət çəkirlər. Bu böyük dəlilikdir. Dostcasına yaşamaq, sülhü təmin etmək çox asandır.
Digər dillər
Türkiyənin canlı, dinamik, çevik ruha ehtiyacı var. Bunun üçün əzm sahibi liderlər qiymətlidir. Durğun, içinə qapalı quruluş Türkiyəyə olmaz.
Digər dillər
Müsəlmanların başsız qalması böyük təhlükədir, müsəlmanların hal-hazırda bir lideri olsa belə qırğınlar yaşanmazdı.
Digər dillər
Bir xilaskar gözlənilməsinin Quranda yer almadığını söyləmək tamamilə səhvdir. (Nisa surəsi, 75: Sizə nə olub ki, Allah yolunda və: "Ey Rəbbimiz, bizi xalqı zalım olan bu şəhərdən çıxart, bizə dərgahından vəli (qoruyucu sahib) göndər, bizə dərgahından yardım edən yolla" deyən kişilər, qadınlar və uşaqlardan aciz buraxılmışlar uğrunda vuruşmursunuz?)
Digər dillər
İslam Birliyində idealımız ölkələr arasında minalanmış sərhədlərin, divarların aradan qalxması, bütün müsəlmanların bir sevgi lideri ətrafında birləşməsidir.
Digər dillər
Buddistlərin lideri var, musəvilərin, masonların lideri var, böyük şirkətlərin belə bir lideri var, niyə müsəlmanların lideri olmasın?
Digər dillər
Mehdiyyətə zidd olmaq, İngiltərə dərin dövləti tərəfdarlığından ötrü bəziləri müsəlmanların liderinin olmasını istəmirlər.
Digər dillər
Hər cəmiyyətin bir lideri və öndəri olmuşdur, axirətdə də insanlar öndərləriylə çağırılırlar.
Digər dillər
Xilaskar gözləmək, Allahdan bir xilaskar istəmək Allahın Quranda bildirdiyi bir hökmdür. Allah Nisa surəsinin 75-ci ayəsində müsəlmanların xilaskar göndərməsi üçün Allaha dua etmələrinin lazım olduğunu bildirir.
Digər dillər
İslam aləminin birləşməsinə mehdiyyət deyilir. Mehdiyyət İslam aləminin birləşməsinə bərabərdir. Başındakı liderə də biz, hz. Mehdi (ə.s) deyirik.
Digər dillər
Nur surəsinin 55-ci ayəsində və digər ayələrdə də açıqca bildirilib, İslam aləmi birləşəcək. Müsəlmanlar Quranda: "Ey Rəbb bizi təqva sahiblərinin öndəri et" deyirlər. Deməli, İslam aləminin bir öndəri, bir lideri olur. Quranda lidersiz heç bir cəmiyyətdən bəhs edilmir, hər cəmiyyətin lideri var. İslam aləminin də bir lideri olacaq. İnkar edəcəkləri vəziyyət yoxdur.
Digər dillər
Müsəlmanlar birləşəcək və başına bir lider gələcək, biz buna hər cür adı verə bilərik. Müsəlmanların xəlifəsi də deyə bilərik, başçı da deyə bilərik, xəlifeyi-ruyi-zəmin (yer üzünün xəlifəsi) də deyə bilərik, hər şey deyə bilərik. Ad üzərində ixtilafa düşməyə ehtiyac yoxdur.
Digər dillər
Müsəlman müsəlmanı öldürür. Müsəlmanların başında bir lider olsa, məsələ həll olacaq. İslam Birliyi olsa, bütün müsəlmanlar xilas olacaq. Həmin gün, həmin saat xilas olarlar. Bir mənəvi lider, sevgi bağıyla lider, bütün terror və anarxiya qruplarının fəaliyyətini dayandıracaq. Sevgini, qardaşlığı əsas götürən bir ruhu bütün İslam aləminə yayacaq, hər kəsə bir-birinin dostu olduğunu göstərəcək.
Digər dillər
İslam Birliyinə qarşı müqavimət göstərmək haramdır, müsəlmanların başına lider seçməsi fərzdir. Hər gecikmə haramın qatlanaraq artmasına səbəb olur, müsəlmanlar, öldürülən hər insandan, hər məzlumdan məsul olurlar. Çünki inadla İslam Birliyini istəmirlər, inadla mehdiyyətdən uzaq dayanmağa çalışırlar. Uzaq dayanmağa çalışdıqca da, cinayətlər, ölümlər qatbaqat artır.
Digər dillər
O uşağın dənizdə sahilə vurması səbəbi, müsəlmanların başçı seçməmələridir, birləşmə qərarı almamalarıdır. Birləşmə qərarındakı ən mühüm şey başçının seçilməsidir. Hər kəs, başçı seçmədən "birləşək" deyir, bütün dövlət başçıları filan. Sən başçını seç, ondan sonra bax gör birləşirlər ya yox? "Başçımız budur" desən, onsuz da birləşmə olur.
Digər dillər
44
1
1
2
3
/ 3
1
1
2
3
44
/ 3
20