HARUN YƏHYA
Ana Səhifə
Bütün Əsərlər
Kitablar
Məqalələr
Videolar
Audiolar
Rəsimlər
Sitatlar
Digər
AZ
HARUN YAHYA
Menüyü Kapat
AZ
Harun Yahya
Adnan Oktarın həyatı və əsərləri
Harun Yahya © 2025
Kitablar
Məqalələr
Videolar
Audiolar
Rəsimlər
Sitatlar
Digər
ERER SEÇİN
Xəyal Vehim - Sitatlar - Harun Yəhya
xeyal-vehim | sitatlar | Bütün Əsərlər
Səbəblər Allahın möhtəşəm sənətidir. Musiqini beynin içində bilavasitə Allah yaradır. Lakin arada minlərlə səbəb varmış kimi görünür. Səbəb maddədən daha da mürəkkəb quruluşu olan, daha da kəskin ağıl tələb edən şeydir. Allahın səbəb sənəti möhtəşəmdir.
Digər dillər
Allah o qədər çox möcüzə yaradır ki, insan hara baxsa möcüzə görür. Ən böyük möcüzə isə insan beyninin içidir. Beynin içində gözsüz görən, qulaqsız eşidən biri var. Bu həqiqətin iman xaricində heç bir açıqlaması yoxdur. Göz maye bir quruluşun içindədir, oradan işıq keçir və tərs şəkildə təsvir meydana gəlir, çox zəif amperdə elektrikə çevrilərək beyinə gedir və beyində bu zəif elektrik mükəmməl rəngli çox aydın bir təsvirə çevrilir və gözü olmayan biri bu təsviri görür. Bu böyük möcüzədir.
Digər dillər
Allah sazdan zövq almağı nemət olaraq yaradıb. Sazdan səs çıxmaz, qulaq nəsə eşitməz. Titrəyişi musiqi olaraq yaradan Allahdır. Ruh Allahın sənətindən zövq alar. Ruhu maraqlandıran çöldən gələn aşağı amperlik elektrik cərəyanı deyil, Allah dərgahında yaradılandır.
Digər dillər
Hər insanın iki gözü də kordur. Göz elektrik axınını beyinə çatdıran cihaz kimidir. Beyində gözü olmadan təsviri görən biri var. Beyinin içində qulağı olmadan musiqini dinləyən kimdir? Təkamülçülər bir dəfə belə bu mühüm mövzu üzərində dayanmırlar.
Digər dillər
İlk yaradıldığı andan bəri heç bir insan beynindən kənara çıxıb təsvirin əslini görməyib. Hər insan beynin içindəki monitorun qarşısında yaşayır.
Digər dillər
Bir çox insan dünyanın həqiqi mahiyyətini anlaya bilmir. Çöldə rəng, işıq, səs yoxdur. Beyinin içində, gözü olmayan ruh rəngarəng dünya görür.
Digər dillər
Beyninin içindəki təsvir sənə necə təlimat verir ki, səni İslam yolundan uzaqlaşdırır? Ağlın bu qədər mi zəifdir? “Ətrafımdakılar (yəni beynimin içindəki təsvir) mənə icazə vermədi” deyir. Sən Allaha itaət etsənə. Beyninin içindəki təsvirə niyə itaət edirsən? “Çox canlı görünür” deyir, “həqiqi kimidir” deyir. Həqiqi kimi olması əhəmiyyətli deyil. Bu, imtahan üçün yaradılan xəyaldır. Mütləq həqiqət olan Allahdır.
Digər dillər
Allah sənə üçölçülü görünüş verəcək, bunu beyninin içində seyr edəcəksən, bütün gözəl qoxuları qəbul etmək imkanı verəcək qoxulayacaqsan, dad almaq imkanı verəcək ləzzət alacaqsan, toxunma hissi verəcək toxunacaqsan, dənizdə üzəcəksən, qayıqda gəzəcəksən, dünyadan zövq alacaqsan, Yaradandan söz düşdükdə isə: "Mən bu barədə danışmaq istəmirəm" deyəcəksən. O zaman Allah bəlanı verir. Bura əyləncə yeri deyil.
Digər dillər
Maddə olmayan beyinin içində səs meydana gəlir. Xarici aləmdə səs yoxdur. Amma maddə olmayan beyinin içində səs olur, işıq olur. Xarici aləmdə dad deyə bir şey yoxdur. Dad beyinin içində meydana gəlir. Amma bu ətdən beyin deyil. Nurdan olan beyin. Biz nurdan olan beyin sayəsində danışıb düşünürük.
Digər dillər
Kölgə ayrı yaradılır, işıq ayrı yaradılır. Çünki işıq beyində yaradılır. Xarici aləmdə işıq yoxdur. Xarici aləmdə rəng də yoxdur. İşıq insan beynində yaradılır. Xarici aləm zülmət qaranlıqdır. Buna görə də, xarici aləmdə kölgə də yoxdur. İşıq olmadığına görə, kölgə də yoxdur. O zaman kölgə də ayrılıqda beyində yaradılmalıdır. Allah: “İkisini də ayrı-ayrılıqda yaradıram” deyir.
Digər dillər
Allah həyatı yuxu kimi yaradır. Quran bu böyük sirrə işarə edir. İnsanlar dünyada yuxuda olduqlarını bilmirlər. Halbuki, hal-hazırda hamısı yuxudadırlar, yuxu görürlər. Bir hissəsi, məsələn, fəlsəfə tədqiqatçıları, bu həqiqətə heyrət və dəhşət içində şahid olurlar.
Digər dillər
Avtomagistral yolları bələdiyyə salmaz, Allah salar. O yol başının içindədir. Sən yolu beyninin içində görürsən. Elə ki, avtomobilə mindin, həmişə beyninin içində yol görünüşü meydana gəlir. O zaman kim yaratmışdır? Allah yaratmışdır. Bu elmi bir həqiqətdir.
Digər dillər
Digər dillər
Kosmos boşluğunda, xarici kosmosda zaman yoxdur. Zaman beyində meydana gələn bir anın digər bir anla müqayisə edilməsi nəticəsində ortaya çıxan bir qavrayış və inanc forması olub, insan beynində meydana gəlir. Zaman beynin bir məhsuludur, bir inancdır. Çöldə zamanın olduğunu zənn edir. Bir an vardır, an içində olub bitmiş hadisələr vardır. Allah belə yaratmışdır.
Digər dillər
Musiqini bilavasitə yaradan Allahdır. Gələn musiqidirmi? Deyil. Səs dalğasıdır. Dalğa qulağa gəlib çatır, qulaqsa eşitmir, kardır. Dalğanı çatdırır, onu elektrik halında verir. Beyin də onu musiqi olaraq dinləyir. Ortada musiqi yoxdur, bax musiqi heç yoxdur. Çalınan yerdə musiqi yoxdur. Çöldə musiqinin olmaması çox qəribədir, çöldə yoxdur.
Digər dillər
Sən ruhunun əsirisən, başqa cür heçnə edə bilməzsən. Mismar kimi mıxlanmış vəziyyətdəsən. Ruhun "yaz" deyir yazırsan.
Digər dillər
16
1
1
/ 1
1
1
16
/ 1
20