Allah haramları Quranda dəqiq olaraq bildirmişdir. Allah adından hökm vermək zülmdür. Allah adından yalan danışmaq zülmdür.
İran ilə Türkiyənin üz-üzə gəlməsi deyə bir şey olmaz. Boşuna çalışırlar. Sünnilər də, şiələr də nur kimi müsəlmanlardır.
Musiqi dinləyən, rəqs edən cəhənnəmə gedər anlayışı Quranda yoxdur. Bu anlayış dünyanı cəhənnəmə döndərir. Allahın halal etdiyi haram edilməz.
Peyğəmbərimiz (s.ə.v) İsa Məsihin aralarında qadınlar da olan 1400-ə yaxın tələbəsi olacağını xəbər vermişdir.
Dünyanın ən gözəl zinəti olan qadınların dəyərini bilməmək insanların Allaha sevgi və hörmətlərinin çatışmazlığından olur.
“Nifrət insanları” nəfsini idarə etməkdə zəif qalmış, şeytana məğlub olmuş insanlardır. Bu şəxslərə həkim kimi yanaşmaq lazımdır. Həkimin xəstəni müalicə etməsi kimi “nifrət insanlarına” şəfqətlə yanaşıb onları müalicə etmək lazımdır. Bu insanlar da mənəvi xəstədir.
Darvinizm elm çətirinə sığınaraq dünyanı aldatmağa çalışır. Təkamül şumerlərdən indiyədək gələn bütpərəst inancdır.
Türkiyə həm mövqeyi, həm tarixi, həm də sahib olduğu mədəniyyət və əxlaqla lider olacaq ölkədir. Lakin bu sevgi liderliyi şəklində liderlikdir.
Qadın da, kişi də zər aləmində eyni anda yaradılıb.
Cəhd müsəlmanın səyini ifadə edər. Cəhd insanın nəfsinə qarşı mübarizəsidir. Elmlə, irfanla gecə-gündüz göstərilən səy, cəhddir.
Ateistlərə qarşı şəfqətli, hörmətli davranmaq lazımdır. Açıqca səmimiyyətlə inana bilmədiklərini söyləyirlər, dürüst davranırlar.
Hz. İsa müsəlman olaraq gəldikdə xristianlar Onu daha çox sevəcəklər. O zaman həqiqi İsanı sevmiş olacaqlar.
Ənənəçi ortodoks qardaşlarımız süni qanunlarla sanki özlərini öldürmüş vəziyyətdədirlər. Dinsizliyin özlərini əzmələrini asanlaşdırıblar. İncəsənət, elm, keyfiyyət olmadıqda başdan məğlub vəziyyətə düşürlər və əzilmələri çox asanlaşır. Qadının azad olmayacağına musiqi, incəsənət, heykəltəraşlıq olmamasının lazım olduğuna o qədər özlərini inandırıblar ki, gözəllik gördükdə əks rəftar göstərirlər. Ənənəçi sistem özlərinin də tabe olmadığı minlərlə qanun qoymuşdur və Allahın cənnət gözəlliyi olaraq təriflədiyi bütün gözəlliklərə qarşı çıxar.
Havaya atəş açaraq nə isə qeyd etmək böyük hörmətsizlikdir. Cana qəsd edən vəziyyət olduğu üçün buna qarşı lazımi hüquqi tədbirlər görülməlidir.
Allahualəm Qiyamət böyük bir meteoritin dünyaya toqquşması ilə reallaşacaq. Qiyamət günü insanlar üçün heç bir yerə qaçış olmayacaq.
Vəsvəsə insana həmişə gələr. İman vəsvəsəyə qarşı mübarizənin adıdır. Nəfsin hücum edər, şeytan hücum edər, başından min hadisə keçər, sən ona qarşı müqavimət göstərərsən.
İslamda düşünmək vacibdir. Allahı xatırlayarkən, Allahın adlarını söyləyərkən də düşünərək, Allahı çox sevərək, mənasını bilərək söyləmək əhəmiyyətlidir.
Dünyada reallaşan hər hadisə Allahın təqdiri ilə reallaşar. Fironu da, Nəmrudu da yaradan Allahdır. Bunda ledun elmi gizlənibdir.
İsa Məsih gəldikdə Qurana tabe olacaq. Tövrat və İncilin təhrif olunmamış, Qurana uyğun tərəflərinə də tabe olmağı davam edəcək.
Daha əvvəl sınandığı kimi “açılım və ya çözüm prosesi” bir daha heç vaxt olmayacaq. Açılım deyərkən nəzərdə tutduqları; Cənub-Şərqi Anadolunu PKK-ya vermək, başına Öcalanı keçirmək, kommunist dövlət qurmaqdır. Bunu ağıllarından belə keçirməsinlər.
İngiltərə dərin dövləti ingilis xalqını böyük bəlanın içinə çəkmək istəyir və mərhəmətsizcə uşaq qanı tökür. Dəccaliyyətin tək istəyi qandır.