Allah İslamın doğru yaşanmadığı yerlərdə tale çərçivəsində oranı məhv etmişdir . Məsələn, Allah Osmanlının son dövründə doğru İslam tətbiq olunmadığı üçün onu yıxdı. ALLAH MÜRTƏCELİYİ, FANATİZMİ MƏHV ETMƏKLƏ CƏZALANDIRIR.
Hz. Mehdi (ə.s) hər mövzuda: Mehdi mövzusunda, Darvinizm, materializm mövzusunda, hər bir mövzuda davamlı olaraq sübut göstərəcəkdir. Elmi dəlil, ayə dəlilləri, hədis dəlilləri verəcəkdir. Onun üçün bir ləqəbi də Əl - Hüccətdir.
Türkiyə liderdir. Liderliyini vurğulayırıq. İslam Birliyi desən " sənin liderin kimdir" deyəcəklər. Qabaqcıl kimdir? Türklər qabaqcıldırlar. Ona görə Türk İslam Birliyi deyirik.
Zaman keçdikcə möminlərin sayı azalmış, çoxalmış, amma hər dövrdə Müsəlmanlar olmuşdur. Bəzən də Müsəlmanlıq geriləyər, təhrif olar. Elə olanda Cənabı Allah yenidən bir peyğəmbər göndərir. Bəzən də yüz ildə bir, bəzən də əlli ildən bir gəlir. Bəzən yüz ildə 2-3 peyğəmbər eyni vaxtda gəlir.
Baxın, palolit dövrü, mezolit dövrü, neolit dövrü, tunc dövrü və.s vardır.Hər dövrdə müasirdir. Hz. Adəm (ə.s) Cənabı Allah tərəfindən dünyaya endirildiyi zaman Allah ona hər şeyi öyrətdi. Cənabı Allah Hz. Adəm (ə.s)-a əkin necə əkilir, necə çörək bişirilir, həyatın digər sahələrində necə fəaliyyət göstərilir, hər birini Cəbrayıl (ə.s) vəsiləsi ilə öyrətdi.
Dəccalın ovsunlama gücü vardır, insanı tələyə salan tərəfi də budur. Məsələn, belə insanları şeytan çağıra bilir, onları vəzifələndirib insanlığa təzyiq göstərməyə çalışır. Şeytanın vasitəsi ilə insanlarda unutqanlıq meydana gətirir, əldən düşür, diqqət dağınıqlığı meydana gətirir, az da olsa yaddaşlarını pozur, psixoloji rahatlıqlarını pozur. İradəsi güclü olan insanlarda isə bu təsir çox zəif olur, yaxud sıfıra yaxın olur. Dəccala qarşı müqavimət göstərmək də bir ibadət sayılır.
Məzlum, təvazökar, gözəl bir insanın öyünməsi Allahın nemətinin göstərilməsidir və ibadətdir. Allahın əmrini yerinə yetirməkdir. Allah nə deyir ayədə? "Rəbbinin nemətini dayanmadan zikr et." (Zuha Surəsi, 11)
Daha böyük xurafatçı, kiçik olan xurafatçını boğa biləcək gücdə olur, boğmaq istəyir. Onlar bir-birilərinə də düşməndirlər, bir-birlərinə nifrət edirlər, aralarında çox böyük rəqabət vardır.
Haşa, Hz. Mehdi (ə.s) olaraq xurafatçılar özlərindən yüz qat daha azğın xurafatçı gözləyirlər. Halbuki, HZ. MEHDİ (Ə.S) XURAFATI YIXMAĞA GƏLİR. İnsan kimi, Müsəlman kimi yaşayacağımız sistemi gətirir. Hz. Mehdi (ə.s) vəsilə olur .
Atatürk bütün uydurmaları, pisliyi geniş şəkildə ortadan qaldırmışdır. Hz. Mehdi (ə.s) da sonuncu elmi mübarizəni aparacaq. Müşriklərin pisliyini yer üzündən tamamilə qaldırmaq üçün elmi mübarizə aparacaq.
Atatürk dəqiq Hz. Mehdi (ə.s) qabaqcılıdır. Yəni Atatürk olmadan Hz. Mehdi (ə.s)-ın çıxması qeyri-mümkündür. Əvvəl Atatürk, sonra Hz. Mehdi (ə.s) zühur edər. İkisi birlikdə İslam Birliyini meydana gətirən bir gücdür.
MÜŞRİKLƏR ANTİ-MEHDİDİR. ONLAR MEHDİNİ QƏBUL ETMƏZ. Müşriklərin hər biri özünü ilah kimi görər, haşa. Onlar krallıqlar şəklində ayrı-ayrı yaşayarlar. Yəni üzərilərində bir güc olmasını qəbul etməzlər. Buna görə də Hz.Mehdi (ə.s)-ı, Hz. İsa Məsihi əsla qəbul etməzlər.
Kommunizm təkcə təzyiq göstərir . Çünki kommunizm zorla iqtidara gələ biləcəyini düşünür. Qarşısına sən amansız bir güc çıxarsan, məsələ bağlanar. Amansız güc nədir? Türk İslam Birliyidir.
Allah Dəccaliyyəti müxtəlif adlar altında azğın hala gətirir ki, Müsəlmanlar bir-biriləri ilə qardaş olsun, bir-birilərini sevsinlər, güvənsinlər. Nizamsızlıq və dəlalət getdikcə dünyanı bürüyür. Müsəlmanlar əzmlə, səbrlə bu dəccal gücə qarşı gözəlliklə, sevgi ilə cavab verib, qalib gələcəklər, inşAllah.
"Nə olacaq halımız" o düşüncə ilə, ümidsizliklə, bacarıqsızcasına hərəkət etsən itirərsən. Allah ümidvar olaraq, güclü olaraq qərarlı olsan müvəffəq edər. Bu, Allahın qanunudur, inşAllah.
Türkiyə sanki Darvinizmin qalası idi, indi isə iman qalası oldu, əlhəmdülillah. Çünki Hz. Mehdi (ə.s) buradadır.
Türk-İslam Birliyi qurulduğu zaman "PKK harada?" deyə məndən soruşacaqsınız. Bunun üçün xüsusi bir əməliyyata ehtiyac da qalmayacaq. Türk-İslam Birliyi qurulduğu zaman PKK kökündən məhv olmağa başlayacaq.
İstədikləri can olsun, hər birimiz şəhid olmağa hazırıq. Şəhidlik cənnət, gözəllik mövqeyidir. Şəhidlik bu dövlətin, torpaqların möhürüdür. Bizə məxsus olduğunu bildirmək üçün möhürləyirik.
Türkiyə yetmiş milyondur. Yetmiş milyonu, söz bir Allah bir, şəhid olmadan o torpaqları vermərik. Bunu unudmalıdırlar.
Bütün Peyğəmbərlər zəngin olub. Hamısının vəziyyəti yaxşı olub. Çünki kasıblıq gücsüzlük gətirər. Gücsüzlük də bir Peyğəmbərə yaraşmaz.
İslam əxlaqını aradan qaldırmaq üçün xurafatçılardan daha güclü bir cərəyan yoxdur.