Allah nə istəyirsə o yerinə yetirilər. Allaha qarşı müqavimət göstərmənin sonu fəlakətdir.
Müsəlmanların başına bir imam, lider təyin edilməlidir, ağlımız bizə bunu göstərir. Baş olmayanda bədən parçalanar. Baş da İmam Məhəmməd Mehdi (ə.s)-dır. Bu ümmət Mehdi (ə.s) xaricində kimsəni qəbul etməz.
Barışı istəmək fərzdir. Sülhü istəmək fərzdir.
Prezident sistemi Türkiyəyə görə deyil; riskli olar, bölünməyə gətirib çıxarar Allah qorusun.
Kürd səsverməsi halal, amma PKK səsverməsi isə haram səsdir. O bəla gətirər. Bərəkət gətirməz. Kürd səsverməsi nur kimidir. Türk, çərkəz, laz onsuz da millətimin gözəl nümayəndələridir.
Məhkəmələrin güclü olduğu ölkə etibarlı ölkədir, rahat yaşanacaq ölkədir. Məhkəmələr zəifdirsə, o ölkə də zəifdir. Yaxın Şərq ölkələrinin böyük bir hissəsində məhkəmələr pis vəziyyətdədir.
Dünyanın hər tərəfində qadınlar əzilir, insanlar bunu seyr edir. Mehdiyyət ilə bu bəla aradan qaldırılacaq. Mehdi (ə.s) bu bəlanı aradan qaldıracaq. Qadınların baş tacı olduğu sistem, qadınların olduqca azad olduğu sistem mehdiyyətdədir.
Məclisin ən azından yarısının qadın olması lazımdır. Qadınlara da olduqca çox azadlıq verilməsi lazımdır. Kişi suverenliyi vardır, bu, açıq-aşkar görülür. Qadınlar xeyli üstündür, çox qiymətli, ağıllı, sadə, saf və bəzəkli, gözəl varlıqlardır. Onlar dünyanın bəzəyidir.
Şeytanın gücünü qıracaq güc Moşiyah Mehdi (ə.s)-dadır. Allah o gücü, o imkanı ona vermişdir.
Fələstin-İsrailin dost və qardaş olması üçün Moşiyah Mehdi (ə.s)-dan başqa yol yoxdur. Moşiyah Mehdi (ə.s)-ın vaxtı gəlmişdir.
Əgər MHP olmasaydı, Türkiyə indi kommunist idi. Dəqiq getmişdi. O aslanlar bədənlərini Səddi-Zülqərneyn kimi sipər edib vətəni, milləti qurtardılar, maşAllah.
Münafiqin ən böyük idealı müsəlmanlardan tez bir zamanda ayrılmaqdır. Çünki uzaqdan vurmaq üçün mənzil qazanması lazımdır. Amma ayrılarkən də təbii, ilk hücumunu müsəlmanların anlayacağı bir tərzdə etməz. Anlamayacağı şəkildə etməyə çalışar. Özünü müsəlman, mömin kimi tanıdaraq ayrılmaq meylindədir.
Münafiqlərin gözlərində nifrət olar, yəni pis bir enerjisi olar. O, nifrəti gizlətmək istəyər, amma bacarmaz.
Münafiq həmişə intiqam almağa çalışar. Gah sözü ilə intiqam almaq istəyər, gah gözü ilə, gah da əxlaqsızlığı ilə müsəlmanları narahat etmək istəyər, onların rahatlığını pozmaq, başını bəlaya salmaq istəyər, amma bunları təqva görünüşündə edər.
Münafiqlərdə alçaqlıq kompleksi olduğu üçün onlar həmişə özünü böyük göstərmək istəyər. Həmişə çox böyük olmaq istəyər. Amma heç vaxt da çata bilməz, həmişə alçaldılar. Allah həmişə onları alçaldar.
Münafiqlərə Allah bir müddət zaman verər. Məsələn, onlar sağlam kimi görünər, halbuki, Allah deyir ki: "Mən onları addım-addım bəlaya yaxınlaşdırıram". Hər il, hər ay onlar bəlaya doğru yaxınlaşırlar.
Münafiqlərin baxışında pozğunluq vardır. Yəni nifrətini bir pərdə ilə gizlətməyə çalışar. Buna görə də münafiqin baxışı donuq olar. Amma gizlətsə də, başa düşülür.
Münafiq boş-boş danışar. Allahdan heç bəhs etmək istəməz. Münafiqin xüsusiyyətidir. Allahdan bəhs etdiyində içi yanar. Onlar həmişə nümunələrlə danışmağa çalışarlar. Yəni insanlardan, ətrafdan nümunə gətirər. Misallarla danışmaq münafiqin əsas xüsusiyyətidir.
Münafiq müstəqil bir şey edə bilməz. Məsələn, Allah onlara Drar məscidini qurdurur. Münafiqi Allah yaradır. Müsəlman savab qazansın deyə yaradılır.
Münafiqin Quranı dinləməyə dözümü olmaz. Çox sıxılar, boğular. Müsəlmandan da sıxılar. Çünki müsəlmanın üzündəki aydınlıq onu boğar. Müsəlmanları görərkən Allahı xatırlayar, sıxılar.
Münafiqlər şeytanla əlaqə qurub ondan məlumat alar. Şeytan ona: "onu et, bunu et, belə pislik et, belə əxlaqsızlıq et, belə fitnə çıxar"― deyə, ona tək olarkən ağıl verər. Möminlərin yanında Allahdan bəhs edildiyi üçün orada diqqəti yayınar.