Allah: "Sənə biri pislik etdikdə sən ona gözəl cavab versən aranızın yaxşı olacağını, dost olacağınızı görərsən" deyir. Yəni Allah: "Mən aranızı düzəldəcəyəm" deyir. "Sizin aranızdakı ədavəti yox edərəm" deyir.
Sevgi dünyanın ən gözəl tərəfidir. Həyatın ən gözəl tərəfidir. Çünki sevgi imanla əlaqəlidir. Allahı sevən, təcəlli olaraq insanları da sevər.
Aciz və pessimist üslub olmaz. Bir qayda olaraq bundan uzaqlaşmaq lazımdır. Həll yolunu söyləyin. Utanacaq bir şey yoxdur. Xoşunuza gəlməyəcək bir şey də deyil. Sevgi gözəl bir sözdür.
Mənfi olan hər şeyi söyləyir, dərmanını söyləmir. Dərmanı tək sözlə söyləməlidir; sevgi. Hər kəs ağzını sevgi sözünə alışdırsın. Dünyadakı bu xəstəliyin, bu fəlakətin həlli sevgidir.
"Müharibə olmasını istəmirəm" deyir, PKK-nı dəstəkləyirsən. Sən necə müharibə olmasını istəmirsən? PKK əlindəki silahlarla nə edir? İnsanları şəhid edir. Sən müharibəyə qarşı deyilsən, yalan danışırsan. Sən silahlı dəstələri dəstəkləyirsənsə, sülh tərəfdarı ola bilməzsən.
Bəzi gənclər nə qədər çox dava etsələr, nə qədər söz ilişdirsələr o qədər şəxsiyyətləri artacağını düşünürlər. Sevgini bilməyən insan necə şəxsiyyət sahibi olar? Bir dəfə insan xüsusiyyətini qazanması üçün sevgini bilməlidir. Sevgi yoxsa bitmişdir.
İnsan sevgiyə dair tək bir cümlə yazdıqda, o onu əsir edər. Yəni yazdığı cümlənin əsiri olar, lakin nifrət yazısı yazdıqca da bu nifrət yazılarının əsiri olur. Həmin hərflər onu hipnoz edir, o küfr dolu sözlər onu hipnoza salır. Halbuki özünə sevgi hipnozu etsə, onun təsiri altında qalacaq. Yazdıqca sevgi onu bürüyəcək.
Sevgi moda halına gətirilməlidir. Yazıçılar buna liderlik etsin ki, sevgini gündəm mövzusuna çevirək. Bu sevgisizlik insanları həlak edər, bu çox qorxunc şeydir. Sevgi sözünü söyləsə, sevgidən danışsa insanlar onun təsiri altında qalarlar.
Televiziya kanallarında əsas iman həqiqətləri mövzularını müzakirə etmək lazımdir. Hocalar çox vaxt keçmişdə yaşanmış hadisələrdən danışırlar. İnsanın imanının olub-olmadığı onları maraqlandırmır. Halbuki dünyadakı ən böyük problem, Allaha iman problemidir.
Heç bir insan üçün cəhənnəm arzulanmaz. Hər insan üçün Allahdan hidayət, gözəllik arzulanar.
Möminə dəli deyilməsi, onun imanının kamil olduğunu göstərir. Peyğəmbərimiz (s.ə.v): "Bir möminə dəli deyilmədikcə, imanı kamil olmaz" deyir. Hətta səhabələr barədə, onların İslama, Qurana sədaqətlərindən, şövqlərindən ötrü; "siz səhabələri görsəydiniz, onlara dəli deyərdiniz" deyilir. Malını mülkünü paylayır, hər şeyini paylayır.
İsrail səhv edir deyə, sənin də səhv etməyin lazım deyil. Sən ona dostcasına, sevgiylə yaxınlaşsan onun da sənin dostun olduğunu görərsən. Sən sevgiylə yaxınlaş, dostcasına yaxınlaş. Amma bıçaqla yaxınlaşsan, o da sənə tankla yaxınlaşar, tankla yaxınlaşsan bombayla yaxınlaşar. Bunun sonu gəlməz. Amma sevgiylə yaxınlaşsan onun da sənin dostun olduğunu, sevdiyini görərsən. Bu, Quranın bir sirridir.
Uzun ömür İslama xidmət etmək üçün istənilər. İslama xidmət etməyən insan üçün bəlaya çevrilə bilər. İnsanın ömrü uzanar, cəhənnəmin daha da dibinə gedər. Xeyirli uzun ömür əhəmiyyətlidir. Savabı itirdikdən sonra, Allaha xidməti itirdikdən sonra uzun ömrün faydası yoxdur. Uzun ömür İslama fayda vermək üçün əhəmiyyətlidir.
Heç birimiz dünyada daimi qalmayacağıq. Əhəmiyyətli olan axirətə şərəflə getməkdir. Şəhidlərin ruhu necə gözəldir, bu cür şərəflə gedirlər.
Möminlər qardaş/bacıdırlar. Hər yerdə bir-birlərini sevib hörmət qoymalıdırlar, qoruyub himayə etməlidirlər. Yaxşı gündə, pis gündə bir-birlərinə hüsnü zənlə baxmalıdırlar, xeyir gözüylə baxmalıdırlar, sevgi ilə baxmalıdırlar. Tərəf tutma siyasəti gözü ilə baxmamalıdırlar. Hansı partiyadan, hansı düşüncəyə sahib olmağından asılı olmayaraq, mömündür, ya yox, biz mütləq buna baxmalıyıq. Kişi və qadın möminlər bir-birlərinin bacı-qardaşı və himayədarıdırlar.
Polis, əsgər və keşikçi maaşı; bizim maaşlarımızı azaltsınlar, onların maaşını artırsınlar. Çünki onlar vətən üçün canlarını ortaya qoyurlar. Biz şəhərlərdə otururuq, lakin onlar vətən üçün, millət üçün qızğın qarşıdurmalara girirlər. Maaşlarının yüksəlməsi, polis, əsgər və keşikçilərimizin haqqıdır.
“Biz Quranı sənə ona görə nazil etmədik ki, çətinlik çəkəsən” (Taha surəsi, 2) İnsan düşünür. Anlamırsanmı? Çətinlik çəkirsənsə səhv yoldasan, iztirab çəkirsənsə səhv yoldasan. İslam asanlıq dinidir.
Zorla niyə çətinlik istəyirsən? İslamda musiqi var, şəkil də var. Əylənərsən, gülərsən, oynayarsan, namazını da qılarsan, gəzərsən, üzərsən. Həyatı öldürərək müsəlmanlıq olarmı? Bütün halalları haram edirsən. Allah sənə onları nemət kimi vermişdir, sən Allahın o nemətlərini yox edərək, Allahın dininə qarşı mübarizə aparmış olursan.
İslamda cəmiyyət bayram ab-havasındadır, görünməmiş coşğu var. Hər kəs istənilən adamın evinə gecələməyə gedir, yeməyə gedir, o buna gedir, bu ona gedir. Məsələn, biri ev tikəcək, hamı birdən gəlir, evi birlikdə tikirlər. Orada yemək hazırlanır, hamısı birlikdə yeyir yeməkləri. Tam qardaşcasına yaşayırlar.
Əlbəttə ki, Peyğəmbər (s.ə.v)-in yanında olmaq çox əhəmiyyətlidir. Səhabələrin rahatlığına söz ola bilməz. İnsanlar İslam cəmiyyətini yaxşı tanımır. Müsəlmanların hamısı bir ailə kimi olur. Məsələn, insanın otuz otaqlı köşkü varsa, müsəlmanları doldurur içinə. Hamısına yemək çatır. Malını paylayır. Birlikdə ticarət edir, hamısını şərik edir. Görünməmiş bir sistemdir.
Qadınlara əxlaq öyrətməyi buraxsınlar. Kişiləri öyrətsinlər. Qadınlar nə edəcəklərini bilirlər. Belə geyinməlisən, belə gülməlisən, belə oturmalısan, belə baxmalısan deyirlər, bunlara son qoyulmalıdır.