Allah; "təkcə Qurandan sorğu-sual ediləcəksiniz" deyə buyurur. Buna baxmayaraq, Qurana görə deyil, insanların hökmünə görə hərəkət edirlər. (Zuxruf surəsi, 44: “Eləcə də, şübhəsiz ki, o (Quran), sənin və qövmün üçün həqiqətən bir zikrdir. Siz (ondan) sorğu-sual ediləcəksiniz”.)
İslam aləmindəki fəlakətin mənbəyi bəzi müsəlmanların Quranın kafi olduğunu qəbul etməmələridir. İslam aləminə yağış kimi bəla yağmasının səbəbi Allahın dinini dəyişdirməyə cəhd etmələri və haşa Allahın dinini bəyənməmələridir.
Mövhumatçı sistemdə hər biri ayrı hökm çıxardır. Biz bu şəxslərin düşüncəsinə deyil, Allahın sözünə güvənirik. Quranda olmayan hökmlərlə ortaya çıxdıqları üçün milyonlarla insanın İslamı yaşamasına mane olurlar. Bu çox böyük günahdır.
Bir-birlərinə güvənməyən, hörmət göstərməyən insanların bir-birlərini səmimi-qəlbdən sevməsi mümkün deyil. Allah qorxusu və sevgisi olmadıqca tez-tez bir-birlərinə telefonla nəzarət edir, "indi haradasan, kiminləsən" deyirlər, qarşısındakının söylədiklərinə inanmırlar. İman olmadıqca güvən və sevgi olmur. Sevgidən anladıqları dalaşmaq, bir-birini ittiham etməkdir. Gün boyu bir-birləriylə didişirlər. Sevgi və ehtiras möminlərə məxsus nemətlərdir.
Quranda qadına geniş azadlıq verilir. Qadın əziyyət görməkdən qorxduğu zaman çarşab geyər, etibarlı mühitdə dekolteli olmasında problem yoxdur. Haram olan qeyri-qanuni cinsi əlaqədir. Qadınla eyni mühitdə olmaq deyil. Qadınla eyni mühitdə olarsan, fövqəladə hörmət göstərərsən.
İnsanların bir hissəsi sevgini, ehtirası, iman dərinliyini bilmədikləri üçün insana bənzəyən, lakin insanlığı bilməyən şeytani varlıqlar olurlar. Bəzi insanlar da sevgini bilməyənlərin əxlaqsızlığına təəccüblənirlər. Təəccüblənəcək bir şey yoxdur, nifrət dolu insandan nifrət axar, gözəllik deyil.
Avropada Türkiyə və İslam əleyhinə yaranma səbəbi mövhumatçılıqla müsəlmanların əhatə edilmiş olmasıdır. Buna qarşı Quran İslamı tam həll yolu olacaq.
Mədəniyyətlərin vuruşması İngiltərə dərin dövlətinin planıdır. Bu plana fayda təmin edəcək heç bir oyuna düşməmək lazımdır. Çünki bu planın məqsədi müsəlmanları kütləvi yox edə bilmək üçün xristianlarla müsəlmanları vuruşdura bilməkdir. Bunlar xristianları da maraqlandırmır, özləri dindar deyildirlər. Hilal-xaç müharibəsi üslubunu müsəlmanlar olaraq biz heç vaxt qəbul etməyək. Müsəlmanlar ilə İsəvilər qardaşdır deyək, sülh istəyək. Müsəlmanları mövhumatçılığın içinə məhkum edib mövhumatçılığı səbəb göstərərək nəhəng müharibənin içində İsəviləri və müsəlmanları yox etmək istəyirlər. Bu oyunu pozmağın yolu musiqiyə, incəsənətə, heykələ, keyfiyyətə əhəmiyyət verən bir müsəlmanlıq anlayışı ilə xristianlarla dost olub fitnəni aradan qaldırmaqdır.
Bəzi insanların məlumatı əksik olduğu üçün Əbdülhəmid dövrü barədə "bir qarış torpaq verilmədi" deyirlər. Halbuki ən böyük torpaq itkisi bu dövrdə oldu.
Dekolteyə, musiqiyə, incəsənətə qarşı olanların necə qorxunc həyat təqdim etdiklərini görürlər. Bizim bəhs etdiyimiz səhabə müsəlmanlığı həqiqi Qurandır.
Necə ki, hər varlığın bir vəzifəsi varsa, insan şeytanlarının da vəzifəsi həsəd aparmaq, qısqanclıq, acı çəkməkdir. Bunların həyatı sürünməklə keçər.
Bir insan sevgini itirmiş, nifrətlə dolmuşdursa insanlığını itirmiş, müəyyən mənada şeytan olmuşdur. Belələrinin sözləri mömini daha da şövqləndirər.
İmanımızı, sevincimizi, sevgimizi, incəsənət anlayışımızı qısqananlara baxdığımız zaman, bu kəslərin tənha və hər kəsdən nifrət edən insanlar olduqlarını görürük.
Peyğəmbərimiz (s.ə.v) Mehdi ilə əlaqədar nə qədər əlamət sayıbsa, hamısı son 30-35 il ərzində tək-tək reallaşdı, reallaşmağa davam edir.
İslam aləmində bəzilərini mehdiyyət təşvişi bürümüşdür, lakin dəccaliyyətin fitnəsinə heç fikir vermirlər. Dəccaliyyət tarixin ən böyük fitnəsidir.
İslam aləmi parça-parça olub, məzlumlar dənizlərdə boğulur, zülm baş alıb gedir. Müsəlmanların çoxu buna heç diqqət etmir.
Axırzaman münafiqləri çox azğın xarakterlidir. Küfr əhli də münafiqləri çox işə yararlı gördüyü üçün qidalandırar və yönləndirər.
Dəccal (haşa) Məsihlik və İlahlıq iddiası ilə ortaya çıxacaq. Türkiyə mehdiyyətin mərkəzi olduğu üçün Dəccalın hədəfindəki bir ölkədir.
Mən qadınlara həmişə prioritet tanıyıram. Qadınlar mənim üçün çox dəyərlidir.
Hz. Süleymanın təbliğ üsulu gözəllik, incəsənət, zənginlik, estetika, keyfiyyət və ehtişam idi. Memarlıqda, incəsənətdə həmişə mükəmməllikdən istifadə etdi.
İslam azadlıq, sevinc, keyfiyyət və incəsənətdə ən yüksək nöqtə, hər gün bayram olması, hər yerdə ədalət, zənginlik, təhlükəsizlik olması deməkdir.