Allaha tam sığınsınlar, təslim olsunlar. Bərəkət və bolluq bütün dünyanı bürüyür. Başqa yolla ağrıdan, bəladan, fəlakətlərdən xilas ola bilməzlər.
Sən ətdən, sümükdən meydana gəlmiş zavallı bir varlıqsan. Üstəlik də onun görüntüsüsən, kölgə varlıqsan. Bütün gücün Allaha aiddir. Bizi danışdıran da Allahdır. Allah belə buyurur "Allah istəməsə, siz istəyə bilməzsiniz". Nitqi verib danışdıran Allahdır, ayə vardır. Ayədə deyir "Nitqi verən Allahdır".
Bütün güc Allaha məxsusdur. Bircə külli iradə, hakim iradə vardır, yəni Allahın iradəsi vardır. Hər birinə hakimdir. Qədərin hamısı Allaha aiddir. Hər biri Kitabda yazılmışdır. Tək bir an vardır. Tək bir an içində Allah hər şeyi edib bitirmişdir.
Külli iradə, cüzi iradə deyilən bir şey yoxdur. Bir iradə vardır. Onu da Allah yaradır.
Bir insanın xurafatçısı da, dəccalı da əskik olmamalıdır. Fironu, Nəmrudu da əskik ola bilməz. Yaxşı təbliğ edilməsinə vəsilə olurlar. Allah bizi xurafatçısız, münafiqsiz, dəccalsız, fironsuz, nəmrutsuz buraxmır. Biz də bunları elmlə, biliklə əzirik.
İndi oyağıq. Dünya qan ağlayr və biz bu vəziyyətdə rahat yaşaya bilmərik.
MƏNİM MEHDİLİK İSTƏYİM YOXDUR. MƏNİM İSLAM BİRLİYİ ARZUM VAR. Gecə-gündüz istədiyim tək şey budur.
İnsanlar yüksək səslə "Yox olsun İsrail" deyə qışqırırlar. İsrail peyğəmbər adıdır. Quranda ayə var. Hz. Yaqubun adıdır. Elə sözlər demək olmaz. Sən qəddarlara, zalımlara lənət et. Hz. İsrailə lənət etmək olmaz.
Peyğəmbər nəslini yox eləməyə çalışsan, şeytana xidmət etmiş olarsan.
Yəhudilər axır zamanda Hz. Mehdi (ə.s)-a tabe olacaqlar. Tabut, yəni müqəddəs sandıq tapılacaq. Bu, insanlığı xeyli təəccübləndirəcək.
Mehdi mübarizə apararkən xurafatçı, dinsiz dəccallar da ittifaq halında Mehdiyyətə qarşı hücum edəcəklər.
Əvvəllər, məsələn, tək firon idi. İndi yüzlərlə firon, Nəmrud Mehdiyyətə qarşı hücum edir. Buna görə Mehdiyyət çox əhəmiyyətlidir. FİRONLARIN VƏ NƏMRUDLARIN HAMISINA BİRLİKDƏ DƏCCALİYYƏT DEYİRİK.
Bir firon getsə, digər firon gələr. Hal-hazırda Mehdiyyət çağındayıq. Mehdiyyətə qarşı hücuma keçmiş çoxlu Firon və Nəmrud vardır.
Allah dəccalların əvvəlcə Mehdilərə hücum etmələrinə icazə verir. Mehdilər yetərincə savab qazandıqdan sonra Allah bu alçaqları boğaraq, damarlarını qopardaraq, beyinlərini parçalayaraq öldürəcək. Çünki artıq vəzifələri bitmiş olacaq.
MARKSİZM, LENİNİZM QANSIZ OLMAZ. Qan, şiddət və terror Leninizm, Marksizmlə bir –birinə bağlıdır.
Qəddarlığı, nifrəti din kimi qəbul edirlər. Belə şey olmaz. Əgər sevgi ilə, şəfqətlə yaxınlaşmasaq, insanlar müsəlman olmazlar. Şəfqətlə yanaşmasaq heç kim dinə yaxınlaşmaz. Sən nifrətlə yaxınlaşsan, insanlar dini, İslamı öyrənə bilməz.
Razı salaraq, danışaraq, sevgi ilə, ağıldan istifadə edərək bütün insanlığı İslama dəvət etmək mümkündür.
“İsrail” peyğəmbər adıdır. Niyə deyirsən ki, “Yox olsun İsrail”, siz “Yox olsun əxlaqsızlar”, “zalimlər”, “qəddarlar” deyin.
Yəhudi düşmənliyi müqəddəs qəbul edilir. Halbuki, o insanlara yaxınlaşıb gözəl şəkildə doğrunu, haqqı söyləsən, o sənin bacın-qardaşın olar. Doğru, güzəl olan da budur. Düşmənliklə onun hidayətini, İslama yaxınlaşmasını əngəlləyərsən.
Nifrəti din kimi göstərirlər. Məsələn, Yəhudi, mason, müşrik, ateist, buddist nifrəti ... Şəfqət göstərməsən, bu nifrət qurtarmaz. Peyğəmbərimiz (s.ə.v)-in yolu belə deyildi. Şəfqət duyurdu, sevgi ilə yaxınlaşırdı, yaxşılıqlarını istəyirdi.
Təkcə Fələstinin qurtuluşu ilə olmaz. BÜTÜN İSLAM ALƏMİNİN, BÜTÜN DÜNYANIN QURTULUŞUNU HƏDƏFƏ ALINMALIDIR. Xristianlara, Yəhudilərə, dinsizlərə də şəfqət duymalısan. Hər kəsi xilas edək. Dünya birlik olsun, hər kəs hüzur içində yaşasın. Acı, iztirab olmasın.