Allahı, Quranı unudub, İslamı yaşamayan insanlarla dostluq bağı ilə bağlanıb müsəlmanları tərk etmək olmaz. Sənin bağlanacağın dostluq qrupu müsəlmanlar olmalıdır. Allah "Onlara sevgini göstər" deyir.
Türkiyə hər hansısa bir ölkənin tərəfində deyil. Biri bir səhv edərkən yalnız səhv qismini tənqid edərik. Yaxşı olan qismini də çox gözəl vurğulayıb, izah edərik. Türkiyəyə yaraşan da elə budur.
Biz Türkiyə olaraq bütün dünyanı əhatə edəcək üslubda ola bilərik. Qərarlaşdırılmış bir fikri, düşüncəni dəstəkləyən vəziyyətdə ola bilmərik.
Allah Quranda Ona üsyan edənləri qorxutmaq üçün cəhənnəmdəki əzabları izah edir.
Peyğəmbərimiz (s.ə.v) "Mehdi (ə.s)-ın camaatından üç böyük ayrılma olacaq" deyir.
Dözümlülük və mətanət Mehdi (ə.s) və tələbələrinin xüsusiyyətidir.
Biz hal-hazırda yuxudayıq. Həyat da bir yuxudur və biz yuxu görürük. Biz bu yuxudan öldüyümüz vaxt ayılacağıq.
Rakim əhli də, Kəhf əhli də gənclərdən ibarət olur. Rakim əhli hz. İsa (ə.s)-ın tələbələri, Kəhf əhli də hz. Mehdi (ə.s)-ın tələbələridir.
Allah yaratdığı dəlillərlə təkamülçülərə sözlərini bir-bir geri götürdür.
Səudiyyə Ərəbistanı BM-dəki kürsüsünü rədd etmək əvəzinə İslam Birliyini yaratsın. Digərindən heç bir nəticə çıxmaz.
Allahdan bəhs edərkən hörmətdə heç vaxt qüsura yol vermək olmaz, dərin hörmət lazımdır.
Allahdan, dindən bəhs edərkən lağ etmək, zarafat etmək olmaz. Din əyləncə mövzusu deyil.
Xeyirlərdə yarışmaq, xeyir rəqabəti aparmaq insanda ağılı açar, bərəkət, nur, gözəllik gətirər.
Allahı təriflədikcə, öydükcə, Allaha dua etdikcə ağıl durular, insanın beynindəki təzyiq aradan qalxar. Əks halda beyin keyiyər, qapanar. Ağıl gedər, insan dəli olar.
Cədvəllərdə nə yazıldığı əhəmiyyətli deyil, türk dili rəsmi dil olacaq. Bu vətəndə razılaşma dilimiz, danışıq dilimiz, qardaşlıq dilimiz türk dilidir.
Türkiyədə İslam Birliyi olacaq. Türkiyənin bölünməsinə yol vermərik. Cənub-şərqli qardaşlarımızı Stalinist-kommunistlərə, PKK-ya təslim etmərik. Oradakı analarımızı, bacılarımızı kommunistlərə qənimət olaraq vermərik. Əbəs yerə qoçuluq etməsinlər. Bundan əl çəkəcəklər.
Quranda Axırzaman əlamətləri bir gizli olaraq, bir də açıq şəkildə izah edilir. Allah parçalanmış, firqələrə ayrılmış müsəlmanlardan bəhs edərkən Axırzamana işarə edir. Çünki müsəlmanlar Peyğəmbərimiz (s.ə.v) dövründən bəri ilk dəfədir ki, bu qədər məzhəblərə, camaata bölünmüş vəziyyətdədirlər.
İsrail ilə Türkiyə dostdurlar. Hz. Musa (ə.s)-ın və hz. İbrahim (ə.s)-ın övladlarıdırlar. Biz onları sevirik, şəfqətlə bağrımıza basırıq.
Mehdiyyətə, İslam Birliyinə qapı açana, Allah qapı açar. Allah Özünə bir addım atana tərəf on addım atar, inşaAllah.
Tayyib çox yaxşı bir insandır. Xarici İşlər Naziri də yaxşıdır. MİT məsləhətçisi də yaxşıdır. Ədalət naziri də yaxşıdır. Bunlar çox yaxşı qrupdur. Allah tərəfindən dəstəklənirlər. Çünki mehdiyyət, İslam Birliyi yolunda hərəkət edirlər.
Hakan Fidan müəllimim doğru yoldadır maşaAllah. İslam Birliyini istəyən, Türk İslam Birliyini istəyən ağıllı bir yoldadır. Həsəd edən olarsa, bu zaman ona bərəkət gələr. Könlü rahat olsun. Heç bir şey olmaz, inşaAllah.