Allahı unutmaqdan Allaha sığınmağın, Allahı unutmaqdan utanmağın müsəlmanın xüsusiyyəti olması lazımdır.
İslam aləmi tək bir beyin ətrafında toplandığı zaman xilas olar. Çoxlu beyin olduqda hamısı bir-biri ilə ziddiyyət təşkil edir, parçalanma olur.
İnsan səmimi olduğu zaman mənfəəti ilə zidd düşən vəziyyətlərlə qarşılaşar, heç vaxt mənfəətini üstün tutmamaq səmimiyyətdir. Səmimi insan əsla özü üçün yaşamaz. Səmimiyyətin əsas meyarı budur.
Səmimiyyət dünyanın ən asan ibadətidir. Allah insanların təkcə səmimi olmasını istəyər.
Atatürk Allahın lütfünə nail olmuş xüsusi insandır. Müasir dindardır, ziyalı Osmanlı paşasıdır.
PKK-nın hədəfinin təkcə Cənub-Şərqi Anadolu bölgəsi olduğunu zənn edirlər, halbuki kommunist ideologiya bütün bölgəni udmağı qarşıya məqsəd qoyan hərəkatdır.
Allahın bütün kainatdan istədiyi tək şey sevgidir. Allah yaratdıqlarını sevər. Sevgi ilə həyat mənalı olar. Kainat sevgi ilə gözəldir.
Qadın ağlının, ruh dərinliyinin, nəzakətinin, sənətçi ruhunun, gözəlliyinin təqdir edilməsini istəyər. Təqdir edildikdə qadın ruh qazanar. Dünyanın demək olar ki, hər yerində qadınların həyatlarını sanki cəhənnəmə döndəriblər. Heç bir yerdə rahat, hüzurlu yaşatmırlar.
Qadınların iqtisadi azadlığı əhəmiyyətlidir. İş yerlərində qadınlara prioritet verilməli və qadınların hər cəhətdən çox gözəl qorunmaları lazımdır.
“Din mühəndisi” olan insanların iman həqiqətləri izah etdiklərini heç duymaz, Allah sevgisi, insan sevgisindən bəhs etdiklərini eşitməzsiniz. Bu insanların təkcə uca səslə xalqı tənqid edən, öz aləmlərində haşa dini tənqid edən açıqlamaları vardır. Üzləri də buz kimi sevgisizdir.
Haşa Allahı tənqid edən “din mühəndisi” bəzi kəslərin müsəlmanlara ağıl verməsini istəyirlər. Müsəlmanlar Qurandan, Rəsulullahdan nəsihət alar.
Allah millətimizi və ölkəmizi böyük zəlzələlərdən və fəlakətlərdən qorusun.
2019-2020-ci illər mehdiyyətin ən güclü elmi fəaliyyət göstərəcəyi illər olacaq Allahın icazəsi ilə.
Allahın, vicdanına ilham etdiklərinə müqavimət göstərməyən insana səmimi insan deyilər.
Dünyadakı ən gözəl varlıq qadındır, ehtirasla sevilə biləcək varlıqdır qadın, Allah çox böyük nemət olaraq qadını yaratmışdır.
İdman, sağlamlıq baxımından çox əhəmiyyətlidir, dövlətimizin gənclərimizə istiqamətli uşaqlıqdan etibarən mütləq yaxşı idman siyasəti yürütməsi lazımdır.
İnsanlar qanunlar çərçivəsində başqasının azadlığını, xoşbəxtliyini qəsb etməyəcək şəkildə mümkün qədər azad olmalıdırlar.
Təvəkkül edən müsəlmanın ağlı yerində olar, işləri həmişə rast gedər. Gələcək qorxusu isə insanı psixoloji cəhətdən çox sarsıdar.
Allaha təvəkkül edən, dünya hərisliyi etməyən insanı Allah gözəlliklə yaşadar. Dünyada vəzifəsini müvəffəqiyyət ilə yerinə yetirib gözəlliklə axirətə gedər.
Müsəlman təkcə Allahın rizası üçün hərəkət edər.
Bədiüzzaman Səid Nursi həzrətləri, hz. Mehdinin zühur edəcəyi tarixdən, ortaya çıxacağı yerə qədər çoxlu təfərrüat bildirmişdir.