Allahın varlığını, Quranın həqiqətini elmi dəlillərlə izah edərkən milyonlarla insan hidayət tapdı. Bunu əlaqələrimizdən, dünya səviyyəsindəki təsirindən, universitetlərdə doğurduğu əks-sədadan, Müsəlmanların fəaliyyətə keçməsindən anlayırıq.
Təxminən, yetmiş il sonra pozulma başlayacaq, amma İslam əxlaqının hakimiyyəti qarşımızdakı on il ərzində yayılmağa başlayacaq. Bütün insanların, bütün medianın, televiziyaların görə biləcəyi şəkildə İslam əxlaqı dünyaya hakim olacaq.
Dünya hakimiyyəti yeddi və yaxud doqquz il sürəcək. Artıq imtahanın mənası qalmadığı, İslamın tamamilə hakim olduğu, dəccaliyyət aradan qalxdığı üçün yeddi və ya doqquz il müddətində İslam hakimiyyəti olacaq, sonra isə hicri 1506-ci ildən tənəzzül başlayacaq.
Küfrün olması çox əhəmiyyətlidir. İnsanlar küfrün, dəccalın yoxluğunu istəyir. Lap yaxşı, amma belə olduqda imtahanın, savabın da olmaz. Buna görə də Allah dəccaliyətin ömrünü uzadır. Məsələn, dəccalın ömrü qırx ildirsə, İslam hakimiyyətində Mehdi (ə.s)-ın iman həqiqətləri istiqamətindəki fəaliyyəti də qırx ildir.
İslamın dünyada hakimiyyəti yeddi və ya doqquz il olacaq, vəssalam. Çünki imtahan olmadığına görə Allah dünyanın davam etməsini lazım bilmir. Dünyada artıq küfr aradan qalxmış olur.
Allah kainatı, dünyanı Mehdiyyətə uyğun şəkildə qurmuşdur. Hadisələr o istiqamətdə baş verir. Lakin insanlar səbr edib gözləyə bilmirlər. O qədər tələsirlər ki, Allah ayədə belə buyurur: "İnsan tələskən yaradıldı". Hər şey dərhal olub qurtarsın, dərhal Mehdi (ə.s) üzə çıxsın, İsa Məsih gəlsin, İslam Birliyi yaransın. İslam Birliyi yarandıqdan sonra daha savab qazana bilməyəcəksən.
Sevgidə bütövlük vardır, həmişə birlikdə olmaq istəyərsən. Eqoistlikdə kiçilmək vardır. İNSAN EQOİST OLMASA HƏR KƏSİ SEVƏR. Özü üçün olanın hər kəs üçün olmasını istəyər. Sevgisini bölüşər, sevgini bölməz. Hər kəsə qarşı sevgi, şəfqət hissi bəsləyər.
Məzar gözəl-çirkin bilməz, hamını eyni şəkilə salır. Torpaq simaları dəyişir. Hamı təbəssüm edən skeletə çevrilir. Təmiz torpağın altında hamı birlikdə yatır.
Zəkalı olmamaq günah deyil, daha çox savab qazanar. Gözəl olmamaq günah deyil, GÖZƏL BİR SAVAB ALSA, ÇİRKİN ON SAVAB QAZANAR.
Eqoistliyə, xudpəsəndliyə icazə verilmir. KÜRD PROBLEMİ DEYİL, TÜRK-İSLAM BİRLİYİ PROBLEMİ VARDIR. Bütün dünyanın ac olması əsas məsələdir.
Zaman qavrayış formasıdır. Beyindəki inanca zaman deyilir. Zaman deyilən bir şey yoxdur. Beyin bir hadisəni digəri ilə müqayisə edir, bu müqayisədən bir inanc meydana gəlir. Biz də bu inanca zaman deyirik.
Quranı ərəbcə dinləmək gözəldir, amma fərzə əməl etmərsən. Yəni Allahın hökmündən xəbərsiz olarsan. Çünki bilmədiyin dildədir. Siz Qurandakı hökmlərdən , mənasından sorğu-sual olunacaqsınız. Buna görə də ənənəvi düşüncədən əl çəkin. Mənasına əhəmiyyət verin.
PKK ideologiyadan, saxta da olsa elmdən, fəlsəfədən istifadə edir. Buna qarşı elmlə, ağılla, demokratiya ilə cavab vermək lazımdır.
Bizim bir idealimiz var: İslam Birliyi, Türk-İslam Birliyi. Qətiyyətlə, yorulmadan biz bu idealogiyamızı təbliğ edəcəyik. Bizim üçün Kürd idealı, hədəfi deyilən şey yoxdur. Onsuz da Kürd, Laz, Çərkəz, hamısı Türkiyə deməkdir.
Elə zənn edirlər ki, sevməyə qərar versən sevə bilərsən. Amma elə deyil, sevgini Allah verməlidir. Nə qədər də istəsən, sevgi yaranmaz, sevgi taleyində olmalıdır.
Allah qadını imana, əxlaqa yönəlmiş şəkildə yaratmışdır. İman, əxlaq görsə qarşısındakını sevə bilər. Onu görməyəndə Allah ondan o gücü alır, sevə bilmir. Yəni özü istəsə də sevə bilməz.
Peyğəmbər dünyanın ən təvazökar, sevgi dolu və alicənab insanı idi.
Sevgi olmasa insan heyvana dönər, iyrənc bir ət yığınından ibarət olar. Sevgisizlik çox qorxunc fəlakətdir. Dəccaliyyət, Darvinizm məhz sevgisizliyi dünyaya gətirdi.
Sevgi olmasa cənnətin də mənası qalmaz. Sevgi olmasa din ortadan qalxar, sevgi dinin təməlidir .
Sevgisizlik çox geniş yayılıb. HALBUKİ, ALLAHIN İNSANLARI DÜNYAYA GÖNDƏRƏRKƏN ƏN VACİB TƏLƏBİ SEVGİDİR. Allahı, insanları, heyvanları, bitkiləri sevmək, gözəl olan hər şeyi sevmək, ondan məmnun olmaq vacibdir. Cənnətdəki əsas hədəf də sevgidir. Ordakı insanları, vildanları, huriləri, Müsəlmanları sevirsən.
İmansız, sevgisiz insanlar mənə itələyici təsir bağışlayır. Çirkli heyvan necədirsə elə. İmanlı, sevgi dolu insan isə çox gözəl olur.