Bəzi kəslər İslam dini olduğunu zənn edərək, İslamla heç bir əlaqəsi olmayan müşrik zehniyyətli kəslərin arxasınca gedirlər.
Quranı bilmədikləri üçün şirk dinini İslam zənn edirlər. Qurana əsaslanan İslamın həqiqi din olduğunu bilmirlər.
Keçmiş dövrlərdən qalmış sevgisiz, xalqa yuxarıdan aşağı baxan, soyuq zehniyyət var. Bu cür düşünən insanların demək olar ki, heç sevənləri olmur.
Mehdi zühur edənə qədər məzhəblər davam edəcək. Mehdi zühur etmədən məzhəblər aradan qalxmaz.
Allahın və Rəsulullah (s.ə.v)-in müsəlmanlar üçün göstərdiyi çıxış yolu, İslam Birliyi və Mehdiyyətdir.
Misirdə, Səudiyyə Ərəbistanında və digər bir çox yerdə müsəlmanları daxili münaqişələrin artdığı böyük bəlanın içinə çəkməyə çalışırlar.
İnsanlar İslama, Allaha, Peyğəmbərə haşa qarşı olurlar, lakin rumiliyi dəstəkləyirlər. Bundakı anormallığı müsəlmanların görməsi lazımdır. İnsanların anladığı Anadolu mövləviliyi deyil, şərabın, homoseksuallığın halal sayıldığı darvinizmin olduğu rumilik fəlsəfəsidir.
Müşrik sistem Allahın nazil etdiyinə görə deyil, atalarından öyrəndiyinə görə hərəkət edər, dini atalarından öyrəndiyi kimi yaşamaq istəyər.
İnsanları itirmək deyil, qazanmaq əhəmiyyətlidir. Səhv edən olsa belə həmişə onu qazanacaq üslub işlətmək, şəfqətlə yanaşmaq lazımdır.
Atatürkün həqiqi dindar şəxsiyyətindən danışmağımız mühüm xidmətlərimizdən biri oldu. Geniş kütlələrdə Atatürk sevgisinin artmasına vəsilə olduq.
Dəccaliyyətə qarşı böyük mübarizə aparırıq. İngiltərə dərin dövləti bütün iyrənc şəbəkələriylə hərəkətə keçdi, ölkəmizi parçalamaq istəyir. İstədikləri planı qursunlar, qətiyyən müvəffəqiyyətli ola bilməyəcəklər. Türkiyəni bölməyi əsla bacara bilməyəcəklər.
Şəffaflaşma İngiltərə dərin dövlətinin müsəlmanları təzyiq altında saxlamaq taktikasıdır. Öz aləmlərində mehdiyyətə bu yolla mane olacaqlarını güman edirlər.
Müsəlmanların Quranda ittifaq etməsi lazımdır, bir-birlərini qorumalıdır, kiminsə başqasını əzməsinə tamaşa etməməkdir.
Rusiyanın tez-tez İngiltərə dərin dövlətinin oyunlarını gündəmə gətirməsi mühüm və gözəl irəliləyişdir.
Türkiyəyə sülh deyə zorla qəbul etdirmək istədikləri model Cənub-Şərqi Anadolu bölgəsini almaq, Öcalanı sərbəst buraxmaq və dövlət başçısı etmək, qatilləri əfv etmək, yaradılacaq kommunist dövlətin pulunu da siz verəcəksiniz modelidir. Bunları I Dünya müharibəsində də təklif etdilər, cavabını aldılar. I Dünya müharibəsində əsgərlərini göndərənlər indi də kiralıq qatillərini göndərir, Türkiyəni parça-parça edəcəyik deyirlər, heç nə ala bilməzlər. Qurtuluş Savaşında yüz minlərlə şəhid verdik, indi 83 milyon şəhid olarıq, lakin vətənimizdən tək bir çınqıl vermərik.
Dərin dövlətlər münafiqlərdən həmişə istifadə edər. Lakin istifadə etdikdən sonra ən alçaq şəkildə bir kənara atar.
Münafiqlərin fərqli dövrləri var. Əvvəlcə möminlər arasında qəzəblə yaşayar, sonra qopar, sonra təcavüzkarlığı artar, sonra da öz içində çökər.
Münafiq müsəlmanların yanına əvvəlcə imkan tapmaq üçün gələr, lakin müsəlmanların imanını və İslamı tanıdıqca möminlərə kini, nifrəti artar.
Müsəlman münafiqlə elmi yolla aslanın sərçə ilə oynaması kimi oynayar. Münafiqin həyatı dünyada da, axirətdə də rüsvayçılıq içindədir.
Müsəlmanın cənnətdəki məqamı münafiqlərlə, şeytanla, nəfslə fikri mübarizə ilə yüksəlir.
Münafiq imansızdır. İmansız olmasına baxmayaraq, İslama xidmət etməsi ona çox böyük əzab verər.