Biz, darvinizm gənclərə öyrədilməsin demirik, öyrədilsin, amma elm mövzusu olaraq deyil, keçmiş dövrlərin batil inancı olaraq öyrədilə bilər.
Darvinizm xurafatdır, bütpərəst inancıdır. Darvinizm gənclərə tarix dərsində “keçmiş dövrlərin batil dinləri” başlığı altında izah edilə bilər.
İslam aləminin Qədir gecəsi mübarək olsun, Allah təkrarlarına qovuşdursun inşaAllah.
Heç kim heç kimin yeməyinə, paltarına qarışma haqqına sahib deyil. İnsanlar bir çox səbəbdən ötrü oruc tutmaya bilər, buna heç kim qarışa bilməz.
Bütün insanlar sevgini, dostluğu, keyfiyyəti axtaracaq təhsillə yetişsə, belə ruh qazansalar dünya cənnət kimi olar.
Avropada incəsənət, keyfiyyət və təmizliyi gördükləri üçün dəstə-dəstə Avropaya getmək istəyirlər. Türkiyə incəsənətin və keyfiyyətin mərkəzi olmalıdır.
Gözəl əxlaqlı qadının sevgisi və sədaqəti çox güclüdür, sevdiyi üçün hər fədakarlığı gözə alar.
Qadın düşmənçiliyi, qadınların istədiyi kimi yaşaya bilməməsi çox qorxuncdur. Bütün insanların azad və rahat yaşaması əsas olmalıdır. Qadına baxan insan, çiçəyə, incəsənət əsərinə baxırmış kimi qoruma hissi, sevgi və hörmətlə baxmalıdır.
Əyləncəni, gözəlliyi, azadlığı təkcə kişilərə layiq görən zehniyyət çirkindir. Bu zehniyyət qadınları ikinci təbəqədən hesab edir, biz buna icazə verməyəcəyik.
Ərəblər, türkmənlər, kürdlər, bizim üçün hamısı birdir. Hamısı bizim qardaşımızdır.
Təkfir müsəlmanları əzmək üçün şeytanın ortaya atdığı tələdir. Allah təkdir, hz. Məhəmməd Onun Rəsuludur deyən hər insan müsəlmandır.
İnsanlara həmişə şəfqətlə yanaşmaq lazımdır, hamısına doğrunu ağıllı şəkildə izah etmək lazımdır. O zaman bir çox insan doğruya sevə-sevə gələr.
Qurana görə Allahın inkar edilməsi böyük zülm və nankorluqdur.
Müsəlman hər şeyi Allahdan istəyər. Allahın yerinə haşa Allahın hər hansı qulunu əsas götürmək şirk olar. Müsəlman şirkdən qaçmalıdır.
Türk dövlətləri və bütün İslam ölkələrinin birləşdiyini görəcəyik inşaAllah. Qardaşlıq, sevgi və dostluq üçün birləşəcəklər.
Allah Özünü sevəni sevər. Allah Özünə yaxınlaşana daha da çox yaxınlaşar.
Şeyx Nazım Kıbrısi həzrətlərinin övladları çox dəyərli insanlardır. Onlar bizə Sultanımızın əmanətidir, hər biri bizim üçün çox dəyərlidir.
Heyvanlara sevgi göstərildikdə daha da çox gözəlləşirlər, hərəkətləri də gözəl olur.
Şans Allahın taledə o insana məxsus yaratdığı imkanlar və ya çətinliklərdir. Kortəbii təsadüf mənasında olan şans yanlışdır. Hər şey taledədir.
Öyünmə nəzakət çatışmazlığından və cəhalətdən irəli gələr. İnsan, nəzakəti, biliyi artdıqca lovğalanmağın alçaldıcı olduğunu anlayar.
Namus dinin hamısıdır. Dinin qorunması namusdur.