Biz Kommunizmin Allahı, dini, ailəni, əxlaqı, yaradılışı inkar etməsindən narahatıq. Yoxsa kommunizmin ictimai ədalət cəhətindən narahat deyilik. İctimai ədalət olan tərəflərini bəyənirik. Şiddət, dəhşət, terror cəhətdən bəyənmirik.
Kommunistlər Cənub-şərqi bir laboratoriya hesab edirlər. Yəni bütün dünya kommunistləri üçün necə Chenin mübarizələri həyəcan vericidirsə, Cənub-şərqdə də PKK kommunistlərinin etdiyi fəaliyyətlər çox həyəcan vericidir. Yəni kommunizmin tətbiqi hesab edirlər.
Cənub-şərqdəki vətəndaşlarımıza daha çox sahib çıxaq, sevgi, dəyər verdiyimizi, hörmət etdiyimizi göstərək.
Vətən torpağındakı vətəndaşları bəyənməmək, onlara nifrət etmək və vətən torpağını sevməmək çox böyük əxlaqsızlıqdır.
Darvinizmin etibarsızlığını izah edərkən ən şiddətli müqaviməti PKK göstərir. Çünki bu PKK-nın fəlsəfəsini dağıdan vəziyyətdir. Darvinizm yıxılsa, PKK-nın kommunist düşüncəsi də yıxılar. Buna görə kommunistlər arasında böyük çaxnaşma var.
Kommunizm uçqun kimidir. Yəni xüsusilə cahil mühitdə, cahil insanlar arasında, məlumatı olmayan, kasıb insanlar arasında çox tez yayılır.
Sağlam adam özünü qurtara bilər, amma əlil daha təcilidir. Əvvəlcə onlar rahat olsunlar. Biz o zaman xoşbəxt olarıq, əlil sevincini görsək xoşbəxt olarıq.
Bu vətən, bu millət bizimdir. Nə PKK-nı, nə də kommunistləri meydana buraxmarıq.
Əsgərlərin yalnız qalmalarına icazə vermək olmaz. Lazım gəlsə sinəni əsgər üçün sipər də etməliyik. Onlar bizim canımızdır. Mehmetcik çox mübarək, mələk kimi varlıqlardır, maşaAllah. Hər yerdə Mardində, Urfada, Siirtdə o əzizlərimizi bütün gücləri ilə qorusunlar.
Vətəndaşlarımız əsgərlərimizi qorusunlar. Əsgərlər icazə alsalar, vətəndaşlarımız sıx şəkildə ətraflarında olaraq onları aparsınlar. Avtobuslarda təhlükəsizlik əməkdaşları kömək etsinlər. Əzizlərimizi polis nəzarətində aparıb gətirək.
Gülərək şəhidlərimizi yola salsaq, PKK mənəvi cəhətdən məhv edərik. Bu, onları çox əsəbləşdirərdi.
Şəhid cənazələri üstündə ağlamaq, tabutu qucaqlamaq olmaz... Belə şeylər etməyin. Onları sevindirin. İgidliyimizi, cəsarətimizi göstərək. Gülər üzlə şəhidlərimizi dəfn edək, inşaAllah.
Qadın baş tacıdır. Ələvilər qadını çox sevir, hörmət edir, nəzakət göstərirlər. Ələvilər şərəflərinə, namuslarına çox bağlı birlikdir. Sünni qardaşlarımız də elədir, amma hər cəmiyyətdə bir xurafat komandası var.
Şiələrin xanımlara qarşı sevgiləri çoxdur. Məsələn, xanımların azad olması barədə münasibətləri ürəkdəndir. Xanımlar bəylərlə eyni mühitdə olur. Xurafatçıların bir qismi kimi qadınları alçaltmazlar.
Ələvilər çox aqildirlər, ağllı , məqbul düşünən, xurafatçılığa qarşı mübarizə aparan və sevgini çox coşğun şəkildə yaşayan insanlardır. Həmişə mehribandırlar. Sözləri, danışıqları, natiqlikləri gözəldir. Bir-birlərini çox sevərlər.
Təslis inancı İncilin hökmlərinin səhv başa düşülməsindən irəli gəlir. Çünki Allah o dövrdə Özünü "Atanız" deyə təqdim edir. Allaha qarşı sevgi duysunlar, Allahı məhəbbətlə sevsinlər deyə belə bir xitab şəklindən istifadə edir.
İncilin haqq olan qisimləri nur, fərahlıq, gözəllikdir. Sevgidən, qardaşlıqdan, bağışlamaqdan, Allahı böyük bir coşğu ilə sevməyimizdən bəhs edir. Səhv olan qisimlərini oxumayın, Quranın hökmlər ilə onları onsuz da ayırd edə bilirsən.
Qısa geyinən xanımlar da rahat olacaqlar. Çimərliyə getmək istəyən qardaşlarımız da istədikləri kimi gedə bilər. Çarşablı xanımlar istədikləri kimi çarşablarını geyinərlər. Çadralı olan başörtüsü ilə, şal və cübbə ilə gəzmək istəyənlər o şəkildə geyinib gəzərlər. Mehdiyyət dövründə bir sevgi topası yaranacaq. Qarşılıqlı anlayış və şəfqət mühiti olacaq.
Ələvi bacı-qardaşlarımız hər yerə gözəllik saçan, sevgi dolu insanlardır. İnsan, heyvan, bitki sevgisi və dərinlik Ələvilərin gözəl xüsusiyyətlərindəndir. Mehdiyyət dövründə şiə bacı- qardaşlarımız son dərəcə rahat, dinc olacaq, sevinc içərisində yaşayacaqlar.
Ələvilik sevginin, şəfqətin, mərhəmətin, gözəlliyin, dostluğun, dərinliyin bir ifadəsidir. Xurafatçılığa və fanatik düşüncəyə qarşı da Ələvi qardaşlarımız qaladır.
Mehdiyyət hər kəsi bürüyən, hər kəsi sevən bir sistemdir.