Dünyada bizim qədər Mehdi (ə.s)-ı çox izah edən başqa biri yoxdur. Son min ildə Mehdi (ə.s)-ı bizim qədər çox izah edən olmamışdır.
Türkiyənin hər yeri gözəldir. İslam Birliyi çox gözəl, bölünmə isə qorxuncdur. Biz qorxunc şeylər, vətənin, millətin əlimizdən getməsini istəmirik. Dinin, imanın əlimizdən getməsini istəmirik. Ona görə bölünməyə qarşı tədbir görürük.
Müsəlman səmimi olur. Eşqlə Allahı sevir. Simasını dəyişmir, canından olur. Səmimiyyətimizə təəccüblənirlərsə qoy təəccüblənsinlər. Sona qədər səmimi olmağa davam edəcəyik, inşaAllah.
Allaha qarşı dünya tarixində ən böyük meydan oxumaq, haşa, darvinizm ilə baş verdi. Yəni hz. Adəmdən bu dövrə qədər belə bir dəccal davranışı heç olmamışdı. Yəni həmişə şirk də olsa Allaha inanırdılar, amma ilk dəfə insanlar darvinizmlə dünya səviyyəsində 99% nisbətində Allaha inanmayıb darvinizmin boş sözlərinə inandı.
Ustad Bədiüzzamanı sevəni canımdan daha çox sevərəm. Ustada kəm baxanı da heç sevmərəm. Onu sevə bilmirsə onsuz da ürəyi qaralmışdır, bu mənim qənaətimdir.
Amerikan dövlətinin, iqtisadiyyatının güclənməsi üçün cəhd göstərək. Amerika yıxılmasın, güclü olsun. Bu alicənablığı, nəzakəti necə öyrəndilər çox təəccüblüdür. Hz. İsa (ə.s)-a sevgilərindən qaynaqlanır, Allahualəm. Allah onu vəsilə edir.
Amerikalılar çox şirindilər. Amerikanın yıxılması çox təhlükəli olar. Amerikanı gücləndirmək, o mədəniyyəti də qorumaq lazımdır. İnsaniyyət cəhətdən amerikalılar çox yaxşı, gözəl insanlardır. Amerikanı dünya səviyyəsində insanlara sevdirək.
Fanatiklərin öz mədəniyyəti, məlumatı, imanı, ağlı da qarşısındakı insanın imanını gücləndirəcək yaxud imansız bir insanın imanına vəsilə olacaq dərəcədə olmur. Danışıq tərzləri çox səthi olur. Ümumiyyətlə, imani mövzulara çox az girirlər.
Fanatiklərdə insanların iman etməsi üçün çalışmaq yoxdur. Sadəcə insanı pisləmək, nifrətini, əsəbini demək vardır.
Fanatiklər öz aralarında xüsusi, klassik sağın bəzi stillərini inkişaf etdirirlər. Estetikadan anlayışları yoxdur. Sənət, keyfiyyət olmur. Bunlardakı paltar anlayışı xarici siyasət anlayışı ilə, hamısı bir-birilə eynidir. Təkcə bir dünyagörüşü var, ikincisi olmur. Dünya görüşləri vəsvəsə halında olur.
Fanatiklərin imanları zəif olur. İmana o qədər də əhəmiyyət vermirlər. Romantik iman axtarışındadırlar. Deyilməyəcək iman anlayışına sahibdirlər. Yəni yüksək, dərin imanı əsas götürmürlər.
Mehdiyyət qasırğa kimi əsəcək, dəccaliyyətin, darvinizmin, materializmin saxta dəlillərini yaxud küfrün dəlillərini məhv edəcək. Hz. Musa (ə.s) necə bütü əridərək kül halına gətirib, dağıtdısa, mehdiyyət də darvinizmi elə fikirlə kül halına gətirib dağıdacaq, inşaAllah.
Fələstinin qurtuluşu da, İsrailin qurtuluşu da İslam Birliyinə, mehdiyyətə bağlıdır, inşaAllah.
Bir kəsi özündən çıxaracaq tərzdə danışıqlardan çəkinmək lazımdır. Həmişə İslam Birliyinin İsraili də qoruyacağını, qoruyucu ruhu olduğunu vurğulamaq lazımdır. Daxili, xarici işlərinə müdaxilə edərək deyil, sevgi ilə qoruyacaq.
Mehdiyyət dövründə İsrail də, Fələstinlilər də bayram edəcək. Hər yer bayram ab-havasında olacaq, inşaAllah. Hamısı xilas olacaq. İsraillilər, fələstinlilər xoşbəxt yaşayacaq.
Hz. Süleyman (ə.s)-ın məscidini yenidən inşa edəcəyik, inşaAllah. Fələstinlilərlə israillilər qardaş olacaq. Hər kəs öz ibadətini azad şəkildə edəcək. Neçə illərdir davam edən bu çətin, iztirablı həyat bayram sevincinə çevriləcək. Cənab Allah bunu Moşiyahın edəcəyini Tövratda, peyğəmbərimiz (s.ə.v) də hədislərində bildirir.
İsrail Əhli-Kitabdır. İsrailin dindarları ilə ittifaq edib, dinsizliyi yer üzündən qaldırmağa cəhd göstərmək lazımdır. İsraillə sülh içərisində, qardaş kimi, dostcasına yaşamaq, onlara sahib çıxmaq, onların da fələstinlilərə sahib çıxması ən gözəl hərəkət olar. Bu da İslam Birliyi ilə olacaq, mehdiyyətlə olacaq. Moşiyahın çıxması ilə olacaq.
Namusumuz, şərəfimiz, vətənimiz, millətimiz, bayrağımız, Allahımız, Kitabımız bizim üçün həyatdır. Allah üçün gözümüzü qırpmadan canımızı verərik. Biz Allah üçün yaşayırıq onsuz da.
İslam bütün orta şərqi əhatələyən, Çin, Rusiyaya, hamısına qarşı şəfqətli olan, Amerikanı da, bütün dünyanı sevən bir sistemdir. Hər kəsi sevən, hər kəsə yaxşılıq edən bir sistemdir.
Allah mehdiyyətin, İsa Məsihin yolunu açmışdır. Bundan başqa bütün yollar bağlıdır. Nəhayətdə Allahın təqdir etdiyi olar.
Hiyləli tələ mehdiyyət üçün lazımdır. Hiləli tələ Mehdi (ə.s)-ın qidasıdır. Mehdi (as) onsuz da hiyləli nizamın üstündə inkişaf edir. Dəccalın üstünə basaraq yüksəlir. Fironun üstünə basaraq yüksələr mehdiyyət. Nərdivan kimidir onlar, hər gəldiklərində mehdiyyət bir az daha yüksələr.