Dünyanın hər yerində bir çox insanın təbliğ edə bilmədiyi mühitdə İslamı izah edirik. Darvinist fəlsəfənin dünyanı boğmasına mane oluruq. Anti-darvinist elmi fəaliyyətimiz imanlı nəsil yetişməsinə səbəb olur. Bəzi mövhumatçı kütlələr onları necə bir bəladan qoruduğumuzu anlamır.
Mehdiyyət həyəcanı olmadıqda İslam aləmində dərin yuxu meydana gəlir.
Tayyib hocam üslubu və həyatı ilə müasir, ziyalı insandır. “Nə şiəyəm, nə də sünni” deməsi də çox böyük gözəllikdir.
İngiltərə dərin dövlətinin hərəkətə gəldiyi bir çox hadisə ilə görünür. Allah möminlərə və ölkəmizə dair qurduqları bütün tələləri zərərsizləşdirir.
Sərbəst yaşamağın mümkün ola bilməyəcəyini vurğulamağa çalışanlar boşuna çalışırlar. Türkiyə azad, müasir ölkədir, daha da azad olacaq.
“Əyləndiyiniz vaxt Allahdan bəhs etməyin” demək çox yanlış zehniyyətdir. Biz dindarıq, harada nə etsək yenə Allahı zikr edərik.
Bu proqram dini proqram deyil. Söhbət, əyləncə proqramıdır. Mən dindar insan olduğum üçün hər yerdə Allahı zikr edərəm.
Hökuməti incəsənətə, musiqiyə, rəqsə, insanların sevincinə qarışırmış kimi göstərməyə çalışanlar boşuna çalışırlar.
Dünyanın bir çox yerində nifrət hakim oldu. Bunun müqabilində biz sevgini yerləşdirəcəyik inşaAllah.
Qadınlar özlərinə baxmaqla gözəl olur. Baxımlı qadına düşmənçilik bəsləmək və ya onu təhlükə kimi görmək çox primitiv və yanlış aspektdir.
Bu millət mübarək millətdir, bərəkətli millətdir. Allah bu milləti həmişə qoruyar inşaAllah.
Süleyman Hilmi Tunahan çox mübarək, nurlu insandır, həm böyük alimdir, həm də elm adamıdır. Həyatı böyük xidmətlə keçmişdir.
Tayyib hocamın gözəllik mütəxəssisləri ilə bir yerə gəlməsi müasirliyini göstərməsi baxımından çox gözəl olub.
Bosfor boğazı körpülərində baş verən intihar hallarının qarşısını alacaq xüsusiyyətdə uca məftil və ya şüşə vasitəsilə mühafizə tədbirinin görünməsi lazımdır. Qəti olaraq maneə törədən tədbir alınmalıdır.
Biz ağlı başında bir millətik. Referendum nəticəsində hər nə olsa da, qarışıqlıq çıxmaz. Qorxu yayan üslubları heç kim işlətməsin. Biz demokratik ölkəyik, ilk dəfə referenduma getmirik. Nəticə istənilən halda vətən və millət üçün gözəl olar. Narahatlığa ehtiyac yoxdur.
Münafiqlik məsələsi İslam aləmi üçün çox əhəmiyyətlidir. Bu məsələ üzərində həmişə dayanacağıq.
İran dost ölkədir. Yüzlərlə ildir ki, dost olduğumuz bir ölkəni qarşımıza alacaq bir üslubdan çəkinib həmişə şəfqətlə yanaşmaq lazımdır.
İran ilə Türkiyənin arasını vurmaq istəyənlərin oyununa düşməmək lazımdır. İran tərtəmiz müsəlman ölkəsidir, irqçilik ittihamı doğru olmaz.
Atalarından batil din gətiriblər və bu batil dini Quranda axtarırlar. Quranda tapa bilmədikləri zaman da bunu qəbul edə bilmirlər.
Allah Quranda hər şeyin izah edildiyini bildirmişdir. Quran kafi deyildir, deyənlər Allahın bu hökmünə qarşı çıxırlar. (Nəhl surəsi, 89: Hər ümmət içində öz nəfslərindən onların üzərinə bir şahid gətirəcəyimiz gün, səni də onlar üzərində bir şahid olaraq gətirəcəyik. Biz Kitabı sənə hər şeyi izah edən, müsəlmanlara da hidayət, rəhmət və müjdə olaraq nazil etdik.)
İngiltərə dərin dövləti Əbdülhəmid dövründən bəri Türkiyənin yaxasından əl çəkməmişdir. Əbdülhəmid də İngiltərə dərin dövləti tərəfindən zərərçəkmişlərdən idi.