Əl sənətlərinin unudulmaması üçün mütləq fond və dövlət dəstəyi lazımdır.
Gözəlliyə edilən hər tərif Allahın sənətinə edilən tərifdir.
Qadınlar istədiyi kimi geyinəcək, istədiyi kimi makiyaj edəcək, istədiyi kimi küçədə gəzəcək. Heç kim nə edəcəklərinə qarışmayacaq.
İslamın dünyaya hakim olmasını, müharibələrin, silahların aradan qalxmasını, insanların Allahı və bir-birlərini dərin sevgi ilə sevmələrini istəyirəm.
Yuxu, bizə fərqli həyat aləmlərinin necə olduğunu göstərməsi, ölümü və ölümdən sonrakı dirilişin necə olacağını düşünməyimiz baxımından əhəmiyyətlidir.
Ölümü heç düşünməmək, dini unutmaq bəzi insanların Allahı unudaraq yaşamalarına səbəb olur.
Allah Özünü sevənlərə, dost olanlara sirlərini açıqlayar. Səmimi qul göstərilən sirri anlayar.
Eqoist insan nə vaxtsa mütləq qarşı tərəfə zərər verəcək bir şey edər. Eqoist insanın nə zaman vuracağı bəlli olmaz.
Nə edəcəyi bəlli olmayan insan dünyadakı ən təhlükəli varlıqdır. Səmimi iman edən, özü kimi olan, Allahdan qorxan insan etibarlıdır.
Dərin düşünmək təkcə səmimiyyətlə olar. Səmimi olan insanın səthi qalması mümkün deyil.
Təsadüfən canlıların yaranması qeyri-mümkündür. Canlılar təkcə üstün Ağılın yaratması ilə yarana bilər. Bu, Allahın yaratmasıdır.
Bosniya bizim qəlbimiz, ruhumuzdur. Millət olaraq hər zaman Bosniyanın yanında olacağıq. Bosniyalı qardaşlarımızı çox sevirik.
Hər insanın kiçik, sadə də olsa kitabxanası olmalıdır. Haqq məlumat daşıyan kitab oxumağın fərəhliyi, aydınlığı tam fərqli olar.
Möminə Quran kifayət edər. Mömin Quranla, Allah sevgisi və Allah qorxusu ilə çox sabit, gözəl, keyfiyyətli həyat yaşayar.
Münafiq axmaq düşüncəsi ilə müsəlmanları aldadacağını zənn edər. Kiçik qaya porsuğu kimi pis dünyaya gizlənər və oradan ağılsızca ağıl verər.
Münafiq çox arsız, həyasız varlıqdır. Münafiq nəsihətdən anlamaz. Münafiqin halını görən müsəlman ibrət alar.
Ərəblərə qarşı irqçilik vicdani deyil. Ərəblər və türklər qardaşdır. Düşmənçilik istəyənlərə qarşı daha möhkəm dost olaraq cavab verəcəyik.
Bütün bilgi Allaha məxsusdur. Alim olan Allahdır, insan cahildir.
Yaxşılığa və nemətə sevgi ilə qarşılıq vermək asandır. Allahın bizdən istədiyi çətinlik və sıxıntı vaxtı könüldən sevməkdir.
İnsanların yaradılma məqsədi sevgidir. Allah insanlardan səmimi sevgi istəyir. Süni sevgi çox böyük səmimiyyətsizlik olar. Allahı çətin vəziyyətdə sevmək əhəmiyyətlidir. Qolunu itirir sevir, evini itirir sevir, xəstə olur sevir, məhz həqiqi sevgi budur.
İnsan üçün ən mühüm məsələ Allahı hər an yadda saxlamaqdır. Allah ilə əlaqənin kəsilməsi fəlakətin başlanğıcıdır. Əlaqədə bir an belə kəsilmə olmamalıdır. Allah ilə əlaqənin bulanıqlaşması belə fəlakətdir. Allah ilə həmişə olduqca konkret və iti əlaqə olmalıdır.