Gənc qızı şort geydiyi üçün yataqxanadan atmaq çox səhv və çirkin hərəkətdir. Bu vəziyyəti dərhal təlafi etmək lazımdır. Bir insanın imanı, əxlaqı, dindarlığı, vicdanı, dərin düşünmə gücü paltarıyla qiymətləndirilə bilməz. Kimsə kimisə zorla heç nəyə məcbur edə bilməz. Gənc qızları, qadınları, cavanları təzyiq göstərməklə, bezdirməklə dəyişməyə çalışmaq çox ürküdücü və dəhşət vericidir. İnsanlar azad yaşamaq istəyər. Heç kim təzyiq göstərən zehniyyətdə olanlarla eyni düşüncədə olmaq və yaşamaq məcburiyyətində deyil.
Heyvanların əlindən, üzündən məsumluq, dürüstlük, məzlumluq axdığı üçün insanlar onlardan çox böyük zövq alırlar. Allah heyvanları, sevməyimiz üçün hər yerlərini şirin yaradır.
Sevgidə insan özünü deyil qarşısındakının ağlını, şəxsiyyətini, xarakterini ucaldar və tərifləyər. Eqoizm və böyüklük hissi olanda isə heç vaxt qarşısındakını ucaltmaq istəməz, yalnız özünü ucaltmağa çalışar.
Tərifləmək sevgini inkişaf etdirər. İnsanların bir-birlərinə qarşı könül alıcı olması, əxlaqının və görünüşünün gözəl yönlərini tərifləməsi lazımdır.
Quranda müdhiş azadlıq vardır. Quranda bildirilən haramlar çox azdır. Quran əxlaqı dünyaya hakim olduğunda insanlar çox azad və gözəl yaşayar.
"Mehdi gəlmədi, Mehdi gəlməyəcək" deyənlər Mehdinin çıxış əlamətlərindən heç vaxt bəhs etmirlər. Mehdi gəlməyəcək deyə səhər axşam çaxnaşma salanlar, "Peyğəmbərimiz (s.ə.v) bu əlamətləri saydı və bunlar hələ olmadı" desinlər. Deyə bilməzlər, çünki Peyğəmbərimiz (s.ə.v), 600-dən çox əlamət saymış və bu əlamətlərin hamısı tək-tək bu dövrdə meydana gəldi.
Hər mövzunu mütləq sevgiylə, dostluqla, ağılla həll etmək lazımdır. Qəzəblə heç bir mövzunu həll etmək mümkün olmaz. Həll edilər kimi görünsə də, iki tərəfə də böyük zərər verər.
Uşaq sevindirmək gəmi ilə gəzməkdən, lüks məkanda yemək yeməkdən daha çox zövqlüdür. Uşaq ən kiçik bir şeylə xoşbəxt olar. Onları xoşbəxt etmək gözəllikdir.
Allah ilə ağıllı əlaqə çox önəmlidir. Allaha qarşı, haşa, bilən, "mən edərəm" məntiqiylə hərəkət etmək, təkəbbür göstərmək çox pisdir. Səni kamil edən Allahdır. Sənə dərinlik verən Allahdır. Sənə Özünü dərk elətdirən Allahdır. Allah Özü ilə yaxın əlaqəni çox əhəmiyyətli görər. Allah ilə həmişə isti əlaqə həyatidir.
Qəddarlıq və sevgisizliyin qanunla qadağan edilməsi lazımdır. Bütün müəssisələrin sevgini əsas alması lazım olduğu, həyat məqsədi olaraq sevginin izah edilməsi əsas şərt olduğu, dövlətin bütün qurumlarının sevgiyə görə hərəkət etməsi lazım olduğu konstitusiyaya qısa maddə olaraq əlavə edilməlidir.
Şeytanın çirkin fısıltısını, münafiqləri dinləmək, Qurana görə haramdır. Heç bir münafiqin, heç bir şeytanın, İslam əleyhinə deyilən heç bir sözün dinlənilməməsi lazımdır. Allah, İslam əleyhinə danışılan yerdən uzaqlaşmaq lazım olduğunu bildirmişdir. Müsəlman, münafiqin pisliyiylə, lağım kimi dünyasıyla ünsiyyətdə olmaz.
Münafiq, o axmaq halı ilə müsəlmanlara təsir etməyə çalışarkən bilmədən Quranı və İslamı istifadə edər. Münafiq, Qurana qarşı Quranı istifadə edən məxluqdur. "Siz İslama, Qurana gecə gündüz vaxt ayırırsınız, amma insanın tətilə ehtiyacı olur. Gedin 3 ay tətil edin" deyir. O vaxt İraqda, Suriyada onlarla müsəlmanın şəhid edilməsi münafiqi heç vaxt maraqlandırmaz.
Şeytan müsəlmanlara pıçıldayar amma bunun təsiri yüngül olar. Bu pıçıldama ilə yazılı və vizual olaraq da təsir etmək istəyər. Bunun üçün də işçi istifadə edər. Boş, ölü məxluqları yəni münafiqləri istifadə edər. Əsas məqsədi də zəif olanı öz tərəfinə çəkməkdir. Şeytan, qotur itin üzərindəki bitləri təmizləyən qarğa kimidir. Münafiq qarğa kimi qotur it üzərindəki bitləri təmizləyər, o da onu aparar. Bunların təməlləri də qotur it kimidir.
Uşaq itmələri və cinayətlərini tam olaraq əngəlləməyin yolu edam ya da xədim etmək kimi cəzalar deyildir. Əlbəttə cinayət sanksiyası tələb olunar və tətbiq olunmalıdır, ancaq belə vəhşicəsinə cinayət işləyən birinə bu cinayət sanksiyaları tək başına mane olmur, qorxutmur. Uşaq onsuz da şəhid olduqdan sonra bu vəhşiliyi edəni xədim etməyin mənası qalmaz. Mühüm olan uşaq zərər görmədən əvvəl tədbir almaqdır. Bunun üçün də əsas doğru təhsildir. Darvinist, materialist təlqinlərlə, "sən kor təsadüflərin məhsulusan", "var olmaq üçün mərhəmətsiz, eqoist olmaq məcburiyyətindəsən", "heyvanlar kimi mübarizə aparmalısan" təlqinlərlə insan yetişdirilsə bu cür zülmlər son tapmaz. Darvinist, materialist təhsil ləğv edilər, insanlara sevgi, mərhəmət, Allah qorxusu öyrədilsə hüzurlu və etibarlı cəmiyyət meydana gələr.
Münafiq 10 ton daşı toplayıb müsəlmanların başına atmağa çalışar, ip qopar və o daşların altında özü qalar. Münafiqin taleyi budur: Hər zaman məğlub olar və alçalar.
Hz. İbrahimin Allaha yaxınlaşması çox səmimidir, Allahı hüzurla sevir. Bəzi insanların məntiq pozuqluğu vardır. Allahı, haşa, kənar tutar, peyğəmbərə güvənər amma, haşa, Allaha güvənməzlər. Peyğəmbərlər isə Allah ilə tam dostdur, tam sevgilidir. Sevgiliyə sevgilərini çox gözəl ifadə edərlər.
Namaz möminin fərahlığıdır, hüzurudur. Namaz insanın ruhuna çox müsbət təsir edər, bərəkətə və xeyirə vəsilə olar.
Vicdana qarşı məntiq istifadə edən insan mütləq acı çəkər. Vicdanını dinləyən insan görünüşdə zərər edir kimi görünsə də mütləq qazanclı olar.
Müsəlmanlar bu cür qan ağlayarkən İslam əxlaqının dünyaya hakim olmasını istəməmək, İslam Birliyini istəməmək çox böyük alçaqlıqdır.
Allah monotonluğu istəməz. Fərqli mədəniyyətlər, fərqli dillər, fərqli insanlar bir gözəllikdir və nemətdir. Allah istəsəydi bütün insanları eyni yaradardı, amma özümüzü inkişaf etdirməmiz və zövq almağımız üçün fərqli-fərqli yaradır.
Allah Qəhrəmanmaraş şəhidlərimizin şəhadətini mübarək etsin. Allah bizlərə də o igidlərin gözəl mövqeyini nəsib etsin.