Hal-hazırda dünyada metafizik mübarizə var, dəccaliyyət ilə mehdiyyət arasında böyük elmi mübarizə yaşanır. İnsanlar bunu 2020-ci illərdə anlayacaq.
Dəccaliyyət bütün ölkələrdə necə təsirli olursa, Türkiyədə də elə təsirli olacağını güman etdi. Allahın mehdiyyəti xüsusi qoruduğunu heç düşünə bilmədi. Dəccaliyyətin ən böyük ağılsızlığı Allaha qarşı mübarizə apardığını və məğlubiyyətə məhkum olduğunu anlaya bilməməyidir.
Mehdi (ə.s), Cəbrayıl, Mikayıl və İsrafil tərəfindən üç cəbhədən qorunar və 3000 mələk də Mehdini, hər müxalif edənə qarşı qoruyar.
Hal-hazırda dəccaliyyət ilə mehdiyyət ağlasığmaz şəkildə mübarizə aparır. Dəccalın gücünün çatmayacağı yeganə insan Mehdi (ə.s)-dır.
Mehdi (ə.s) Allahdan qorxan, qan axıtmayan, acizliyini bilən, Allahın məzlum quludur. Hz. Mehdi (ə.s) siyasətə əsla qarışmaz, sevgi insanıdır, sevgidən, mərhəmətdən, dostluqdan və sülhdən danışar.
Heç kim mehdiyyəti dayandıra bilməz, çünki Allahın istəyi dayandırıla bilməz.
Mehdiyyət dövründə silah və sursat tamamilə aradan qaldırılacaq. Silaha yatırılan pul istehsala, inkişafa gedəcək.
Prezident idarəetmə sistemi dövlət çevriliş cəhdləri üçün də, əlverişli zəmin yarada bilər, bu çox riskli olar. Buna görə də, müxalifətin, hər fikirdən olan insanın mövcudluğu əhəmiyyətlidir.
Əsgərlərin əksəriyyəti dövlət çevrilişi edənlərə qarşı nə edilməli olduğunu bilmirlər, əsgərə bu mövzuda təlim keçilməlidir.
İslamın Birliyinin yaranması üçün Putinlə xüsusi görüş keçirilə bilər. İran-Türkiyə-Rusiya-Pakistan birləşsə ilk mərhələdə kafi olar.
Tayyib hocamın Putinə yaxşı sahib çıxmasında, Putinlə tezliklə əməkdaşlıq edilməsində fayda var.
Tayyib hocamdan xahişimiz Putinlə çox yaxşı ittifaq edilməsi, iqtisadi əməkdaşlıq da əhəmiyyətlidir, lakin ən əhəmiyyətlisi dərhal hərbi ittifaq edilməsidir.
Bədiüzzaman çox gözəl fəaliyyətlər göstərmiş, eləcə də, özündən 100 il sonra gələcək hz. Mehdini də əsərlərində müjdələmişdir.
Kahtani hədislərə görə zalım biridir və geniş məlumat şəbəkəsinin olduğu da yenə hədislərdən aydın olur. Peyğəmbərimiz (s.ə.v); "Kahtaninin qulağı dəlikdir" deyərək özünə hər yerdən məlumat gəldiyinə işarə etmişdir.
Öz aləmlərində mehdiyyətə qarşı çıxanların oyunlarını Allah puç edir və yenə Allah üçün mehdiyyətə xidmət etmələrini təmin edir.
Kahtani həm Mehdidən əvvəl gələn şəxs mənasındadır, həm də qıtlıq, bəla, uğursuzluq mənasındadır. Kahtan, bəla gətirən mənasına da gələr, müharibə və qiyamdan ötrü yaranan fəlakət, qıtlıq və bəla mənası daşıyar.
İngiltərə dərin dövləti I Dünya müharibəsindən bəri öz aləmlərində Türkiyəni dizayn etmək düşüncəsindən heç imtina etməmişdi, buna diqqət edilməlidir.
Keçmişdəki dövlət çevrilişləri çox aşağı rütbəli zabitlərlə də edilmişdi. Dövlət çevrilişinin fəlsəfəsini bilməyənlər bu təhlükəni tam anlamamış ola bilərlər. Dövlət çevrilişi törətmək istəyən zehniyyətdə olanlar bir dəfədə imtina etməzlər. İnadkar xarakterli olar, intiqam almaq istəyərlər. Ona görə tənbəllik etmək doğru olmaz. Buna görə mehdiyyət ruhu, yəni birlik, həmrəylik ruhu ilə birləşmək çox əhəmiyyətlidir.
İngiltərə dərin dövləti oyun və tələ ilə məsələni həll edib, Türkiyəni böləcəyini zənn edir. Boşuna ümidlənməsinlər.
Mehdiyyət metafizik qüvvədir, Dəccalın mehdiyyəti məğlub edə bilməyəcəyi hədislərdə bildirilib.
Mehdiyyətə qarşı çıxmaq demək, İngiltərə dərin dövlətinin hakimiyyətini bilmədən də olsa qəbul etmək deməkdir.