Hulusi Akar Paşa dəliqanlı igid insandır. 15 iyulda o da çətin müsibətlərdən keçdi. Vicdansızca üstünə getmək düzgün olmaz.
Allah meyvənin içinə insanın ehtiyacı olacaq qədər mineral, vitamin, zülal, yağ, şəkər qoymuş və təkcə bu belə iman etmək üçün kifayətdir.
İngiltərə dərin dövləti Quran müsəlmanlığını ən böyük təhlükə kimi görür. Çünki Quran müsəlmanlığı izah edildiyi zaman bütün dünyanın qəbul edəcəyini bilirlər.
İslam aləminin birləşməsi fərzdir. İslam Birliyi Allahın əmridir. Namaz kimi, oruc kimi fərzdir. Biz də İslam Birliyi üçün səy göstərməklə məsuluq.
CHP dindarlara sahib çıxma məsələsində daha da cəsur olsun. Bədiüzzamana sahib çıxma məsələsində gözəl həmlə edib başlasınlar. CHP-nin prioriteti, təməl ideologiyasını dəyişdirib solun tam sağına keçmək, xalqın hər təbəqəsini qucaqlamaq, səhabə dindarlığına sahib çıxmaq olmalıdır.
CHP millətimizin bütün fərdləri kimi keyfiyyətli partiyadır. Üst ağıl, yəni İngiltərə dərin dövlətinin partiyadan əl çəkmədiyi görünür. Cənab Kılıçdaroğlu layiqli və ağıllı liderdir. Bəzilərindən istifadə edərək CHP-ni parçalamaq istəyirlər. Partiya Kılıçdaroğlunun ətrafında birləşməlidir.
İngiltərə dərin dövləti, CHP, AKP, MHP, bütün partiyaları bölmək üçün hərəkətə keçmişdir. Millət olaraq həmrəy olmağımız çox əhəmiyyətlidir.
İngiltərə dərin dövlətinin oyunlarını ifşa etdiyimiz üçün və daha çox sənədlərlə ifşa edəcəyimizi bildikləri üçün fövqəladə dərəcədə təşvişə qapıldılar.
İnsanın üzərindən həmişə toxunub keçən nəhəng meteoritlər, ayağının altında qaynar maqma var, əksər insan bir dəfə belə düşünmədən yaşayır. Bir çox insan dünyaya niyə gəldiyindən xəbərsizdir, boş gözlərlə ətrafına baxaraq yaşayır. Bu insanları təkcə həmin an yeyəcəkləri yemək maraqlandırır.
Dünyaya diqqətlə baxan, yuxu içində yaşadığını anlayar.
Möminin cazibədarlığı imanından qaynaqlanır. Baxımsız qadınlara alışdıqları üçün gözəl, iffətli, yüksək dərəcəli, baxımlı qadın gördükdə təəccüblənirlər.
Xurafatlara əsaslanan İslam anlayışında bir çox ziddiyyət var, lakin bunu anlamazlıqdan gəlirlər. Allahın əmri olmayan hökmlərlə İslamı demək olar ki, yox olma mərhələsinə gətirdilər, insanları dindən uzaqlaşdırdılar. Bu oyunlarını biz pozduq.
Saxta alimlərin bir çoxu insanların imanına vəsilə olacaq bir sətir elmi iş yazmır, dezodorant halaldırmı, kimi məsələlərlə məşğul olurlar. İslam aləmi bu qədər əzab içində olarkən pirsinq günahdırmı, saç əkdirmək caizdirmi, kərtənkələ öldürmək savabdırmı kimi mövzularla məşğul olmaq vicdansızlıqdır. İnsanların imanının güclənməsi üçün iman həqiqətlərinin və Quran möcüzələrinin izah edilməsi lazımdır, bunun əvəzinə həmişə xurafatdan bəhs edirlər. İslam Birliyindən, qardaşlıqdan, cənnətin gözəlliklərindən heç bəhs etmədikləri kimi darvinizmin əsassızlığından da bəhs etmirlər.
İnsanlar necə ki, təhsillə dindən uzaqlaşır və ya materialist olursa, əks təhsillə də Quran əxlaqına yaxınlaşar, dindar olarlar.
Qısqanc, kin dolu tiplərin fəaliyyətləri müsəlmanların cənnətdəki yerlərini və mövqelərini möhkəmləndirir. Bu, möminlər üçün böyük nemətdir.
Tayyib hocam müasir gənclərin də ortodoks dindar insanların da sevə biləcəyi səmimi insandır. Millət olaraq şəxsini dəstəkləməyə davam edəcəyik.
Tayyib hocam müasir dəliqanlıdır. Partiyalardan kənar məsələ olaraq düşünüb bütün millətimizin onu dəstəkləməsi vacibdir.
Müasir mənada İslamın yaşana biləcəyini göstərmək, İslam əxlaqının dünyaya hakimiyyətinin aydın dəlilidir. Buna görə də bəziləri təşvişə qapılır. Məzhəblər meydana gətirib bir-birinə düşmən edərək onsuz da müsəlmanları öz içinə çökdürüblər. Bundan əlavə müasirlikdən uzaq, içə qapalı, incəsənəti, elmi, gözəlliyi olmayan bir İslam anlayışı yaradaraq müsəlmanların əl-ayağını tam bağlamaq istəyirlər.
İslamiyyətin asan din olduğunun görünməsini istəmirlər, çünki bu zaman İslamın sürətlə dünyaya hakim olacağını bilirlər.
İçki haramdır. İçki açıq-aşkar zəhərdir. Zəhərlənmənin əyləndirici heç bir tərəfi yoxdur. Halal olsa belə içiləcək şey deyil.
Obamanın Amerikada törətdiyi təxribat çox böyükdür. Bunun 100 gün ərzində tamamilə düzəlməsi qeyri-mümkündür. Tramp zamanla nəticə alacaq.