HARUN YƏHYA
logo
HARUN YAHYA

  • Bütün Əsərlər
  • Kitablar
  • Məqalələr
  • Videolar
  • Rəsimlər
  • Audiolar
  • Sitatlar
  • Digər

Adnan Oktarın həyatı və əsərləri
Harun YahyaAdnan Oktarın həyatı və əsərləri
ƏSƏRLƏR
KitablarMəqalələrVideolarRəsimlərAudiolarSitatlarDigər
MÖVZULAR
VatikanSosializmİşıqlanma çağıFransız inqilabıDönməSabetayistJakobenizmMasonik mediaSiyasi sionizmJön Türkİttihat və tərəqqiAbdulhəmidAnti-NaziDünya sionist təşkilatıNuremberg qanunlarıMussolini1-cü Dünya müharibəsiAdolf EichmannGoyimRothschild xanədanıThink-TankCFRRockefellerSoyuq müharibəStalinOktyabr inqilabıSovet ittifaqıBilderbergVyetnamAIPACLobbiSərgiCənub-şərqYunanıstanYeni Dünya NizamıQırmızı dənizJeopolitikQaziVergiGömrük2023AntilopÖküzAvrasiya İslam ŞurasıNobel Şülh mükafatıXəstəxanaİctimai Təhlükəsizlik TəşkilatıƏli BabacanTurqut ÖzalSui-qəsdQaffar OkkanMuhsin YazıcıoğluRosette NebulaAstronomiyaGül
Harun Yahya © 2025
Harun Yahya © 2025
  1. Sitatlar
  2. İman hər cür problemə həll yolu və şəfa gətirər, hər cür bəlanı təmizl...
avatar

Adnan Oktar

-
İman hər cür problemə həll yolu və şəfa gətirər, hər cür bəlanı təmizləyər, hər hadisəni xeyirli edər. İman olmadıqda hər hadisə pislik və şər halına gələr.
(A9 TV; 5 fevral 2018)
Adnan Oktar deyir ki...
Quran əxlaqı və təfəkkür
İman
İman həqiqətləri
İmanın gözəllikləri
Kamil iman
Təhqiqi iman
avatar

Adnan Oktar

-
Türkiyə hal-hazırda mühüm mübarizə aparır. Bu mübarizəni dəstəkləməmək xəyanət olar. Yanında PKK dövlətinin yaradılmasını qəbul edirsənsə vətənin parçalanmasını da qəbul edirsən deməkdir. Hal-hazırda vətən və millətin qanuni müdafiəsi var, bunu dəstəkləməmək xəyanət hökmündə olar.
(A9 TV; 30 yanvar 2018)
avatar

Adnan Oktar

-
Fransa prezidenti Makron və bənzərləri öz ağıllarını özlərinə saxlasınlar. Türkiyə haqlı olaraq terrorla mübarizə aparır və özünü müdafiə edir. Türk ordusu mülki vətəndaşlara zərər verməmək üçün mümkün qədər ən həssas diqqəti göstərən ordudur. Afrində addım-addım, diqqətlə, çox diqqətlə irəliləyirlər.
(A9 TV; 1 fevral 2018)
avatar

Adnan Oktar

-
İman zəifliyi insanlarda böyük sıxılmaya səbəb olur. Ən kiçik hadisədə dözümsüzlük göstərib bir-birilərinə qəzəblənmələrinin əsasında da bu sıxılma var. Bu güclü sıxılma ilə tez partlamaq və tezliklə gərginliyi üzərindən atmaq istəyirlər. İman zəifliyi olmadığı zaman belə problemlər olmaz.
(A9 TV; 29 yanvar 2018)
avatar

Adnan Oktar

-
İslam Birliyi yarandığı zaman hər gün bayram olacaq. Hər yer çox gözəl olacaq. Himayədarlıq sistemi olacağı üçün hamı hər kəsi qorumaqla məsul olacaq. Gələcək qorxusu aradan qalxacaq. Bu sevgi ruhunu dünyaya verəcək olan Mehdidir. Allah, Mehdi vəsiləsi ilə dünyaya sevgini hakim edəcək.
(A9 TV; 29 yanvar 2018)
avatar

Adnan Oktar

-
Münafiq şeytanın bədən sahibi olmuş halıdır. Münafiq həmlələri müsəlmanlara qarşı şeytan həmlələridir. Bu həmlələr möminlərin imtahanının keyfiyyətinin artmasına vəsilə olar. Münafiqlər möminlərin daha da güclənməsinə, daha da möhkəm birləşməsinə vəsilə olar. Münafiqlərin hər hücumu möminlər üçün nemətdir. Allah hər şeyi xeyirlə, hikmətlə yaradar.
(A9 TV; 30 yanvar 2018)
avatar

Adnan Oktar

-
Allaha güvənən, təslim olan insan şirkə girməz. Xəstə insan əgər; "mən indi həkimə gedəcəyəm, mənə dərman verəcək o dərman məni sağaldacaq" desə şirkə girmiş olar. "Həkimə gedəcəyəm, verdiyi dərmanı Allah vəsilə edəcək və Allah istəsə sağalacağam" deməsi lazımdır.
(A9 TV; 31 yanvar 2018)
avatar

Adnan Oktar

-
Vicdansız insan qəlb qırmaqdan narahat olmaz. Tam əksinə sadistcə xoşbəxt belə ola bilər. İnsanları narahat etmək bəzilərinə qələbə kimi gələr. Yüksək əxlaqlı insan üçün belə şey vicdanən çox sıxıntı vericidir. Lakin münafiqlər kimi alçaq xarakterli, əxlaqsız insanlar üçün pislik normal haldır. Həyasız və arsız olduqları üçün pis olmaqdan narahat olmazlar.
(A9 TV; 10 fevral 2018)
avatar

Adnan Oktar

-
Allahı əsas götürən insanın hər danışığı faydalı və xeyirlidir. Boş danışmaqdan qaçar. Müsəlman Allahın zamanı necə keçirdiyini soruşacağını bildiyi üçün zamanı ən yaxşı şəkildə dəyərləndirər. Zamanı israf etməz.
(A9 TV; 28 yanvar 2018)
avatar

Adnan Oktar

-
Allah qullarından səmimi olmalarını istəyir. Ən mühüm şey səmimiyyətdir.
(A9 TV; 29 yanvar 2018)
avatar

Adnan Oktar

-
İnsan həmişə dəyişər, xarakteri həmişə mükəmməlləşər. Mən beləyəm dəyişmərəm demək, düzgün məntiq deyil. Ruh sahibi olan həmişə inkişaf edər və mükəmməlləşər.
(A9 TV; 29 yanvar 2018)
avatar

Adnan Oktar

-
Ağıl Quranla birlikdə inkişaf edər. Ağıllı bildiyimiz insan belə Quranı unutduğu zaman yolundan azar, ağıllı ola bilməz. Ağlın yaranması üçün Qurana tam tabe olmaq əsas şərtdir.
(A9 TV; 30 yanvar 2018)
avatar

Adnan Oktar

-
Qəddarlıqda ruh ölər, insan şiddətli əzab çəkər. İstədiyi qədər zənginlik içində olsa da, o insan həyatının hər anında əzab içindədir. Müvəffəqiyyət, əldə edilən zənginlik deyil. Xoşbəxtlik və sevinc içində yaşamaq müvəffəqiyyətdir. Bu da təkcə imanla olar.
(A9 TV; 30 yanvar 2018)
avatar

Adnan Oktar

-
Biz ingilis xalqını və dövlətini sevirik, hörmət edirik. Biz İngiltərə dövləti və xalqına müsəllət olmuş İngiltərə dərin dövləti ilə elmi mübarizə aparırıq. İngiltərə dərin dövlətinin bütün oyunlarına qarşı ayıq-sayıq vəziyyətdəyik və həmişə diqqətli olacağıq.
(A9 TV; 31 yanvar 2018)
avatar

Adnan Oktar

-
Ülkücülər türk millətinin mülki zəmanətçiləridir. Hər dövrdə çox xeyirlərə, faydalara vəsilə olmuşdular. Dövlət tərbiyəsi almış, nəcib, alicənab, öz millətini, öz fəlsəfəsini, öz dinini müdafiə edən, özünü Allaha həsr etmiş igidlər birliyidir. Allah saylarını və şövqlərini artırsın. Sonuna qədər dəstəkləyirəm. Xüsusilə bu dövrdə çox yaxşı qorunmaları lazımdır. Belə gənclər yetişdirmək çox mühümdür. Allah yollarını açıq etsin.
(A9 TV; 31 yanvar 2018)
avatar

Adnan Oktar

-
Allah; “yer üzündə fitnə qalmayana və dinin hamısı Allahın olanadək elmi yolla mübarizə aparın” deyə bildirir (Ənfal surəsi, 39). Homoseksuallıq, darvinizm, materializm, kommunizm, PKK və digər terror təşkilatları, hər cür azğınlıın hamısı fitnədir. Əgər bu fitnələrlə elmlə, irfanla var gücümüzlə mübarizə aparsaq, Allah onun bərəkətini gətirər, İslamı hakim edər.
(A9 TV; 10 fevral 2018)
avatar

Adnan Oktar

-
Allah ordumuza güc, qüvvət versin, xeyirlə, bərəkətlə, gözəlliklə, qələbə qazanmalarını nəsib etsin.
(A9 TV; 10 fevral 2018)
avatar

Adnan Oktar

-
Dünya miqyasında bir-birini qoruyan və qəbilə kimi hərəkət edən homoseksual qruplaşma var. Kommunistlə mühafizəkar, homoseksuallıqda ittifaq edə bilir. Mühafizəkar üçün haşa dindən üstün olur homoseksual olmaq. Kommunist üçün ideologiyasından daha yüksək olur homoseksuallıq. Buna görə də, çox rahat anlaşıb ittifaq edə bilirlər. Birləşib dindar, səmimi, həqiqi möminlərə qarşı mütəşəkkil hərəkət edirlər. Bu təhlükəyə qarşı dövlətimizin bütün qurumlarının ayıq-sayıq olması əhəmiyyətlidir.
(A9 TV; 10 fevral 2018)
avatar

Adnan Oktar

-
Münafiqlərin dünyada dostları yoxdur, axirətdə də sonsuza qədər tək-tənha olacaqlar.
(A9 TV; 28 yanvar 2018)
avatar

Adnan Oktar

-
Hər insanın seyr etdiyi təsvirə hakim olan Sonsuz Güc haqlı olaraq Özü ilə həmişə əlaqədə olunmasını istəyər. İnsan Allahla əlaqədədirsə hər şey çox gözəl olar. İnsan Allah ilə əlaqəsini kəssə həyatının hər anında sıxıntı olar.
(A9 TV; 29 yanvar 2018)
avatar

Adnan Oktar

-
Atatürk ziyalı, mütərəqqi, incəsənətdən, musiqidən, heykəldən, rəsmdən anlayan, vətənini, millətini Avropa səviyyəsindən daha da yüksəyə çıxartmağa qəti qərar vermiş, mədəni, nəzakətli, bilikli, dəyərli insanların meydana gətirdiyi vətən istəmişdir. Lakin bir sıra insanlar Atatürkü heç sevə bilməyiblər. Bunlar Türkiyəni dağıtmağa çalışan əxlaqsız kəslərdir. Halbuki bizim gənclərimiz çox üstün şəkildə Atatürkçü, ziyalı və ağıllıdır. Buna görə də, Atatürkün qurduğu cümhuriyyətə heç kim pislik edə bilməz.
(A9 TV; 1 fevral 2018)
PAYLAŞIN
logo
logo
logo
logo
logo