HARUN YƏHYA
Ana Səhifə
Bütün Əsərlər
Kitablar
Məqalələr
Videolar
Audiolar
Rəsimlər
Sitatlar
Digər
AZ
AZ
HARUN YAHYA
Menüyü Kapat
AZ
Harun Yahya
Adnan Oktarın həyatı və əsərləri
Harun Yahya © 2025
Privacy Policy
Terms of Use
Əlaqə
Kitablar
Məqalələr
Videolar
Audiolar
Rəsimlər
Sitatlar
Digər
ERER SEÇİN
iman-heqiqetleri | Bütün Əsərlər
İman insana dərin zövq, dərin dinclik və dərin həzz verər. Güclü iman güclü sevgiyə səbəb olacağı üçün gözəllik qarşısında duyulan həyəcan da şiddətli olar.
A9 TV; 10 iyul 2018
İnsanların ruhunun iman həqiqətlərinə ehtiyacı vardır. Quranın haqq olduğunun dəlillərinin izah edilməsi, Allahın varlığının dəlillərinin izah edilməsi və insanlarda əvvəlcə güclü iman meydana gətirilməsi lazımdır. Din təhsili yalnız İslam tarixində yaşanan hadisələrin izah edilməsi ilə olmaz.
A9 TV; 16 iyun 2018
İmana vəsilə olmanın ən həyati yolu güclü iman sahibi olmaqdır. Səmimi imanlı insanın iman həqiqətlərini mükəmməl izah edən, hər şeyi dolğun cavab ilə açıqlayan üslubu Allahın izni ilə imana vəsilə olur.
A9 TV; 9 aprel 2018
İman çətin deyildir. İnsanlar özlərinə hər şeyi çətinləşdirir. Allah insanlara asanlıq diləyər. Din asandır, iman asandır. Çətinləşdirmək insanın özünə etdiyi əziyyətdir.
A9 TV; 19 fevral 2018
İman hər cür problemə həll yolu və şəfa gətirər, hər cür bəlanı təmizləyər, hər hadisəni xeyirli edər. İman olmadıqda hər hadisə pislik və şər halına gələr.
A9 TV; 5 fevral 2018
İman zəifliyi insanlarda böyük sıxılmaya səbəb olur. Ən kiçik hadisədə dözümsüzlük göstərib bir-birilərinə qəzəblənmələrinin əsasında da bu sıxılma var. Bu güclü sıxılma ilə tez partlamaq və tezliklə gərginliyi üzərindən atmaq istəyirlər. İman zəifliyi olmadığı zaman belə problemlər olmaz.
A9 TV; 29 yanvar 2018
İman vicdan təzahürüdür. İman gətirən insan onsuz da uşaqlığından etibarən mərhəmətlidir, kömək sevərdir, haqqın, ədalətin tərəfdarıdır. İman əhli insanların ruh halı uşaq vaxtından etibarən pozitivdir. İmani dəlillər artdıqca imandakı coşğu artar, imanda parlama və işıqlanma olar.
A9 TV; 27 yanvar 2018
Məqalələr
Firon dövründəki hədə-qorxu şəraitində iman gətirən möminlər
Məqalələr
Din ağıl və vicdanla, iman həqiqətlərinə əsaslanaraq təbliğ edilməlidir
Məqalələr
Elmin inkişafında iman edən alimlərin rolu
İnsanların böyük əksəriyyəti təkcə öz ağlını bəyənər. Buna görə də, tənqid edilməsindən xoşlanmaz, edilən tənqiddən də faydalana bilməz. Allah; "insanların əksəriyyəti iman gətirməz, iman gətirənlərin də çoxu şirk qoşmadan iman gətirməzlər" deyir. Dolayısilə insanların böyük hissəsi zombi varlıqdır. Allah; "sən onlara eşitdirə bilməzsən" deyə bildirir. Bu cür insanlara söz dinlətmək mümkün olmaz. Bu varlıqlar texniki cəhətdən yeriyər, hərəkət edər, lakin şüur sahibi deyildir. Kompüter kimidir. Ölüdür. (Nəml surəsi, 80-81: Çünki həqiqətən sən, ölülərə (söz) dinlədə bilməzsəm və arxasını dönüb qaçan karlara da dəvəti eşitdirə bilməzsən. Eləcə də, sən korları düşdükləri azğınlıqdan çəkib hidayətə yönəldə bilməzsən; sən təkcə ayələrimizə iman gətirənlərə (söz) dinlədə bilərsən, məhz müsəlman olanlar bunlardır.)
A9 TV; 4 yanvar 2018
Allahın sənətini öyrənmək, yaddaşda saxlamaq çox mühüm mövzudur. İman həqiqətini elə səlis və səmimi izah etməlisən ki, qarşındakı insan səhrada qalıb su tapmış kimi şövqlə, həyəcanla dinləməlidir. İman həqiqətinin izahatında yaxşı rəsmlərdən istifadə etmək, qısa və vurğulayan izahatlar vermək əhəmiyyətlidir.
A9 TV; 3 yanvar 2018
İnsanlar iman zəifliyi və ya imansızlıqdan ötrü üsyankar ruha bürünürlər. İman çatışmazlığı olduğu zaman dünyanın nəzarətsiz olduğunu düşünər və hər insanı potensial təhlükə kimi görərlər. Hər an xəstəlik, bəla, hücum olacağı qorxusu ilə dəhşət və qorxu içində yaşayarlar. Onun gətirdiyi stresslə də aqressiv olarlar. Ən kiçik qəzəbdə can qorxusu ilə təcavüzkar və şübhəli davranışlar nümayiş etdirərlər. Bu vəziyyət təvəkkülsüzlüyün insanda necə təxribata səbəb olduğunu göstərər.
A9 TV; 17 noyabr 2017
Hər şeyi edənin Allah olduğuna tam iman çox əhəmiyyətlidir. Yüksək iman yarandığı zaman Allah bütün dünyanı müsəlmanın əmrinə verər.
A9 TV; 6 noyabr 2017
İmansız həyat mümkün ola biləcək ən qorxunc şeydir. Sanki kabusdur, kabus demək belə az olar. Allah verməsin. İman çox böyük nemətdir. İman cənnətdir. Sevginin, ehtirasın mənbəyidir.
A9 TV; 3 noyabr 2017
İman insanı gümrahlaşdırar. İman olmadıqda nə yesə də, hara getsə də, nə etsə də, bir daxili qüvvə insana sıxıntı verər. Bu sıxıntıdan xilas olmaq üçün alkoqola və sairəyə əl atar. Halbuki gümrahlığın, yaşama coşğusunun təməlində Allah sevgisi və iman var.
A9 TV; 31 oktyabr 2017
Duyğusallığa və şirkə meyl edildikdə iman zədələnər. Müsəlmanın ağıllı iman dərəcəsini heç vaxt buraxmaması lazımdır. Allah şirkə meyl edilməsindən razı olmaz. "Mənim əhval-ruhiyyəm pisdir" demək, Allahın hər şeyi xeyirlə yaratdığını unutmaq deməkdir. Bu şirk məntiqindən şiddətlə uzaqlaşmaq, Allaha sığınmaq lazımdır.
A9 TV; 29 oktyabr 2017
Allaha iman gətirmək vicdandakı xüsusi duyğudur. İman o insanın vicdanında şifrələnmişdir. Bu insan Allah ilə əlaqədə olmasının lazım olduğunu bilər və Quranı dərhal tapar. Qurana baxdığı zaman, Qurandakı doğruluq, dürüstlük və həyatı tam izah etməsi dərhal görünər.
A9 TV; 19 oktyabr 2017
İmtahan mühiti demək, insanın iman gətirəcəyi kimi də, gətirməyəcəyi kimi də dəlil yaratmış olması deməkdir. İman şübhəyə müqavimət göstərməyin adıdır.
A9 TV; 11 oktyabr 2017
İman, vəsvəsəyə müqavimət göstərməyin adıdır. İnsana şübhələr gələ bilər, lakin mömin həmişə Allahı qoruyacaq, nəfsini Allah əleyhində danışdırmayacaq.
A9 TV; 23 sentyabr 2017
38
1
1
2
/ 2
1
1
2
38
/ 2
20