"İnşaAllah" deyildiyi zaman, söyləyən insan bunu müəmma ifadə etmək üçün deyil, "etməyə qərarlıyam, lakin Allahın icazəsi ilə edəcəyəm" mənasında söyləyər.
Birinin səhvini tapıb dərhal gözdən çıxartmaq, nifrət üçün vasitə yaratmaq məntiqi çox yanlışdır. İslamın təməlində müjdələmə və asanlaşdırma vardır.
İngiltərə dərin dövlətinin Suriyanı parçalama planına heç bir ölkə icazə verməsin. Əgər oranı parçalasalar Səudiyyə Ərəbistanını da parçalayarlar, Türkiyəni də parçalayarlar, hər yeri parçalayarlar. Allah qorusun.
Kommunizmin mənşəyi darvinizmdir. Bütün Marksist liderlərin hamısı bu məsələdə ittifaq halındadırlar. Darvinizm olmadıqda kommunizm də olmaz.
Kommunist terrorla ən təsirli mübarizə üsulu, birtərəfli darvinist təhsilin ləğv edilməsi və iman həqiqətlərindən bəhs edilməsidir.
Türkiyəni ultramüasir etmək lazımdır. Çox ziyalı, qabaqcıl, incəsənətin, estetikanın, keyfiyyətin ən mükəmməl olduğu ölkə etmək lazımdır. Suriya və İraq modelinin Türkiyədə yaranmaması üçün bu mühümdür.
Mehdi, olduqca hüzurlu, mehriban, sevgi dolu insandır. Onun dövründə əsla qarışıqlıq olmaz.
Harada bir məzlum öldürülsə bu haramdır. Əhli kitabdan da, müsəlmanlardan da heç fərq etməz. Hamısı cinayətdir.
Allahın varlığı münafiqin beynində narahatlıq yaradar. Din və iman narahatlıq yaradar. Bunun üçün də, imanı beynində, ağlında saxlamaz, boş şeyləri saxlayar.
Münafiqin bütün məqsədi həyatını boş keçirməkdir, beyni boşdur. Allahı beynində inanc kimi saxlamaq istəməz.
İslam, Quran, münafiqi çox sıxar. Allahdan, dindən bəhs etmək, İslama, Qurana xidmət etmək münafiq üçün iztirabdır, ələmdir, çox böyük əzab çəkər.
Münafiq həmişə başçı olmaq istəyər. Yəni ən mühüm insan olmaq istəyər. Ən çox diqqəti çəkən insan olmaq istəyər. Həmçinin bütün ömrünü, bütün planını da bunun əsasında qurar. Müsəlmanlara yanaşma səbəbi də budur.
Münafiq heç vaxt həqiqi sevgini bilməz. Sevgini yalnız təkəbbür üçün istəyər, yalnız etibar üçün istəyər, bu qədər.
Münafiqin oğru olmasının səbəbi, haqqı olmadığı halda onu almış olmasıdır. Çünki normalda möminin malı möminə məxsusdur. Lakin o küfr içində bir məxluq olduğu üçün, şeytan olduğu üçün mömin onsuz da şeytanı bəsləmək istəməz. Buna görə də, onun bütün yeyib-içdiyi oğurluq malı olmuş olur.
Münafiq müftəxordur. Əl əməyi ilə qazanmaq istəməz; oğurluqla, fırıldaqçılıqla, hiyləgərliklə dolanmaq istəyər. Müsəlmanların malını oğurlayıb yeyən bir məxluqdur.
Münafiq ayələrini oxuyarkən, qarşıdakı hər hansı qüvvə deyil də, özümüzün də münafiq ola biləcəyimizi düşünərək, ayələri özümüzə aid edərək, Allahdan qorxaraq özümüzü tərbiyə etməliyik. Münafiq onsuz da bu ayələrlə heç maraqlanmaz. O yeni oyunlar axtarar.
Nəfs və şeytan Allaha düşmən yaradılmışdır. Lakin hər ikisi də möminin cənnətinə vəsilə olarlar. Münafiq də belədir. Möminin cənnətinə vəsilə olar. Bu həqiqəti bilərək, münafiqə baxılmalıdır.
Münafiqlər şeytan kimidir. Şeytan özünü həlak edər, lakin möminlərin cənnətinə vəsilə olar.
Münafiqdə dəhşətli dərəcədə kin və nifrət vardır. Sevgidən qürur, əzəmət və təkəbbür üçün istifadə edər.
Münafiqin üzü bir cəhənnəm insanının üzü kimidir, dili də şeytan dili kimi çox acıdır. Onunla öz aləmində müsəlmanlara zərər vermək istəyər. Lakin tam əksinə bu müsəlmanda, dəhşətli dərəcədə oyanıqlıq, canlılıq, fəallıq və çevikliyə səbəb olar. Heç bir zərər verə bilməz.
Necə ki, biz cəhənnəmi gördükdə cənnətin qiymətini daha yaxşı anlayırıqsa, cəhənnəm əhli kimi olan münafiqi gördükdə də müsəlmanların və imanın qiymətini daha yaxşı anlamış olarıq. Müqayisə aparmağa imkan yaradar.