İnsana və vətənin maraqlarına olan sevgi ayrıdır. Həm vətənin maraqlarını, həm də insanları sevin. Bu istiqamətdə siyasət qurulmalıdır.
AK partiyalılara, xüsusilə, baş nazirimizə qarşı olan səmimi sevginin davam etməsi üçün tənqidləri xoşluqla qarşılamalıdırlar. Haqlı tənqidlərdən də dərs, nəticə çıxarmaq lazımdır
Gizli əsəb və kin təhlükəlidir. Məsələn, bir şey olar və o insan unutmaz. Partiyanı yenə dəstəkləyər, amma kini içində qalar. Buna görə də haqlı tənqidlərə laqeyd yanaşmaq olmaz. Tezliklə tədbir görmək lazımdır. Laqeydlik hiss olunsa, bu gizli nifrətə və əsəbə səbəb olar.
İslam Birliyinin yaranmasında sevgi dolu, ədalətli və ağıllı insanların böyük təsiri olacaq. Sevgisiz alimlərə heç kim etibar etməsin. Sevgini, ədaləti müdafiə edən alimlərə etibar etsinlər.
Ələvilər sevgi doludurlar, ünsiyyətcildirlər. Çox nəzakətli və alicənab insandırlar. Şəfqətli, şərəfli və igid gənclərdir. Yəni əsrlərdən bəri bu xarakterləri vardır. Buna görə də ələvi bacı-qardaşlarımıza toxunanın cavabını verərik.
Ələvilik eşqdir, dərinlikdir, coşğudur, sevgidir, incəlikdir. Dərin məhəbbət və xurafata qarşı güclü bir hərəkatdır. Yəni müsəlmanlar üçün dayaqdırlar.
Alçaq, hörmətsiz insanların hücumu savabı artırar. Xüsusi olaraq şeytan onları məcbur edər, onlar müsəlmanlara alçaqcasına hücum edər və müsəlmanlar da savab qazanarlar.
Çox nadir hallarda da olsa, hər yerdən şərəfsiz çıxar. Bunun səbəbi odur ki, savabınız daha da artsın .
İslam Birliyi gecikdikcə hər yerdən fəlakət, qırğın xəbərləri gəlir. Hər yerdə qan barıt qoxusu hakimdir. Hindistanda belə müsəlmanları qətlə yetirirlər. Arakanda müsəlmanları qətlə yetirirlər. Suriyada rüsvayçılıq baş alıb gedir. Kommunistlər azğınlaşıb. Qiyamətin bütün əlamətləri görünür.
Kainatın yaradılış məqsədi sevgidir. Cənnətdə də əsl qayə sevgidir. Bir təməl olaraq Allahın əsl məqsədi sevgidir.
İslam aləminə əsl problem sevgisizlikdir. Eləcə də dünyada. Savaşmaq, dalaşmaq meylləri güclüdür. İnsanlar söyməyi, adam döyməyi, adam yaralamağı sevirlər. Onların böyük hissəsi adam öldürməyi, silahı sevirlər. Qorxutmağı, təhdid etməyi sevirlər, amma məsələ sevgiyə gəldikdə uzaqlaşırlar.
Mehdi (ə.s.) zühur edəndə dörd məzhəbin də hökmü qalxacaq. Səhabə dövrü kimi olacaq.
Peyğəmbərlərə qorxmaq haramdır. Müsəlmanlar üçün də qorxaq olmaq haramdır.
Səmimi, ağıllı bir insanın Allahı, axirəti inkar edəcək bir xüsusiyyəti olmaz. Yaradılış olaraq o şəkildə yaradılıb. Əgər bunu etsə, vicdanını əzmiş sayılır. Vicdanını yox etdi deməkdir.
Gənc qızlar gözəl olmalıdırlar. Hər gənc qız bir çiçəkdir. Gənc oğlanlar da baxımlı, təmiz olmalıdırlar.
Ərəb baharı deyilən hadisə Mehdiyyətin zühur etməsidir.
Nə kommunizm, nə də PKK qalacaq. Türk-İslam Birliyindən başqa heç bir şey qalmayacaq.
Əlil və şəhid ailəsindən heç bir yerdə qəti şəkildə pul alınmaz. Əksinə hədiyələr göndərin, könüllərini alın. Hər yerdə hörmət görsünlər.
MEHDİ zahiridir. İSA MƏSİH batinidir. Mehdinin batiniliyi qısa müddətlidir. Hədislərdə bildirilir. Qısa müddət batini olacaq. Qeyb dövrü olacaq. Lakin İsa Məsih zühur edəcəyi günə qədər gizli qalacaq. Mövqeyinə görə belə olmalıdır.
Dua edin, İsa Məsihin qoxusu bizə gəlməyə başlasın. Mehdinin ehtişamını Allah bizə göstərsin. Dua edək.
Dünyanın haqqıdır sülh içində yaşamaq. Bizi savaşa alışdırdırdılar. Savaş toplu qırğındır. Toplu qatillər ordusu deməkdir. Mafiya, qəddarlıq, zalımlıq, qan tökmək dəhşətli bir hadisədir. Biz israrla peyğəmbərimiz (s.ə.v)-in bizə söylədiklərinə, yəni Allahın bizə söylədiklərinə əməl edəcəyik.