İsa Məsih (ə.s) da (bütün peyğəmbərlərdə olar) böyük bir zəkaya malikdir. Yəni mükəmməl əzbərləmə qabiliyyəti vardır. Səhifəyə baxdıqda fotoşəkil kimi, oranı bir dəfə oxuduqda su kimi əzbərləyər.
Xristian qardaşlarımız elə bir hala düşəcəklər ki, İsa Məsihə artıq susamış olacaqlar, necə səhrada qalmış bir insan necə su axtararsa, eləcə də İsa Məsihi istəyəcəklər. İsa Məsihin enişi üçün danışıqlar çoxalacaq.
Şagirdlərimiz məktəblərini, özlərini Allah üçün fəda etsinlər. "Ya Rəbbim, mən təhsil alıb özümü dünyaya həsr etməyəcəyəm. Mənim məqsədim Sənin razılığındır" desinlər. "Mən məktəbimi, peşəmi Sənə həsr etdim, ya Rəbbim, Sənin üçün yaşayacağam, Sənin üçün öləcəyəm" ― deyə dua etsinlər.
Hal-hazırda Osmanlı şəfqəti deyil, mehdiyyət şəfqəti. Mehdiyyətin şəfqəti Qurandan qaynaqlanar.
Mehdiyyət dünyaya damğasını vurdu. Hal-hazırda mehdiyyət dünyanı bürüyür. Bütün ağrı da budur. Bir doğuş sancısı var.
Osmanlı dövrünə bir daha dönməyəcəyik. Osmanlı, Səlcuq dövrünə də bir daha dönməyəcəyik. Amma onların gözəl xatirələrindən istifadə etmək olar. O dövrlərin hadisələrinin hikmətindən istifadə etmək olar.
Tayyib bəy bütün müsəlmanları birləşdirəcək gücə malikdir. Bəzi müsəlman liderlər böyük qəflət yuxusundadırlar. Tayyib bəy onları tez-tez çağırsın, xəbərdar etsin. Çünki, tez-tez sarsıdaraq oyandırmaq lazımdır.
Hər tikanlı məftil, hər qoruma bizə mehdiyyəti, mehdiyyətə olan ehtiyacı xatırladar.
İraqda insanlar kalaşnikovlarla, ağır maşınlı tüfənglərlə qorunur. Qazaxıstanda hüquq deyilən bir şey yoxdur. Mafiya hakimiyyəti var. Demək olar ki, bütün Türk dövlətlərində vəziyyət belədir. İslam Birliyi olsa bütün bu problemlər kökündən həll olar.
Hal-hazırda dünya rahat deyil, Yaxın Şərq qan gölünə çevrilmiş vəziyyətdədir. Hal-hazırda Suriyada qorxu deyil, dəhşət yaşanır. Hz. Mehdi (ə.s) zühur etmədikcə belə olacaq.
Dini liderlərin siyasətdən üstün insanlar olduqları doğrudur. Onların bir partiyaya girməsinə imkan vermək olmaz.
Tayyib bəy və Putin ABŞ-ın da dəstəyi ilə Suriya problemini həll edə bilərlər. Əsədə zəmanət verərərək, onu oradan qurtarıb, ölkədə demokratik seçkilərin keçirilməsini təmin edə bilərlər.
Yalnız Suriyanın və ya təkcə Fələstinin qurtuluşunu deyil, bütün İslam aləminin qurtuluşu istəmək lazımdır. İslam Birliyinin hədəfə alınması lazımdır. Bir ölkənin qurtuluşunu təkidlə istəmək eqoistlikdir.
Bəziləri müsəlmanları pərişan, baxımsız, pis geyinən, zövqsüz, sənətdən, estetikadan uzaqlaşacaqlarını düşünürlər. Beləcə də savab qazanacaqlarını düşünürlər. Çox böyük səhv edirlər.
Allah cənnəti, insanı bəzəkli yaradır. Bəzək dünyanın gözəlliyi, Allahın sənətidir. İnsanlar bəzəyə rəftar qoymuşlar. Qaş, göz, burun nədir? Bəzəkdir. Ağaclar, çiçəklər bəzəkdir. Allah bütün heyvanları bəzəkli yaradır. Bütün quşlar, böcəklər bəzəkli, rəngarəngdirlər. Arılar, qarışqalar hamısı bəzəklidir. Cənnət xanımlarının hamısı bəzəklidir. Allah onların bəzəklərini Quranda tərifləyir. Bəzək niyə haram olsun?
2014-cü ildə çox qəribə hadisələr olacaq. 2014-cü il Türkiyədə dönüş nöqtəsidir. Yəni, çox əhəmiyyətlidir. Bir çox referendumlar, seçkilər keçiriləcək. 2014-cü il çox vacibdir.
Elə bir zaman gələcək ki, Kitab əhlinin hamısı toplu şəkildə İsa Məsihə inanacaqlar, inşaAllah.
Rəbbimizin dediyindən başqa bir şey baş verməz. Haşa, Allahla kimsə döyüşə bilməz. Qədəri kimsə dayandıra bilməz. Qədərə boyun əysinlər, özlərini Allahın öhdəsinə buraxsınlar. Allaha güvənin, Ona sığının.
Allahın bu əsrdə möminlərə Şafi ismi ilə təcəlli edəcəyi hədisi-şəriflərdə bildirilmişdir. Hz. İsa Məsihin dövrü olduğu üçün şəfa yayılacaq. Allahın “Şafi” adı çox təcəlli edəcək, inşaAllah. Tezliklə bunu, inşaAllah, insanlar görəcək. Xərçəngin müalicəsi tapılacaq, inşaAllah. Bir çox xəstəliyə həll tapılacaq. Ömürlər uzanacaq, inşaAllah.
Xristian qardaşlarımıza coşğu ilə, sevgi ilə sahib çıxaq. Qardaşlarımız hər yerdə qorusunlar. Bazarda, ictimai yerlərdə, hər yerdə hörmət göstərsinlər. Qonşuluq bağlarını möhkəmlətsinlər. Allah xristianlarla, yəhudilərə şəfqətlə davranmağımızı istəyir. Əhli-Kitaba şəfqətlə davranmağımızı istəyir.
Yaxın Şərqin həyat eşqi dindir. Dindən kənarda Yaxın Şərq yaşamaz. Min ildən bəri Yaxın Şərq dinsiz yaşamamışdır. Yəni, insanlar dinsiz yaşaya bilməz, ölər. Həyatın mənası qalmaz. İnsanlar məhv olar.