İşıq və rəng çox böyük hadisədir. Qapqaranlıq beyinin içində çox təfərrüatlı rəngli görənin kim olduğu barəsində darvinistlər heç düşünmək istəmirlər. Səsin eşidilməsi, səsi idrak edən bir şüurun olması çox böyük hadisədir. Hiss edən, eşidən, qoxunu qəbul edən kimdir? Bunlar çox böyük möcüzədir.
Türkiyənin çox keyfiyyətli olması lazımdır. Natiqliyin, paltarların, evlərin, küçələrin, hər şeyin çox keyfiyyətli olması mühümdür. Avropa incəsənətə, keyfiyyətə əhəmiyyət verdiyi üçün dövlət çevrilişi riski olmur. Hər insan ora getməyə çalışır, çünki incəsənət və keyfiyyət üçün darıxır.
Məcburi köçkünlər məsələsində Trampın çox üstünə gedənlər, Obama dövründə 2 milyon məcburi köçkünün Amerikadan deportasiya edildiyindən heç bəhs etmirlər.
Suriyalıların bu vətəndə hüzur, zövq içində gəzməsi bizi xoşbəxt edər. Onların xoşbəxtliyindən narahat olan üslub işlətmək çirkindir. Türkiyənin əksər əhalisi onsuz da mühacirdir. Suriyalı qonaqlarımızı vətəndaşlığa qəbul edək. Sevgisizlərin reaksiyasından heç kim çəkinməsin.
Qadın azadlığı, fikir azadlığı, ifadə azadlığı məsələsində Türkiyədə gözəl modelik, dayaq nöqtəsiyik. Coşğulu, imanlı gənclik yetişməsinə, darvinizmin çökməsinə, solun fəlsəfi zəmininin aradan qalxmasına bizim işlərimiz vəsilə oldu.
Mənim zənginliyim təvəkkülümdür. Nə bankda pulum var, nə də özümə məxsus mal-dövlətim var. Mənim zənginliyim Allahdandır. 40 ildən bəri bir gün belə tətilə getmədim, soyuq da olsa, isti də olsa burdayam. Hər imkanımı təbliğ üçün sərf edirəm.
Hitleri hakimiyyətə gətirən də İngiltərə dərin dövlətidir. Hitlerin ən mühüm maliyyəçilərindən biri Rokfeller ailəsidir.
Münafiqlərlə müsəlmanlara zərər verəcəklərini zənn edənlər boşuna çalışır. Bütün münafiqlər Allahın nəzarəti altındadır. Müsəlmana zərər verə bilməzlər.
İngiltərə dərin dövlətinin tərəfdarları həmişə pislik ardınca gedən insanlar arasına daxil edilmiş iblislərdir, münafiqlərdir.
İngiltərə dərin dövlətinin ilk edəcəyi şey 300 illik Türkiyə və İslam aləmi əleyhindəki fəaliyyətini dayandırmaq olacaq, bunu görəcəyik.
İngiltərə dərin dövləti sona çatdığını görməsinin şokunu yaşayır. Elmlə, irfanla, qanunla, hüquqla tamamilə sona gələcəklər inşaAllah.
Axırzamanda İslam Birliyindən bəhs etmək çox böyük savabdır. Tayyib hocam israrla bu ibadəti yerinə yetirsin, hər fürsətdə birliyə çağırsın.
İslam ölkələrinin liderlərinin demək olar ki, heç biri İslam aləminin birliyindən bəhs etmədiyi halda, Tayyib hocamın həmişə bəhs etməsi onun üçün böyük şərəfdir. İslam ölkələrinin bir çoxunun dərdi təkcə neft satmaq, təyyarəni qızılla bürümək olur. İslam aləminin birliyi üçün çalışmırlar.
Bir-birinin ardınca çox böyük hadisələr görəcəyik, lakin heç kim təlaşa qapılmasın. Türkiyəyə heç nə olmayacaq. Sonu həmişə gözəl olacaq inşaAllah.
Mehdi insanlardakı daşlaşmış qəlbləri yumşaldacaq, insanlara Allah eşqi və Allah sevgisini öyrədəcək.
Musəvi mənbələrinə görə Mehdinin zühur etdiyi illər insanların böyük əzablar çəkdiyi, zülmlərin geniş yayılacağı dövrdür. (Ravvin Yitzhak dedi: Kral Moşiyahın ortaya çıxacağı il dünyanın bütün hökmdarları bir-birləri ilə çəkişəcəklər. Həmçinin dünyanın bütün millətləri titrəyəcəklər, qorxacaqlar, üzüstə düşəcəklər və doğum sancıları kimi sancılara tutulacaqlar. İsrail də titrəyəcək, qorxacaq və belə deyəcək; "hara gəlməli, hara getməliyik?", Yalkut Shimoni, Yesheyah 499)
“Böl parçala” sistemi dəccalların üsuludur. Firon da təkəbbürlənmiş, irq üstünlüyü iddiası ilə çıxış etmiş və xalqını parçalara bölmüşdü.
Hədislərdə Mehdi tələbələrinin gecələr təbliğ və elmi fəaliyyət apardıqlarına xüsusilə diqqət çəkilmişdir.
Allah Quranda, İncil və Tövrat tamamilə keçərsizdir demir. Quran, İncil və Tövrat məsələsində hakimlik edir. İncil və Tövratın Qurana uyğun hissələri keçərlidir.
Tövrat Mehdini minlərlə il əvvəl çox təfərrüatlı izah etmişdir.
İman gətirənlərə qarşı tarix boyu həmişə təzyiq və böhtan olmuşdur. Hər dövrdə böhtanla, düşmənçiliklə, nifrətlə qarşılaşmışlar.