İslam aləminin birləşməsi bu dünyada cənnət deməkdir.
Müsəlman dini Quranın içində tapar. Münafiq isə başındakı dini Quranda axtarar və tapa bilməz. O zaman xurafatlara sığınar. Quranı xurafatlarla birləşdirib tətbiqə baxar.
Müsəlmanları vacib olmayan mövzularla məşğul etmərəm, İslam Birliyi ən zəruri mövzudur.
Peyğəmbərimiz (s.ə.v)ın qadınlara baxış tərzi mükəmməl idi. Qadına olan sevgi Allaha olan sevgidən qaynaqlanar; uşağa, çiçəyə, pişiyə itə olan sevgi Allaha olan sevgidən qaynaqlanar. Münafiqlərin Allah sevgisi olmadığı üçün bunu anlaya bilməzlər.
Müsəlmanlar son dərəcə şən, xoşbəxt, həyat dolu, coşğulu insanlarıdır. Aydın fikrə malik, sevgi insanlarıdır.
İnsanların iman etməsinə ən çox təsirli mövzu maddənin əslidir. İnsanların əksəriyyəti görüntünün beyində meydana gəldiyini bilmir. Halbuki, maddənin əslini bilən bir insanın zehnində dünya həyatının həqiqəti, cənnət, cəhənnəm və axirət fövqəladə şəkildə dəqiqləşər.
Reankarnasiyaya inanmaq son dərəcə məntiqsizdir. Bir pişik incələnsə nə olar? Onun təlimatçı, təlim verici heç bir yönü yoxdur. İnsanın imtahanı üçün heç bir mənası yoxdur. Yetkinləşməsi üçün vaxt lazımdırsa, insana dünyada onsuz da qısa bir müddət verilib. İnsanın öyrədilməsi üçün on gün belə kifayətdir, amma Allah 70-80 il verər. Bu, təhsil üçün çox uzun bir vaxtdır.
Dəccaliyyət, müsəlmanlara Allahı zikr etməkdə mane olar. Namaz qılmağın dünya səviyyəsində qadağan edilməsi dəccaliyyətdir. Lakin Mehdiyyət əsla buna boyun əyməyəcək.
Dərin düşünən insanlar Allahın sənətinin fərqinə vara bilirlər. Onun üçün Allah ayədə; "Allahdan ancaq alimlər qorxar" deyə ifadə edər. Allah, müsəlmanların daima düşünməsini, dərin düşünməsini və elm sahibi olmasını istəyir, dərin təhqiq etmələrini istəyir.
" Hz. Mehdi (ə.s)ı necə gözləyəcəyik, bu 10 il necə keçəcək?" Bu cür söhbətlərlə, izahlarla o qədər gözəl keçir ki. Əgər bu mərhələlər olmasa, Mehdiyyət olmaz. Mehdiyyətin ən gözəl illəri bu illərdir. Ən çətin illəridir, ən gözəl illərdir. Sonra İslam əxlaqı dünyaya hakim olacaq. Hz. Mehdi (ə.s) evində olacaq, söhbət edəcək, gəzəcəklər , amma bunun savabı çox olmayacaq. Yəni çətinlik anında trilyon savab qazanılırsa, rahatlıq anında artıq o qədər çox savab qazanmaq imkanı olmayacaq.
Qurana tam sarılsaq, səmimi olsaq, İslam dünyaya hakim olar. Allahın razılığı İslam Birliyidir.
Çünki əziyyət, ağrı-acı, səbir ediləcək bir məsələ, çətinliklər heç biri olmayacaq. Hər şey asan, hər şey zövqlü və gözəl amma savabı az olacaq. Onun üçün onu Cənabı Allah ən son zamanda yetirir. Müsəlmanlar bol-bol savab qazansın deyə Cənabı Allah Mehdiyyəti də qırx ilə qədər geniş bir zamanda yayar. Dəccalın ölümü qırx il davam edər, hədislərdə açıq-aşkar bildirilmişdir.
Sevgi gələndə, silah susar.
Hz. Mehdi (ə.s)ın tələbələri munisliklə, təmizliklə tanınacaq, bir-birlərinə bənzəyəcəklər.
Peyğəmbərimiz (s.ə.v) zamanında dini yaymaq arzusu vardı. Peyğəmbərimiz (s.ə.v)ın ətrafında yığışmaq, birlik və həmrəylik göstərmək əsas məsələ idi. Hal-hazırda bir çoxları müsəlmanların parçalanmasını çoxnormal qarşılayırlar. Belə olduqda isə bir bərəkətsizlik, bir taqətsizlik meydana gəlir.
Dəccaliyyətin dininə toxunmayana hər cür imkanla təmin edilər. Dəccaliyyət az qüvvə ilə dünyanı əsir alan mütəxəssisdir. Dəccaliyyətə hüsnü zənn olmaz. Dəccaliyyət bütün dünyanı əhatə etdiyi halda, dəccaliyyətdən bəhs etməmək, ona qarşı fikri mübarizə aparmamaq mümkün deyil.
Mehdiyyət, Allah tərəfindən dəccala qarşı göndərilmişdir.
İslam əxlaqı dünyaya hakim olduqdan sonra savabların dərəcəsi aşağı düşər, çox azalar.
Qardaşlarımız daim Mehdiyyəti izah edərək dəccalın təsirini yox edə bilərlər. Tək bir izahla insanların beynindəki hipnoz açılmaz, daimi izah etmək lazımdır.
Mehdiyət olmadan islam Birliyi də olmaz. İslam ölkələri birləşməz. Şiə olan İran, Sünni bir liderin liderliyini qəbul etməz. Sünni bir ölkə də, şiə bir liderin liderliyini qəbul etməz. Belə bir vəziyyətdə islam birliyi qurula bilməz. Amma Hz. Mehdi (ə.s)ı, şiə də qəbul edər, sünni də, bektaşi də, vəhabi də qəbul edər, xristian da qəbul edər, yəhudi də qəbul edər. Çünki Hz. Mehdi (ə. s)ni xristianlar da, yəhudilər də gözləyirlər.
Hz. Mehdi (ə. s )ın əleyhinə edilən dua, dua edənə düşər. Hz. Mehdi (ə.s)a böhtan atıldıqca gözəlləşər.