İslam dini tək olaraq yaşanmaz. Musəvilik və xristianlıq da belədir. Din camaat halında yaşanar. Quranda möminlər həmişə birlikdir. Allah ayrılıb parçalanmayın deyə buyurur. Müsəlmanların elmi mübarizəsi birlikdədir, zəkat birlikdədir, müsəlmanlar camaat halında dini yaşayar.
(A9 TV; 18 sentyabr 2016)
Mehdi gəlməyəcək deyənlər boşuna cəhd edirlər. Mehdini də, İsa Məsihi də görəcəyik, dəccaliyyət elmi yolla yerlə-yeksan olacaq inşaAllah.
(A9 TV; 17 sentyabr 2016)
Gözdən beyinə gələn elektrik cərəyanını üçölçülü işıltılı təsvir olaraq görənin kim olduğu sualını təkamülçülər əsla cavablandıra bilməz. Beyinin içində gözü olmadan görən, qulağı olmadan eşidən bir varlıq var. Bu varlığın necə meydana gəldiyi məsələsində təkamülçülərin heç bir cavabı yoxdur.
(A9 TV; 17 sentyabr 2016)
Əbdüləziz darvinizmə qarşı həlledici rəftar göstərmişdir. Əbdüləzizə qarşı həyata keçirilən dövlət çevrilişinin arxasında bu həqiqət var.
(A9 TV; 17 sentyabr 2016)
Yaxın Şərq və Türkiyədəki bütün bəlaların əsil səbəbkarı İngiltərə dərin dövlətidir, lakin əksər insan bunu açıqca dilə gətirməkdən çəkinir.
(A9 TV; 17 sentyabr 2016)
Əbdüləzizin ən böyük hədəflərindən biri İslam Birliyi idi. Müasir, ziyalı dindardı və darvinizmə qarşı çıxan bir insan idi.
(A9 TV; 17 sentyabr 2016)
Əbdüləziz İngiltərə dərin dövlətinin oyunu ilə şəhid edilmişdir. Otağında Yusif surəsini oxuyarkən alçaqlar tərəfindən şəhid edilmişdir.
(A9 TV; 17 sentyabr 2016)
Darvinistlərin təsadüf yalanını İslamla uyğunlaşdırmağa çalışanlar öz aləmlərində şərh etməyə çalışırlar. Təsadüf demək Allahı inkar etməkdir.
(A9 TV; 17 sentyabr 2016)
Təkamülün əsas iddiası; mükəmməl canlılar yaranana qədər trilyonlarla keçid canlıların əmələ gəldiyi iddiasıdır. Bu keçid canlılara dair bir fosil (daşlaşmış qalıntı) belə yoxdur.
(A9 TV; 17 sentyabr 2016)
İngiltərə dərin dövləti həmişə Bədiüzzamana qarşı olmuşdur.
(A9 TV; 17 sentyabr 2016)
Əbdüləziz Mədinədən gələn poçtları Rəsulullah (s.ə.v)-in qoxusunu daşıdığı üçün ayaq üstə qarşılayar, dəstəmaz almadan oxumazdı.
(A9 TV; 17 sentyabr 2016)
Əbdülhəmid dövründə Darülfununda təbiət elmləri kürsüsündə darvinizm öyrədilir, materialist gənclər yetişdirilirdi.
(A9 TV; 17 sentyabr 2016)
Bugünkü Kipr problemi Əbdülhəmid dövründə Kiprin 98 min qızıl əvəzində İngiltərəyə verilməsiylə başladı.
(A9 TV; 17 sentyabr 2016)
Əbdüləziz darvinist təbliğata qarşı olduğu üçün İngiltərə dərin dövləti tərəfindən dövlət çevrilişi ilə devrilmiş və şəhid edilmişdir.
(A9 TV; 17 sentyabr 2016)
Bomonti pivəxanası Əbdülhəmid dövründə açılmışdı. Eyni dövrdə saraya Kiprdən şərab gətirildiyi saray qeydlərində yer alır.
(A9 TV; 17 sentyabr 2016)
Əbdülhəmid dövründə Osmanlı ən böyük torpaq itkisini yaşamışdır. Bu dövrlə əlaqədar səhv bilinən məlumatlardan biri də Teodor Hertsl məsələsidir. Hertsl ilə Əbdülhəmid arasında əlaqə uzun illər davam etmiş, Əbdülhəmid dövründə 36 musəvi yaşayış məntəqəsi yaradılmışdır.
(A9 TV; 17 sentyabr 2016)
Allah cənnət köşklərini, mələkləri, cinləri təkamüllə yaratmamışdır. İnsan da təkamüllə yaradılmamışdır. Quranda təkamüllə yaradılış yoxdur.
(A9 TV; 16 sentyabr 2016)
Osmanlının mənəviyyatı Əbdülhəmid dövründə bütün imperiya torpaqlarında on minlərlə paylanan darvinist kitablarla çökmüşdür.
(A9 TV; 16 sentyabr 2016)
Hz. Musa əsasını atdığı zaman qupquru taxta canlı ilana çevrilir. Bu, Allahın ol əmri ilə bütün canlıların yaradıldığının dəlillərindən biridir.
(A9 TV; 16 sentyabr 2016)
Mövhumatçılıq və Qurandan uzaqlaşma olmasaydı, nə radikal təşkilatlar olardı, nə də Əfqanıstan, İraq, Suriya bu vəziyyətdə olardı. Əksinə hər yer gözəl olardı.
(A9 TV; 16 sentyabr 2016)
Gözəl müsəlman modeli yaradaraq Dəccaliyyətin oyununu puç etdik. Musiqi, əyləncə, söhbət var, qadınlar azaddır və hamısı Qurana uyğundur.
(A9 TV; 15 sentyabr 2016)