İslama qarşı "ingilis mədəniyyəti və ingilis müsəlmanlığının" zorla qəbul etdirilməyə çalışılması İslam aləminin çox diqqətli olması lazım olan bir mövzudur. Həll yolu Qurandır. İngiltərə dərin dövləti mövhumatçılığa qarşı İslamdan kənar İslam anlayışını zorla qəbul etdirməyə çalışır. İngilis heyranlığına əsaslanan İslam anlayışı həll yolu deyil, fəlakətdir.
Xurafatlara əsaslanan mövhumatçı İslam anlayışında dəhşət, zorakılıq var. Quranda sevgi, qardaşlıq və sülh var. Xurafatların aradan qaldırılması vacibdir.
Mülki vətəndaşlara istiqamətli hücum vəhşilikdir. Allah müsəlmanların xristianlara və musəvilərə dost olmalarını bildirir, vuruşmalarını deyil. Maidə surəsinin 82-ci ayəsində xristianların müsəlmanlara yaxın olduğu bildirilir. Kitab əhli müsəlmanlara əmanətdir, onlara hücum edilməz.
Qız dostlarımın dindar olması, onların mənə, mənim onlara Allahın təcəllisi olaraq duyduğum hörmət və sevgi, bəzilərini heyrətamiz dərəcədə narahat edir. Bəziləri mənimlə qız dostlarım arasında dünyada nümunəsini görmədikləri səmimi, ehtiraslı sevgini heç yaşamadıqları üçün təəccüblənirlər.
Kişilərə hər şey sərbəstdir, qadınlara qadağandır məntiqi yanlışdır. Haram və qeyri-əxlaqi vəziyyət vardırsa, hər ikisi üçün də qadağandır. Bütpərəst ənənə olaraq qadınları təzyiq altında saxlayır, kişilərə hər şeyi haqq, qadınlara qadağan hesab edirlər. Qadın öz vicdanı ilə doğrunu bilər.
Xəstələrin səhiyyə işçilərinə, onların da xəstələrə çox şəfqətlə davranmaları lazımdır. İki tərəfin də anlayışlı, həlim olması çox vacibdir.
Zidd fikirlərə sahib insanların dost ola biləcəyini insanlara yaşayaraq göstərmək lazımdır. Müsəlman ilə ateist rahatlıqla dost ola bilər.
London körpüsündəki hücumdan ötrü ingilis xalqına və dövlətinə başsağlığı diləyir, yaralılara Allahdan təcili şəfa arzulayırıq.
Zövq, mədəniyyət və nəzakət məsələsidir. Keyfiyyətsizlik olduqda zövqsüzlük də fərq edilə bilmir, əhəmiyyətli görünmür.
Kainatın mövcud olma məqsədi sevgidir. Sevgi də, Allahın rizasına tabe olmaqla və səmimiyyətlə olar.
Oruc insanın acizliyini bilməsinə, içindəki azğın duyğuların sakitləşməsinə və həlim insan olaraq Allahı dərin düşünməsinə səbəb olar.
Allah məni də, qardaşlarımızı da hz. Mehdiyə və İsa Məsihə tələbə etsin, Özünü ən böyük sevgi ilə sevməyimizi nəsib etsin.
Türkiyənin tezliklə Avropanın ən müasir, ən demokrat və keyfiyyətli ölkəsi olması lazımdır. Bu zaman Türkiyə əleyhinə olan vəziyyət tamamilə aradan qalxar.
Demokratik nümayiş və etiraz haqqı hər vətəndaşın təbii haqqıdır, lakin yandırma, dağıtma, mühafizə əməkdaşlarına hücum etmə heç vaxt qəbul edilə bilməz. Mübahisə edən, danışan, müxalifət edən, düşüncəsini açıq şəkildə müdafiə edən cəmiyyət gözəldir. Lakin zorakılığa əsaslanan üsul məqbul görülə bilməz.
Bir insan başqa insana kürd deyə dəyər vermirsə, o insan qürursuzdur. Belə qürursuzlar hər cəmiyyətdə ola bilir. İrqçilik alçaqlıqdır. Kürdlər hz. İbrahimin övladları, dəyərli insanlardır. Kürdləri aşağı görəcək qədər zəif əxlaqlı insanlara heç kim məhəl qoymasın.
Keyfiyyət, sevgi ilə olar. Sevgi incəsənəti, incəsənət keyfiyyəti gətirər.
Qadınlara hər mövzuda üstünlük göstərilməli, çox yüksək hörmət göstərilməli çox mübarək varlıqlardır.
Nəyin doğru nəyin yanlış olduğu səmimiyyətlə analiz edildikdə dərhal görünər. Allah doğrunu hər insana ilham edər.
İslam əxlaqı hakim olsa aclıq, kasıblıq, yoxsulluq əsla olmaz. İnsanların hamısı çox böyük bolluq içində yaşayar.
Şeir də, musiqi və rəsm əsəri kimi çox təsiredici incəsənət sahəsidir. Nazim Hikmət də ruha təsir edən çox səmimi, nəfis şeirlər yazan dəyərli incəsənət xadimidir.
Hər kəsin hər kəslə dost olduğu, qadınların azad yaşadığı, musiqinin, rəsm əsərlərinin, heykəl sənətinin ən gözəlinin hazırlandığı sistem müasir İslamdır.