Kimsə özünə təhqir etdirmədiyi kimi biz də, haşa, Allaha qarşı danışmağa qoymarıq.
Yaşamaq çətindir, insan dünya həyatında onsuz da çətinlik içində imtahan verir. Bununla yanaşı bir də qatı dinçilik olduqda bunu heç kim qəbul etməz.
Qürur, eqoizm insanı dəli kimi göstərər. Eqoizm edən insan ağlını itirər, çirkinləşər.
Amerika, Avropa və İslam ölkələrinin birlikdə müsəlman aləmi üçün mənəvi bir lider, bir imamı-kəbir seçmələri lazımdır.
Ak Partiyanın gənclik qollarına köməklik etmək, onları fikirlə təmin etmək çox gözəl olardı.
Təkliflərlə Mehdilik olmaz. Allahın dediyindən başqa heçnə olmaz. Allah kimi seçsə, Mehdi o olacaq.
AKP, MHP, BBP, Səadət―bütün sağ partiyalarımızın fərqli gözəllikləri var. Hər hansı partiyanı təhqir etmək ağıllı hərəkət deyil. Bütün partiyaların yaxşı cəhətlərini bir yerə yığmaq ən məqsədəuyğun hərəkətdir. CHP də yaxşıdır, tarazlıq partiyasıdır.
Bütün müsəlmanlar, bütün türklər bizim qardaşımızdır. Turan, İslam Birliyi olsun.
Qızıl Alma bütün Türk millətinin ürəyindədir.
Suriyada və Misirdə zülm edənlər mütləq məğlub olacaqlar. Zalımlar mütləq məğlub olarlar, bu Allahın qanunudur. Allah cəm şəklində olan ölümlərdə yaxşı möminləri mütləq fərqli tutur.
Bədiüzzamanın şərhlərinə görə İsa Məsih (ə.s) təbliğ fəaliyyətlərini hz. Mehdi (ə.s)-ın öhdəsinə buraxar. Özü isə dünya siyasətinə istiqamət verər.
Allah bizdən dayanmadan həmd etməyimizi istəyir. Həmd edən möminin üzərinə hiss etmədən bərəkət və fərahlıq gəlir.
Allah "İslam Birliyi quracağam" deyir. Haqdır, gözləyirik, inşaAllah.
İnsanlar tam ilahlıq iddia etdikləri bir dövrdə ―2120-ci ildə qiyamət qopacaq.
2120-ci il ərəfəsində qiyamət qopacaq və 15 milyard ildən bəri mövcud olan dünya toz –dumana bürünəcək.
Dövlətimiz bir sıra şeyləri tənzimləməlidir, sənətçilərin hamısı xəstəxanalarda ödənişsiz müalicə olunsunlar. Sənətçilərimizin sağlam və uzun ömürlü olması üçün cəhd göstərək.
Arif Şentürk kimi sənətkarlar bir daha olmayacaq. Dövlətimizin belə böyük sənətçilərə medal verməsi çox gözəl olar. Bir də dövlətimiz onlara yüksək maaş ayırsa çox rahatlayar.
Yalçın Akdoğan çox ağıllı və mübarək bir insandır. Baş nazir Yalçın Akdoğanı özünə məsləhətçi götürməklə çox doğru edib, maşaAllah.
Misirdə müsəlmanların arasını düzəldəcək bir vasitəçiyə ehtiyac var. Türkiyə və ABŞ birlikdə bu vasitəçiliyi edə bilərlər.
Mursini sərbəst buraxsınlar, Türkiyəyə gəlsin, bir az özünə gəlsin, özü ilə danışaq. Burada gözəl bildirişlər versin. Amma mərhəmətli üslubdan istifadə etməsi çox əhəmiyyətlidir.
Tayyib bəyi üzməsinlər, baş nazirlik asan bir vəzifə deyil, çox yorulur. Baş nazirin də şəfqətə ehtiyacı var. Millətə xidmət etmək üçün bütün ömrünü sərf edir. Ona qarşı vəfasızlıq etmək vicdana sığmaz.