Kommunizmdə lider problemi yoxdur. Birini hakimiyyətdən salarsan, başqası gələr. İnsanlar "Necə olursa olsun, biz onu çıxardarıq" deyir. Biz isə deyirik ki, Marksist, Leninist düşüncə fikrən məğlub olanda məhv olar. Onu məğlub edə bilməyəndə isə azğınlaşar, təcavüzkarlaşar.
MARKSİST, LENİNİST DÜŞÜNCƏ DƏCCALİYYƏTİN PƏNCƏSİDİR. Dəccaliyyətin əlinə düşən bir daha ordan asan qurtula bilməz. Buna görə DƏCCALI YALNIZ FİKRİ MÜBARİZƏ İLƏ, DƏCCAL DÜŞÜNCƏSİNİ MƏHV ETMƏKLƏ ORTADAN QALDIRMAQ OLAR. Dəccal dişləri çox olan varlıq kimidir, azğındır. Top, tüfəng, tapança ilə geri çəkilməyəcək.
Dəccalın pəncəsi Türkiyənin üstündədir. Mehdiyyət də var gücü ilə dəccalın pəncəsini qırmağa çalışır. Lakin buna da müəyyən vaxt lazımdır . 10 il sonra dəccalın qolunu tamamilə qırmış olacağıq, inşaAllah.
Zaman insanın ağlındakı inanc, düşüncəsindəki şərhidir. Bir şeyi digəri ilə müqayisə etməsindən meydana gələn şərhdir.
Allah "ol" deyən kimi kainat yaranır. Allah Qatında təkcə an var. AN SONSUZ QISA ZAMANDIR. SONSUZ UZUN ZAMANI, SONSUZ QISA ZAMAN İÇƏRİSİNDƏ ALLAH YARADIB BİTİRMİŞDİR. Biz də bu anın içərisindəki zamanı yaşayırıq.
PKK Stalinist, Leninist düşüncə ilə ortaya çıxır ki, bu da hal-hazırda dünyanın ən güclü ideologiyasıdır. Dünya tarixində olan ən böyük batil din dəccalın dinidir.
Dünya hakimiyyəti qəliz mövzudur. Elə fikirləşərsən ki, İslam dünyaya hakim oldu, lakin qütblərdə olan 3 nəfər hələ də tabe olmayıb. Allah onu hakimiyyət saymır. Onların da qəbul etmələri lazımdır. Buna görə də İslam əxlaqının dünyaya nə vaxt hakim olduğu bilinmir.
Dünya ilk dəfə olaraq belə geniş miqyasda İslam hakimiyyəti yaşayacaq, lakin 7-9 il arası sürəcək.
Çox gözəl olan axır zamandayıq. Hər kəs gözəl şeylər görəcək. Müstəsna, qeyri-adi inkişaflar olur. Daha əvvəl olmayan şeylər indi olmağa başladı. Hələ qarşımızdakı on il çox sevindirici, gözəldir.
İslama və Müsəlmanlara qarşı sevgi, şəfqətlə yanaşsalar, insanlarda da sevgi yaranar.
Bu əsr fövqəladə, bəlaların ən sıx olduğu, eləcədə İslamın oyanışının ən güclü olduğu bir əsrdir.
Türk millətinə qarşı hücumlar vardır. Türkiyə böyük işğala yaxınlaşır, qarşıda böyük bölünmə layihəsi var. Avropadan, kommunist ölkələrdən də dəstəkləyənlər vardır. İkinci böyük Qurtuluş mübarizəsi verilir. Hətta o şərtlərdən də ağırdır. Bunun oyanıqlığı, milli həyəcanı, milli oyanışı olmalıdır.
Silah və kommunist sistemi iç-içədir. Marksist, Leninist, Stalinist olub, silahdan uzaq qalmaq mümkün deyil. Yəni BİR MARKSİST, LENİNİST, STALİNİST ÜÇÜN SİLAH, ƏTLƏ SÜMÜK KİMİDİR, bir-birindən ayrılmazdır.
Allah Mehdiyyətin məcburiyyət olduğunu bizə göstərir. Bundan başqa heç bir həll yoxdur.
İlk növbədə edilməli olan bütün milləti tək bir ideya―İslam Birliyi, Türk İslam Birliyi ideyası ətrafında yığmaqdır.
İdealı olmayan bir dövlət yıxılar. Bizim idealımız Türk İslam Birliyidir.
Milyonlarla şəhid verməyə hazırıq, amma nə torpaq verərik, nə də kommunistlərin zəbtinə icazə verərik.
Mömin dünyanın ən keyfiyyətli, ağıllı, səmimi düşünən, ən təmiz insanıdır. Müsəlman hər şeyin ən doğrusunu, gözəlini edər. Quran çox ağıllı olmağımız üçün bizə rəhbərdir.
İmtahanın gərəyi olaraq uşaqlara da dərd, bəla üz verməlidir.Əks halda ağılın ixtiyarı olmaz.
İstəsən də, istəməsən də iman edərsən, bunu saxlamağa gücün çatmaz. Heç bir insanın iman etməməyə gücü çatmaz. Mütləq iman edər, lakin "iman etmirəm" deyər. İnadına, qəddarlığına, zalımlığına görə elə deyər, lakin mütləq iman edər. Dili "mən inanmıram." deyər, amma düşüncəsi isə " inanıram." deyər. Düşüncəsi ona inanmaz. O, düşüncəsinə, ruhuna tabe olacaq.
Gözəl əxlaqlı olmaq asan deyil. Asan olsaydı hər kəs gözəl əxlaqlı olardı. Gözəl əxlaqın bədəli vardır.