Kürd qardaşlarımızın rahatlaması İslam Birliyi ilə olar. İslam Birliyi ilə onlar olduqca azad, rahat və dinc yaşayacaqlar, inşaAllah.
Demokratik insan, fikrinə güvənən insan azad bir zəmin istər və hər cür fikirə də açıq olar. Dinləməsini də bilər, danışmasını da bilər.
"Mehdi çıxacaq" demirik, Mehdi (ə.s) çıxdı, vəzifədədir.
Sıxılmaq Allah tərəfindən dünyada verilən xüsusi hissdir. Məsələn, kin, nifrət xüsusi olaraq verilən hislərdir. Cənnətdə, Allah "Qəlblərində kindən nə varsa götürdük" deyir. Buna görə bezmək hissi də aradan götürülür. Bezməyi bilməzsən.
Küçələrdə pişik köşkləri, pişik restoranları olması çox əhəmiyyətlidir.
Baş nazirlik çox çətin bir xidmətdir. Baş nazirimizin yerinə yetirdiyi fəaliyyəti edə biləcək çox az insan olar.
Mehdi (ə.s), Allahın böyüklüyünü dünyaya qəbul etdirəcək.
Allah "axirətdə yalnız Qurandan sorğu-sual olunacaqsınız" deyir. Quranın yetərli olduğunu bir çox ayədə bildirir.
Dəccal, Mehdi (ə.s)-ı istəməz. Mehdi (ə.s)-a qarşı aralarında qadınların da olduğu 30 dəccal çıxar.
Bəzi alimlərin tələbələrinə görə Mehdinin bilinməsində bir problem yoxdur. Bədiüzzaman, "Daha çox hüsnü-zənn həmişə olmuşdur. Mən də toxunmudum" deyir. Bunun bir zərəri olmaz, əksinə şövq və müsəlmanlara xidmət istiqamətində faydalı olar.
Saxta Mehdi namizədlərinin çıxması bir problem deyil. O insanları təhlükə kimi görmək düzgün deyil.
Allah Nur surəsində, müsəlmanları dünya hakimi edəcəyini bildirir.
İslam Birliyini yaradan adama biz "Mehdi" deyirik.
Müsəlmanların mənəvi bir liderlərinin olması fərzdir.
Xilaskar gözləmək Quranda ifadə edilən bir mövzudur. Müsəlmanlar Quranda "bizə bir xilaskar göndər" deyə Allaha yalvarır.
Dünya həmişə "xilaskar"ların gəlməsi ilə xilas olmuşdur və həmişə dəccallarla məhv olmağa məruz qalmışdır. İndi müsəlmanlar başsız olduqları üçün ağrı-acı çəkirlər.
Axırzamanla və Mehdi (ə.s)-ın çıxışı ilə əlaqədar hədislər reallaşdı və beləcə qətilik qazanmış oldu.
Mehdiyyət "Mehdi gəlməyəcək" sözləri arasında irəliləyir.
Mehdi (ə.s)-ın gəlməsinə mane olmağa çalışanlar Mehdi (ə.s)-ın şanını artırır.
İndi dünya tarixində görülməmiş şəkildə "Mehdi gəlməyəcək", "Mehdi gəlməyəcək" deyilir.
Öz ağıllarına görə Mehdi (ə.s)-ın gəlişinə mane olmağa, mövzunu ört-basdır etməyə çalışanlar var. Halbuki, Mehdi (ə.s)-ı istəmələri lazımdır. Mehdi (ə.s) gəlməsə dəccal gəlir. Amma qədərdə Mehdi (ə.s) gəlmişdir və maneə olmaq da mümkün deyil.