Mehdiyyətin, İsa Məsih (ə.s)-ın və Mehdi (ə.s)-ın dəstəyini alan bir hərəkət mütləq müvəffəqiyyətli olar.
Quranda mehdiyyət ən incə təfsilatına qədər izah edilmişdir. Mehdi (ə.s) harada qalır, nə edəcək, bütün incəliklərinə qədər vardır, diqqətlə baxan hamısını görər.
Cənabı Allah deyir:"Hər nəfs ölümü dadacaqdır". Bir “bal kimi dadmaq” var, gözəl ətir verilərək, gözəlliklə, iltifatlarla, məmnuniyyətlərlə, cəsarətləndirərək, Allah xatırlanaraq, təkbirlərlə gözəl şəkildə can alınması var. Birdə sillə ilə, yumruqla, qaranlıq içində süründürülərək, alçaq, rüsvay edilərək can alınması var. Allah bizləri gözəl canı alınan möminlərdən etsin. Can gözəl alınsa onsuz da cənnətə zəmanət verilir, inşaAllah.
Dünya imtahan dünyasıdır, bir qapıdan girilib, bir qapıdan çıxılır. Hamımız o şərəfə, gözəlliyə çatacağıq, inşaAllah. Rəbbimizin qatına çıxacağıq. Cənabı Allah bildirir ki, hər nəfs ölümü dadacaq. Bir “gözəl dadmaq”, bir də “ağrılı dadmaq” var. Allah gözəl dadanlardan olmağı nəsib etsin.
Mehdiyyət yolu daim açıq olan yoldur. Digər yollar həmişə bağlıdır. Gedəcəyini zənn edərsən, başını divara vurarsan. Gedəcəyəni zənn edərsən, başını daşa vurarsan. Mehdiyyət yolunda quş kimi uçarsan. O yoldan ayrılmasan quş kimi uçarsan, heç bir maneə ilə qarşılaşmazsan.
İsrail narahat olmasın. Türkiyə hər vəziyyətdə İsraili qoruyar, həmişə yanındadır. Türkiyədə bir yəhudi düşmənçiliyi yoxdur, İsrailə şəfqət hakimdir. Bu fikri kimsə ləğv etməz.
İdeal Ocaqları, Milliyyətçi Hərəkət Partiyası, Böyük Birlik Partiyası, Alpərənlər həmişə lazımlıdır.. Həmişə məktəb kimi yaşayacaq, canlı olaraq mənəvi cəhətdən xidmət etməyə davam edəcəklər. Onlar mənəviyyat, şövq-həyəcan ocaqlarıdır, maşAllah.
Mehdiyyət dövründə sənətçilər ortaya çıxacaq. Memarlar, mühəndislər, elm adamları böyük bir coşğu ilə ortaya çıxacaqlar, inşaAllah.
Cənub-şərqdə gəncliyin əlindən PKK-a qarşı mehdiyyəti almağa çalışdılar. Çünki tarazlığı pozmalıdırlar ki, PKK inkişaf etsin. Çünki insanı idealsız, şövqsüz, imansız qoyacaq. PKK təktərəfli inkişaf edəcək. Elmlə, mədəniyyətlə, ağılla, məlumatla bu yersizliyi dayandırdıq. PKK-NIN YOLU BAĞLANDI, MEHDİYYƏTİN YOLU AÇILDI. Qəsdən bağlamışdılar ki, PKK-nın yolu açılsın, inkişaf etsin. Biz o yolu açdıq. Biz də icazə vermədik.
Ağıllını razı salmaq, vicdanına müraciət etmək asandır. Yəni nəzakətsizlik etməz. Ağıllı bir insan məqbul olar. Vicdansızlıq etməməsi çox böyük bir nemətdir. Ağıllı bir insan vicdanını tapdalamır, yəni vicdanına uyğun hərəkət edir. Vicdanlı olduğu üçün də gözəl sözlər eşidərsən. Gözəlliyi bir məna ifadə edər. Əks təqdirdə gözəlliyin də bir mənası qalmır. Çünki sadəcə ət, sümük qalır. Onlar da bir şey deyil.
Dünyada o mənada bir şey yoxdur. Cənnət gözəldir. Bura, xüsusilə, cənnət-cəhənnəm arası yaradılmışdır.
Nə gözəl, sonsuz ağıla sahib Allahımız var. Allah gözəlliyi bəyənir, sevir, çox gözəldir. Asan bir yol göstərmişdir: "Gözəl əxlaqlı olun, sizi cənnətə daxil edim" deyir.
Nə gözəl, Allah var; nə gözəl, varlığıq. Onsuz da mütləq yoxluq qeyri-mümkündür. Varlıq oldumu artıq sonsuza qədər mövcud olur.
Yuxu vəhy deyil. Yuxu ilə nəsə etmək, hökm vermək olmaz.
Müsəlman olmaq gözəllikdir. Kürd, çərkəz, türk, hamı eynidir. Üstünlük təqva ilədir, inşaAllah.
Hz. İsa Məsih (ə.s)-ı heç kim dayandıra bilməz. Nə İsrail, nə də başqası dayandıra bilər. Allah ona görə planlayıb. Necə insanlar dünyanın fırlanmasını, günəşin çıxmasını dayandıra bilmir. Hz. İsa Məsih (ə.s)-ın, hz. Mehdi (ə.s)-ın da enişini dayandıra bilməzlər.
Bir çox insan fanatikliyə uyğundur. Fanatik müsəlman olmasa İslam dünyaya ildırım sürətilə hakim olar. İndi də belə olacaq. Sürətlə hakim olacaq, inşaAllah.
Cənnətdə heyvan çoxdur, hər cür heyvan var. Hamısı danışar, ağıllıdırlar. Orada heyvan sevgisinə doyacağıq. Doyunca sevəcəyik. Bütün sevdiyimiz heyvanlar orada olacaq. Darıxdığımız heyvanlar, uşaqlığınızdan, ağlınızda qalan heyvanlar, hamısı oradadır, inşaAllah.
Cənnətliklər cənnətə keçəcəklər―səfa və gözəllik yurduna, nə gözəldir. Sevgidən, məhəbbətdən, yaxşılıqdan, gözəl sözdən xoşlananlar dayanmadan gözəllik görəcəklər. Cənnət nur kimidir, sevinc, gözəllik yurdudur.
Gözəl günlər görəcəyik. Müsəlmanlar cənnətə gedəcəklər. Dünyanın hamısı hz. İsa Məsih (ə.s) ilə müsəlman olacaq, inşaAllah. Gənc qızlar, cavanlar sevinəcək. Bu bədbəxtlik, gərginlik bitəcək.
Namazda eşq, coşğu, sevinc içində, böyük bir həyəcan içində olacağıq. Bayram sevinci ilə, ehtirasla qalxacağıq. Məsələn, adama desələr ki, indi qalx, beş milyonu götür, həm də çox yuxuludur. Yaxud bir kasanın içində qızıl doludur, “qalx, götür". Yerindən sıçrayarlar, elə deyilmi? Allahın razılığı, sonsuz cənnət o qızıl kasadan daha çox qiymətlidir.