Mənim heç vaxt Mehdilik iddiam olmadı və olmayacaq. Bu mövzuda dəfələrlə ictimaiyyət qarşısında and içdim.
Gənclərin ruhunda həmişə incəsənət, estetika və gözəllik vardır. Gözəl söz eşitmək, gözəl mühit görmək istəyirlər. İncəsənətin təşviq edilməsi gözəlliyin təşviqidir.
Gənclərimizin yüksək ideala sahib, ətraf mühitə, təbiətə, heyvanlara dəyər verən, eqoist olmayan üslubları çox gözəldir.
İncəsənətin hər sahəsini əhəmiyyətli görürəm və bütün incəsənət xadimlərimizin zəhmətini alqışlayıram. Bütün incəsənət xadimlərini sevmək, hamısına dəyər vermək lazımdır.
Qadınların ictimai nəqliyyat vasitələrində narahat olması bütün cəmiyyətin vicdanını narahat edər. Qadınlara hər zaman prioritet verilməlidir.
İnşaatda işləmək çox çətindir. İnşaatda işləyən qardaşlarımızın tələbləri çox haqlıdır. İş təhlükəsizliyi üçün hər cür tədbirin tam alınması lazımdır. Mərhəmətsizcə bir iş rejimi olmamalıdır. İnsanların sağlam yaşaya biləcəyi, düzgün qidalana biləcəyi, bütün hüquqlarının qorunduğu mühit olmalıdır.
İslam əxlaqının hakimiyyəti, əzərək, sındıraraq və təzyiqlə olmayacaq. Sevgi ilə, mehribanlıqla, gözəlliklə olacaq.
Mövhumatçılıq gənclərin canını çox yandırır. İnsanların həyatına, necə yaşadığına qarışmaq, təzyiq göstərmək İslamda yoxdur.
Hər ideologiyaya sahib insana hörmət etmək lazımdır. Hər insan inancına görə azad yaşamalıdır. Mövhumatçılıq isə mehriban yanaşmağı bilməz.
Darvinizm tarix dərsində “bütpərəst dinlər” başlığı altında tədris edilə bilər, lakin elm deyə müdafiə olunması məntiqsizdir.
PKK-ya və terrora vurulacaq ən böyük zərbə darvinizmin əsassızlığının ortaya qoyulması, yaradılışın dəlillərinin izah edilməsidir.
Darvinizmi elmlə, dəlillə, fikri olaraq əzməyimiz bütün dünyada təsir oyatdı.
Balaca körpələrin vəfatı şəhidlikdir, bilavasitə vildan olaraq cənnətə gedərlər.
Təkamül nəzəriyyəsi elm deyil, batil bütpərəst etiqadıdır. Dolayısilə təkamülün elm olaraq izah edilməsinə yenə elmlə qarşı çıxarıq.
İngiltərə dərin dövlətinə qarşı İslam aləminin birlik olması əsas şərtdir. Tayyib hocamızın İslam ölkələrinin qabaqcıllarını İslam aləminin birlik olması məsələsində tək-tək razı etməsi gözəl olar.
Zər aləmində şəhid olaraq yazılanlar vaxtı gəldikdə şəhid kimi çağırılırlar. Şəhidlər ölü deyil, diridirlər. Sevinc içindədirlər. Onlar üçün darqınlıq, qorxu və kədər yoxdur.
Bizim duamız, istəyimiz şəhidlərimiz kimi şərəflə dünyadan ayrılmaqdır. Aslanlarımızın məqamlarına qibtə edirik.
Gələcək, inşaAllah çox gözəl olacaq. Allahın icazəsi ilə hz. Mehdini, İsa Məsihi görəcəyik.
Birinin sədaqətini dəliqanlılığından, fədakarlığından, sevdiyi üçün əzaba qatlanmasından anlayarıq. Həqiqi sevən fədakar olar.
Millətimiz mübarək millətdir. Ələvi, sünni, bektaşi, cəfəri, hər biri ayrı gözəldir, hər biri ayrı dəyərlidir.
İtaliyadan İndoneziyaya, İngiltərədən Səudiyyə Ərəbistanına qədər dünyanın ən təsirli qəzetlərində bu həftə Türkiyədən Adnan Oktar təxəllüsü ilə desək, Harun Yəhyanın başarılarından bəhs edildi. Harun Yəhyanın 30 ildən çox davam edən yaradılışı sübut edən təkamül nəzəriyyəsinin əleyhinə olan elmi işlərinin izah edildiyi bu xəbərlərdə Harun Yəhyanın bu mübarizəni qalib gəldiyindən bəhs edildi.