Məzhəblər aradan qalxmalıdır. Bunu da ancaq hz. Mehdi (ə.s) edə bilər. Ondan başqasının məzhəbləri qaldırması da çox təhlükəli olar. Çünki adam öz başına ictihad etməyə çalışar.
Təkcə müsəlmanların da kommunizmə gücü çatmaz. Çox qəddar bir sistemdir. Ancaq xristianlarla ittifaq edərək, İsa Məsihin duası, Mehdi (ə.s)-ın səyləri ilə nəticə alınacaq, inşaAllah.
Kommunizm dəccaliyyət dini olduğu üçün onun da mistik tərəfləri vardır.
Kommunizmin ən həssas yeri, ürəyi Darvinizmdir. Yəni kommunizmi yıxmaq istəyirsənsə, Darvinizmi yıxmalısan. Darvinizmin də ən həssas yeri fosillər və proteinlərdir, zülalların quruluşudur.
Diqqət etsək, dünyanın sonu da kommunizmlə bitir. Qiyamət qopanda kommunizmin ən azğın dövrü olacaq.
Dünya tarixinin ən böyük fitnəsi kommunizmdir. İndiyə qədər olan ən böyük fitnədir. Qiyamət qopmasa da yenə dünya kommunist olacaq, kommunist hakimiyyəti olacaq.
Kommunizm elə əhəmiyyətsiz bir mövzu deyil. Kommunizm təhlükəsinə qarşı bütün peyğəmbərlər hz. Adəm (ə.s)-dan etibarən xəbərdarlıq etmişlər.
Kommunizmdə demokratiya yoxdur. Kommunist diktatorluq vardır.
Biz istəyirik ki, Türkiyə, İsrail, İran hərbi ittifaq etsin. İctimai ittifaq quraraq bölgədə sülhün, əmin-amanlığın, təhlükəsizliyin, ədalətin yaranması üçün Mehdiyyətin nüvəsini təşkil etsinlər. Belə vəziyyətdə mükəmməl, çox rahat olarlar.
Ruslar çox gözəl əxlaqlı insanlardır. Həm fiziki olaraq, həm də əxlaqi cəhətdən çox gözəl millətdir. Nəzakətli, mədəniyyətə əhəmiyyət verən, təvazökar, humanist, yoldaşlıqdan, dostluqdan çox zövq alan çox qiymətli insanlardır. Onun üçün İslam Birliyində ruslar və Rusiya birinci sırada olmalıdır.
Atatürk hər zaman Darvinizmə qarşı münasibətini göstərmiş və həmişə dinin tərəfdarı olmuşdur. Atatürk Darvinizmə qarşı mübarizəni dinlə aparmışdır. Təbii ki, elmi iş görməyib o dövrdə. Bədiüzzaman da etməmişdi. Bu işi Mehdi (ə.s)-a saxlayıblar.
İctimai Darvinizmi və Darvinizmi dəstəkləyən dialektik fəlsəfəni hər cəhəti ilə qəbul etmiş sayılır . Dialektik fəlsəfəni müdafiə edirsənsə, o zaman tarixin dialektliyini də qəbul etməyə məcbursan. Tarixin dialektliyini qəbul edirsənsə, Marksist, kommunist, Stalinist, Leninist olursan.
Kommunizm, kommunist düşüncə, Marksist düşüncə dünyanın ən pis fəlsəfəsidir, dünya tarixinin ən böyük dəccal hərəkatıdır.
Kommunizmə qarşı millət olaraq tək vücud olmalıyıq. Başqa cür bu canavar, Allah qorusun, yavaş-yavaş udar.
Qədr Gecəsini dərk etmək çox böyük nemətdir. Bu gecə həyati gözəllikdir. Həyati hikmətlərin meydana gəldiyi, həyati dərinliyin olduğu bir gecədir.
İslam Birliyi dəyəndə İslam milliyyətçiliyi düşünürlər. Yəni yalnız müsəlmanlara yaşama haqqı verən, başqasının buna haqqı olmayan bir sistem kimi düşünürlər. Halbuki, Türk-İslam Birliyi, İslam Birliyi xristianların da, yəhudilərin də cənnət kimi bir mühitdə yaşayacağı zəmindir.
Əhli Kitab da Adəm oğludur―Adəm ilə Həvvadandırlar. Onlar da bizim bacı-qardaşlarımızdır.
İncildə, Tövratda açıqlanan, peyğəmbərimiz (s.ə.v)-in dediyi bütün əlamətlər çıxdı. Dünyanın son dövrlərindəyik.
İnternetə girəndə həmişə sevinc görməliyik. Hər kəs bir-birinə kompliment deməli, sevgi ilə, məhəbbətlə yanaşmalıdır. Belə olsa, gözəl olar. Əks halda insanlar bədbəxt olar.
Bir müddət sonra xristianlıqla müsəlmanlıq birlikdə hərəkət edəcək. Kommunizm təəccüblü olaraq dünyada güc, qüvvət tapır. Bunun aradan qalxması yalnız xristianlarla müsəlmanların ittifaqıyla mümkün olduğunu bütün dünya görəcək.
İnsanlar Mehdiyyətin məcburi və zəruri olduğu qənaətinə gələcək. İsa Məsihin enişinə ehtimal etməyənlər İsa Məsihi qarşılarında göründükləri zaman çox utanacaqlar və çaşacaqlar.