Quran İslamı yaşanmadığı zaman hər yerdən çöküş başlayar. İncəsənətin, elmin çökməsi bu həqiqətin konkret sübutudur. Ənənəçi İslam anlayışının səbəb olduğu keyfiyyətsizlik oturmaq, ayağa qalxmaq, danışmaq, hər şeydə acınacaqlı şəkildə ortaya çıxır. Bu model həyat gətirməz. Həyat Quran İslamı ilə canlanar. Dünyaya hakim olacaq şey Quran müsəlmanlığıdır.
(A9 TV; 5 sentyabr 2017)
Adnan Oktar
-
Möminin axirətdəki sorğu-sualı çox asan və sürətlidir. Kafirlərin sorğu-sualı isə çətin və uzundur, hər şeyin haqq-hesabını tək-tək verəcəklər.
(A9 TV; 5 sentyabr 2017)
Adnan Oktar
-
Hər insan dünyada bədənində həbs olunmuş vəziyyətdədir. İmtahan bitdikdə bu bədəndə həbs bitər və cənnətə layiqdirsə oradakı əsas həyat başlayar.
(A9 TV; 5 sentyabr 2017)
Adnan Oktar
-
Prezidentə hörmət göstərilməsini yanlış hadisə kimi göstərmək səmimi deyil. Türkiyə Respublikasının Prezidentinə hörmət göstərmək təbii haldır.
(A9 TV; 5 sentyabr 2017)
Adnan Oktar
-
Cəhənnəmin mövcudluğu insanların daha tutarlı, tarazlı və ağıllı olmasını təmin edər. Müsəlman cəhənnəmin mövcudluğunu düşünərək ağıllı olar.
(A9 TV; 5 sentyabr 2017)
Adnan Oktar
-
İslam əxlaqı hakim olanda sadəcə xoşniyyət, sülh, mehribanlıq və dostluq dünyaya hakim olacaq.
(A9 TV; 5 sentyabr 2017)
Adnan Oktar
-
Bir tərəfdən ənənəçi İslam anlayışı, digər tərəfdən darvinizmlə insanların incəsənət üfüqünü, mühakiməsini, düşüncə gücünü sındırdılar. İnsanların ruhlarında böyük boşluq yarandı. Bu boşluğu seriallar, lazımsız internet söhbətləri kimi boşluqlarla doldurmağa çalışırlar.
(A9 TV; 5 sentyabr 2017)
Adnan Oktar
-
İslam Quranın bütünüdür və asandır. Allah dini asan etdiyini bildirmişdir.
(A9 TV; 5 sentyabr 2017)
Adnan Oktar
-
Nəfs vicdanı təzyiq altına alar, vicdanın et dediyinə "məntiqi irəli sürərək" mane olmaq istəyər. Vicdanla hərəkət etməkdən heç vaxt ayrılmamaq lazımdır.
(A9 TV; 5 sentyabr 2017)
Adnan Oktar
-
Bütün peyğəmbərlər həyatı boyu vicdanla hərəkət ediblər, bir an belə vicdanla hərəkət etməkdən imtina etməyiblər.
(A9 TV; 5 sentyabr 2017)
Adnan Oktar
-
Xeyriyyəçilərin ildə bir dəfə deyil, hərdən ehtiyac içində olanlara ət paylamasında böyük xeyir olar. Zülal ehtiyacı əhəmiyyətlidir.
(A9 TV; 5 sentyabr 2017)
Adnan Oktar
-
İnsanlar dünyanın sahibini unudub dünyanı düzəltməyə çalışdıqları üçün çözüm olmur. Dünyanın sahibi Allahdır. Dünyanın sahibinə üz tutub düzəltməyi tələb etmək lazımdır. “Ey Rəbb, dünyanın sahibi Sənsən, bizə xeyir nəsib et” demək lazımdır.
(A9 TV; 5 sentyabr 2017)
Adnan Oktar
-
Müsəlmanlığın doğru yaşandığı yerdə keyfiyyət, incəsənət, gözəllik, fərəh, sevinc vardır. Ənənəçi sistemdə isə keyfiyyətsizlik hakimdir.
(A9 TV; 5 sentyabr 2017)
Adnan Oktar
-
Müsəlmanları nəzakətsiz və keyfiyyətsiz edib, əzib yox etmək istəyirdilər. Quran müsəlmanlığının “həyat dolu” olduğunu dünyaya göstərdik.
(A9 TV; 5 sentyabr 2017)
Adnan Oktar
-
Məktəblərdə təkcə sünnilik deyil, şiəlik, ələvilik, bəktaşilik və digər bütün inancların öyrədilməsi, iman həqiqətlərinin izah edilməsi lazımdır.
(A9 TV; 5 sentyabr 2017)
Adnan Oktar
-
Din dərsinin ən mühüm mövzusu Allahın mövcudluğunun dəlillərinin izah edilməsi və bütpərəst darvinist anlayışının əsassızlığının öyrədilməsidir.
(A9 TV; 5 sentyabr 2017)
Adnan Oktar
-
Həyatdakı ən mühüm prioritetimiz Allahın rizasının ən çoxunu qazanmaqdır. Bəzi insanlar hərdənbir Allaha güvənər, ona görə də çox əzab çəkər. Allaha hər zaman, hər vəziyyətdə tam güvənmək lazımdır. Allahın hər etdiyinin xeyir olduğunu bilmək lazımdır.
(A9 TV; 6 sentyabr 2017)
Adnan Oktar
-
Prezident Türkiyə Respublikasının rəhbəridir, dövlətin rəhbərinə hörmət göstərmək ən təbii və olması lazım olan hörmət əlamətidir.
(A9 TV; 6 sentyabr 2017)
Adnan Oktar
-
Diqqət itiliyi ani bir vəziyyətə qarşı hazır olmağı təmin edər və təvəkkülün bir parçasıdır. Narahat olmaqda isə təvəkkül yoxdur.