Misirdə iki tərəf də bir-birini fitnəçi hesab edir və ənənəvi din anlayışına görə, qətli vacib hesab edir. Mehdiyyət gəlsə, Misirdə hər iki tərəfi də uzlaşdırar, barışdırar.
Allah tək çıxış yolunun mehdiyyət olduğunu göstərir. Tökülən qanı dayandıracaq Mehdi (ə.s)-dan başqa həll yolu yoxdur.
İslam ölkələrinin böyük hissəsi sevgisizdir. Allah bu hadisələrlə, daha çox İslam ölkələrində qəddarlığın nə qədər hakim olduğunu göstərir. Hal-hazırda içlərində dəli kimi öldürmək yarışı gedir.
Misir asmaq-kəsməklə məşhur olsa, bütün dünya Misirə nifrət edər.
Obama davakar bir insan deyil, məqbul bir insandır. Şəkillərindən məna çıxarmaq şişirdilmiş və lazımsız hərəkətdir.
Quranın hökmü nurdur, müasirlikdir, gözəllikdir, zadəganlıqdır.
Tövrat etibarlıdır. Etibarsız olan yerləri Qurana uyğun gəlməyən yerlərdir. Qurana müxalif, haqqa müxalif hökm olduqda Quran onu açıqlayır.
Həsəd edənlərə baxın, olduqca çox qorxunc, çirkindirlər. Həsəd edilən insanlara baxın, çox gözəl, nurludurlar. Həsəd edildikcə Allah gözəlliklərini, sağlamlıqlarını, ömürlərini uzadar. Onların ömründən alıb, həsəd edilənlərə verər. Onların nurunı alıb, həsəd edilənlərə verər. Onlarda yaxşı olan nə varsa hamısını alar. Bu, Allahın qanunudur. Allahın belə cəzalandırma metodu var.
Mehdiyyətdən, İsa Məsih (ə.s)-dan başqa heç bir çıxış və həll yolu yoxdur. Min dəfə də olsa söyləyəcəyəm. Sonra "demədi" deməsinlər. Mən bunları deməkdə məsuliyyət daşıyıram. Allah bir müddət sonra məcbur edəcək, görəcəksiniz.
İslam aləminin birləşməsi üçün alimlərin insanları təşviq etməsi əhəmiyyətlidir. İlk öncə alimlər, müəllimlər səmimi olmalıdırlar.
Tövratın təhrif olan yerləri ayrı, haqq olaraq qalan yerləri ayrıdır. Tövratın Qurana uyğun haqq olan qisimləri etibarlıdır.
Həsəd edilən insan daha da gözəlləşər. Həsəd edən də getdikcə daha da çirkinləşər. Bu, Allahın qanunudur.
"Canlılar aləmi kosmosdan gəlib" demək Quranı rədd etməkdir.
"Necə olsa cəhənnəmdən çıxaram"―deyə düşünmək çox səhv düşüncədir. Müsəlman cəhənnəmə girməmək üçün çalışmalıdır.
Hz. Xızır (ə.s) neçə əsrdir ki, Ayasofyada Mehdi (ə.s) ilə İsa Məsihin namaz qılmağını gözləyir. Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) ilə birlikdə namaz qılacaq.
Peyğəmbərimizin gözəl analarımızla evliliyini qatı dinçilik bəyənmir.
Mömin qadın quzu kimidir, hər şeyi təmiz və gözəldir. Cənnət qadını kimidir.
Solun bir qisminin anti-demokratik mübarizə üsulları utandırıcıdır.
Bəzi insanlar həmişə nifrəti istəyirlər. Nəzakət və gözəllik bu insanları narahat edir.
Papanın bir xanımın qarşısında əyilməsi çox təvazökar rəftardır. Papanı təbrik edirəm. Hər dinin fanatiki, dinə qarşı çıxanı var.
Qatı dinçi düşüncə az qala başıaçıq xanımlara həyat haqqı vermir. Lakin baxırıq ki, sol düşüncədə də qadına dəyər vermirlər.