Misirin ən böyük əksikliklərindən biri Mehdi (ə.s)-dan heç bəhs etməmələridir. Allah Mehdi (ə.s)-dan bəhs edənə bərəkət verir.
Müsəlmanlar birdirlər. Eqoistliyi Allah qəbul etmir. Quran ayələri bütün müsəlmanları əhatə edən üslubdadır. Məsələn, Allah "Ey möminlər" deyərkən bütün dünya müsəlmanlarına xitab edir. Təkcə sünnilərə, şiələrə, vəhhabilərə xitab etmir, hamısına müraciət edir.
Gənclik imani cəhətdən güclü olaraq öyrədilməsə, demək olar ki, gələcək nəsillər üçün böyük bir fəlakət qapıdadır.
Günahsızların haqqını qorumaq hər insanın vəzifəsidir. Dindar, dinsiz fərqi yoxdur, ayrı-seçkilik qoymadan hər kəs qorumalıdır.
Misirdə bir tərəfdə müsəlman, imanlı insanlar var, bir tərəfdə də yenə iman edən, amma qatı dinçilikdən çəkinən insanlar var. Hər iki tərəfi Mehdi (ə.s) birləşdirəcək. Çünki mehdiyyət müasir, mehriban, dinc, gözəl bir İslam anlayışını ortaya qoyur. Mehdiyyət hər iki tərəfin qəbul edəcəyi sistemi ortaya qoyan insan və inancdır.
Heç kimin inancına qarışmaq olmaz. Dinsizin də, dindarın da, massonun da, kommunistin də və s. inancına qarışa bilməzsən. Hamısı ölkənin vətəndaşlarıdır.
Qadınlara xüsusi hörmət göstərmək lazımdır, qorumaq lazımdır. Qadınlar çox böyük nemətdir. Dünyadakı cismi ilə ruhu birləşmiş olaraq ən böyük nemət qadındır. Bundan üstünü yoxdur.
Əgər çox səmimi olsaq, Allahı eşqlə sevsək, onsuz da Mehdi (ə.s) tapılar. Sevgisizlikdən, səmimiyyətsizlikdən Mehdi (ə.s) tapılmır.
Suveren güclərə, İlluminatiyə, massonluğa, Tampliyerlərə, Gülhaç təşkilatına, “dərin dünya” dövlətinə hakim olan da Allahdır.
Qurandan kənara çıxmaq olmaz. Haşa, Allahın Kitabına yetərsiz desən xoş olmaz. Allah “yetərli” deyir, sən isə "yetərsiz" deyirsən. Allah "hər şeyi açıq-aşkar bildirdim" deyir. Sən isə "heç bir şey açıqlanmamışdır, yarımçıqdır" deyirsən. Allahın Kitabına meydan oxuyursan, haşa. Allahın Kitabına meydan oxusan Allaha meydan oxumuş sayılırsan, haşa.
Misirdə də "seçki ilə gəldim, istədiyimi edərəm" demək düzgün deyil. Bütün xalqın istəklərini yerinə yetirmək lazımdır. Kommunistdirsə, onun haqlarını müdafiə etmək, dindarsa, onun haqlarını müdafiə etmək, yəhudidirsə onun haqlarını müdafiə etmək, hər kəsi qoruyub, hörmət etmək lazımdır. Hökumətin vəzifəsi də budur.
İslam aləmini qatı dinçilik sıxıb qovurur. İhvan buna fikirlə bir zərbə endirsin, müasir İslam anlayışını, səhabə İslam anlayışını ortaya qoysun.
Misir müşavirə ilə hərəkət etsə, şəfqəti, sevgini ön plana çəkib müasir İslam anlayışını, səhabə İslam anlayışını ön plana alsa, sənəti, elmi, estetikanı, demokratiyanı ön plana çıxartsa, Misirdə vəziyyət çox gözəl olar.
İsraili dəstəkləmək Quran əxlaqından irəli gəlir. Çünki Qurana əsasən İsrail orada olacaq. Ayədə bildirilir, onların vətəni oradır.
İslamı fanatikləşdirmək olmaz. Dünyanın heç bir ölkəsi belə İslam anlayışını qəbul etməz. Qatı dinçiliklə dünya hüzur içində olmaz, rahat yaşaya bilməzsiniz. Qurandakı İslam, Qurana uyğun bir həyatla rahat yaşamağı təmin edir.
Yəhudiləri zəif görüb onlara qarşı nifrət siyasəti yeritmək zülmdür, çox qorxuncdur. Zülm, zülmü gətirər. Bir ovuc yəhudiyə şəfqətlə, mehribanlıqla, incə ruhla yaxınlaşmaq, Misirdəki o gərginliyin azaldılmasında çox əhəmiyyətli, əsas səbəblərdən biri olar.
Qatı dinçilik heç bir yerdə iqtidar olmaz. Qatı dinçilikdən imtina etməlidirlər. Mehdiyyət, Quran, sevgi, şəfqət, mərhəmət cəhətləri ilə İslam anlayışını Allah həmişə qoruyub, dəstəkləyər.
Sevgi ilə, nəzakətlə ən əsəbi bir insanı belə sakitləşdirmək mümkün olur. Bir cəmiyyətin əsəbi və hirsi çox gözəl yatırıla bilər. Amma qışqırıb çığıraraq, qoçuluq edərək, rüsvayçılıq çıxararaq, təhdid edərək, qatı dinçiliklə cəmiyyəti yatırmaq mümkün olmaz.
İnsan sənətlə xoşbəxt olar. Gözəl geyinən insanları, gözəl evləri görərkən xoşbəxt olar. İnsanlar gözəllik axtarar; musiqidə, şəkildə, heykəldə gözəlliklər axtarılır. Onları görəndə insan xoşbəxt olar.
Döyüşü ayırmaq ayrı, zərbə mədəniyyəti ayrıdır.
Zərbə endirmək Yaxın Şərqə və Asiyaya məxsus çirkin xüsusiyyətdir. 3-cü Dünya ölkələrində ortaya çıxan primitiv bir hərəkətdir.