Möminlər qardaşdır. Mömin bir-birinə ata-ana kimi sahib çıxar. Bir-birinə hamidir. Mən də dostlarımın dostu, qardaşı, yoldaşı, hamisiyəm.
10 il sonra Türkiyə çox gözəl mövqedə olacaq Allahın icazəsi ilə. Bu çətin günlərdən sonra hər cür gözəlliyin olduğu bir ölkə olacaq.
Şirkdən fayda təmin edəcəyini düşünən mütləq bəla və uğursuzluqla qarşılaşar. Allahdan deyil, insanlardan ümid etmək o insanı bütləşdirməkdir. Allahın yerinə haşa başqa insanları və ya əşyaları büt qəbul edən bu bütün altında əzilər. Allah mütləq uğursuzluq verər.
Uşağın canını yandırmaqla tərbiyə vermək olmaz. Uşaqla uşaq kimi rəftar etmək əvəzinə məntiqli, ağıllı izahat verilsə uşaq doğrunu qəbul edər. Uşaqlara Allahın qulu, təcəllisi olaraq baxmaq, dəyər verib hörmət göstərmək lazımdır. Uşaq özünə hörmət göstərildiyini görsə öyrədilər.
Allahın təcəllisini gördüyüm dindar, təmiz, səmimi hər qadını Allah sevgisi ilə çox sevərəm.
Otellərdə, restoranlarda yeməklərin israf edilməməsi üçün hər cür tədbirin alınması vacibdir. İsraf olmasa dünyada kasıb qalmaz.
Şəhidlərimizin şəhadətləri məqbul və qəbul olsun. Allah ailələrinə uzun xeyirli ömür və gözəl səbir nəsib etsin.
İdman bədəni gücləndirər. Gənclərin idmanı sevməsi üçün mütəxəssislər tərəfindən təşviq edilmələri və yetişdirilmələri lazımdır.
Müsəlman kilsəyə də gedər, sinaqoqa da gedər, məscidə də gedər. Müsəlman sinaqoq və kilsələri qorumaqla məsuldur. Sinaqoq və kilsələr də Allahın evidir. "Oraya girən kafir olar" şəklindəki batil düşüncə çox yanlışdır, müsəlmanlar Allahın evini qoruyarlar.
Ateistlər içində çox tərbiyəli, alicənab, nəzakətli olanlar var. Ateistlik güclü şübhənin adıdır, ateistlərlə danışaraq, şəfqət və hörmətlə yanaşaraq Allahın mövcudluğunu izah etmək lazımdır.
Hz. Mehdi müşfiq sevgi insanı olaraq zühur edəcək. Öz şəxsinə qarşı işlənən cinayətləri belə əfv edəcək.
Mömin tez bir zamanda cənnətə getmək arzusunda olar. Uzun ömür isə Allaha xidmət üçün, İslamı təbliğ üçün istənilər.
İstanbulun gözəlləşdirilməsi təkcə mehdiyyət dövründə reallaşa bilər. Könülləri fəth edərək, sevgi ilə, insanları razı salaraq bu edilə bilər.
Mənim tək həyat fəlsəfəm hər şeydə Allahın rizasının ən çoxunu istəmək və axtarmaqdır.
İnsanlar cənnət bağçası, cənnət meyvəsi deyildikdə, dünyadakı kimi zənn edirlər. Tək bir cənnət almasında ağlasığmaz gözəllik, sənət var. Cənnətdə sadə, bəsit heç nə yoxdur. Cənnətdə tək bir qum dənəsi belə bir anda kainat halına gələ bilər.
Şeyx Nazim həzrətləri dünyada tanıdığımız əxlaqı ən gözəl, ən dəyərli insanlardan biri idi. Allah bizi cənnətdə qardaş etsin inşaAllah.
Mehdiyyət dövründə səhiyyə, dərman, su, elektrik kimi xidmətlər pulsuz olacaq.
Allaha yaxın olmaq, kef çəkmək və asanlıq içində yaşamaq mənasını verməz. Allah Özünə yaxın olanı əziyyətlə, çətinliklə tərbiyə edər.
Mömin hər an səmimi olacaq və səmimiyyət anlayışında heç fasilə olmayacaq.
Yuxular təhsil vəsiləsidir, həyat aləmidir. Möminlərin yuxuda da öyrədilmək üçün dua etmələri lazımdır. Yuxulardan məsul deyilik, lakin yuxularda öyrədilə bilərik.
Səmimi olunsa Allah imani dərinliyi də artırar, insan həmişə Allaha yaxınlaşar.