Mövhumatçılıq dəccalın bir qoludur, digər qolu isə darvinist-materialist sistemdir. Biz izahatlarımızla bu iki bəlanın qarşısına sədd çəkdik. Bizim izahatlarımızdan sonra darvinistlərin təsadüf inancı zəiflədi.
Şeytan darvinizm yolu ilə bəşəriyyətə sanki lağ edir. Darvinizm şeytanın dini kimidir, insanları sanki əsir etmişdir.
Paleontologiya elmdir, darvinizm isə bütpərəst cəfəngiyatdır. Fizika, kimya, geologiya elmdir, darvinizm isə xurafatdır, bütpərəst dindir.
Terror qınamaqla bitməz, terrora həll yolu insanı öz aləmində heyvan kimi görən darvinizmi elmlə, irfanla yox etməklə olar.
Təsadüf elm deyil. Böcəklər, meyvələr, insan, mitoxondri, hüceyrə qılafı təsadüfən əmələ gəldi demək, insan ağlı ilə lağ etməkdir, ən pis xurafatdır. Məlumatsızlıq darvinizmin silahıdır. Darvinizm biliyə dözə bilməz, məğlub olar.
Bəziləri darvinizmin Allahı inkar edən fəlsəfə olduğunu görə bilmirlər. Elmlə, irfanla, bütün izahatlarımızla darvinizmi yerlə-yeksan edirik, bəzilərinin bundan xəbəri yoxdur, həyata qapalıdırlar, həqiqətləri görmürlər. Darvinizmi təhlükə kimi görməyənlərin üslubları da ortaqdır, ibtidai və yanlış məntiqlə mövzuya yaxınlaşıb, bəla olduğunu anlamırlar.
Allah cənnətdə görünüş olaraq gözəl insan surətində möminlərə təcəlli edəcək.
Cəhənnəm bizim təxəyyül edə biləcəyimiz bir yer deyil, həqiqi üzünü gördükdə aydın olar. Cəhənnəmdəki bütün dəhşətə baxmayaraq, bəziləri cəhənnəmdə belə pis əxlaqlarını davam etdirib, mübahisə edir, döyüşürlər, bu çox heyrətvericidir.
Dünyadakı ən gözəl bəstə cənnətdə heç hökmündədir.
Cənnətdə heç bilmədiyimiz gözəllikdə rənglər, heç bilmədiyimiz möhtəşəmlikdə səslər var.
Peyğəmbərimiz (s.ə.v) cənnətdə; “ağıla, xəyala gəlməyən nemətlər olduğunu” bildirmişdir.
Cənnətdə hər şey istədiyi zaman rəqs edər. Dünyadakı rəqs ilə bu rəqsin bənzərliyi yoxdur, cənnətdəki rəqslər ən mükəmməldir, valehedicidir.
Cənnətdə musiqinin ən yüksək forması, ən möhtəşəm halı var. Cənnət musiqisini dünyada dinləmə imkanı olsa heç kim dünyadakı musiqini dinləmək istəməz.
Cənnətdə hər şey sevgi üçündür, Allaha şükür etməyimiz üçündür, cənnətdəkiləri də Allahı sevdiyimiz üçün sevərik.
Cənnətdə şüur kəskinliyi var, görmə itidir, dünya isə yuxu aləmi kimidir.
Cənnət dünyaya çox bənzəyər, lakin hər şey daha düzgündür, dünyadakı mənfi ünsürlər cənnətdə yoxdur.
Bütün məxluqat cənnətdə ən gözəl və ən ağıllı halı ilə var. Cənnətin kəpənəkləri, qarışqaları, hər şeyi ağıllıdır.
Cənnət tamamilə canlıdır, hər şey şüurludur. Allahın ağlı ilə bəzənmişdir. Cənnət hər cəhəti ilə gələnlərə xoşbəxtlik verər.
Cənnətdə həmişə gözəl sözlər var, sıxılma olmaz cənnətdə.
Ağıla gələn hər cür heyvan cənnətdə var, cənnətdə hamısı insanın istədiyi kimi sevəcəyi şəkildə yaradılırlar.
Uşaqlar dünyanın sevincidir, hər yerdə qarşımıza çıxarlar, cənnətdə də hər yerdə uşaqlar olacaq, cənnətin də sevinci olacaqlar.